Qışın oğlan cağı idi. Bayırda külək bir yalquzaq kimi ulayıb,dünyanın dərd sərini səsləyirdı bu tənha canıma. Təkcə bir işartı vardı komamda ,o da sınıq şüşəsindən qar dənəcikləri ucuşan əyri pəncərə. Həyatımın işığı da bu pəncərə kimi idi. Əyri,yarım işıqlı ,şüşəsi sınıq.
Yəqin evdə hələ də məni harda isə isti otaqda .yanan odun sobasının yanında fikirləşirdilər. Qoy elə olsun. Xalca üstündə təzəcə iməkləməyə başlayan körpəmin başına sadağa. Və 1000 ,1000 belə körpələrin.
Bir isti xəbərə,bir şad sözə,bir qəhərsiz simaya ehtiyacım vardı bu axşam. Elə ömrümün 80 faizinin də. Nə görmüşdü ki mənim bu erkən qocalmağa başlamış ömrüm? Müharibələr və insan faciələri. Nə geymişdi ki,mənim bu yorğun bədənim? Komuflyaj və bronik.
Dostum avtomat,yoldaşım altı cırılmış botinkam,qəlbimdədə ağrı.
İndi ee dəb olub. Hərə bir general misallı,hərə bir marşal qəhrəmanlığında. Kimi sorsan komandir olub,döyüş kecirdib,düşmən əzib. Bir mənəm Qarabağda avara,savaşsız,döyüşsüz divanə. Bir mənəm hec nə vurmayan.kənd almayan ,qəhrəman olmayan. Əcəba bu qədər qəhrəman varmışsa-bəs onda ....??? Sormayım. İndi mənə siyasətdən,qəbahətdən ,rəzalətdən dərs verən xoruzlar banlayar-amma hələ səhər deyil.
Amma bir xoş ətirdə vardı bu soyuq,divarları güllədən dəlik deşik komada. Bu savaşa gedərkən evdən gizlincə cırpışdırdığım körpəmin corablarının əlimdə sıxılmış ətri.
Bur nəfəs tək səni cəkdim sinəmə-ağrılı ömrümün sevincli ünvanının ətri olan cansız əşya.
Bu zamnın bu duyğulu vaxtında ,bir şad xəbərə də sinəmi acdım. Onu da sinəmə cəkmək istədim. Qəlbim döyündü,kimsə yaxınlaşırdı,yəqin şad xəbər olardı. Yəqin elə olmalıydı
Komandir Mahmudu vurdular,hələ başqa şəhidimiz də var. Düşmən üstümüzə qəfil gəldi.....................
Комментарии
Отправить комментарий