К основному контенту
PUSQU
Pusqu-bu hərbi termin döyüş qruplarının,kəşfiyyat döyüş qruplarının -düşmənin hərəkət istiqamətində əvvəlcədən gizli şəkildə mövqe quraraq,düşmənin hərbi texnikasının və canlı qüvvəsinin gözlənilməz hücumla məhf edilməsidir.Pusqu-döyüş aparılması ilə əlaqədar olaraq günün hər vaxtı,hər cür meterioloji hallarda,düşmənin cınahlarında ,önündə və arxasında qurulub ,həyata kecirilə biləcək döyüş taktikasıdır. Əlavə vasitələrdən(artilleriya ,aviasiya) istifadə isə pusqunun qoyulmuş tapşırığını daha keyfiyyətlə yerinə yetirilməsinə köməkci vasitədir.
Pusqunun vəzifələri:
Düşmənin canlı qüvvəsini,texnikasını,vasitələrini tam olaraq-yaxud hissə-hissə məhf etmək və yaxud əsir götürmək.Yəni dəqiqləşdirilmiş və gözlənilməz hücum və atəş nəticəsində-düşmən öz vasitə,silah,sursat,təminat,texnika və canlı qüvvəsini itirərək-döyüş qabiliyyətini zəiflədir.Bu hər bir pusqunun arzuolunan vəzifəsidir.Bu vəzifəni yerinə yetirmək ücün pusqu qrupu (PQ) yaxud qoşun birləşməsi düşməndən bir cox hallarda üstünlük əldə etməlidir.Bu bir necə amildən ibarətdir:
-PQ-u mövqeni secəndə.bütünlüklə əmin olmalıdır ki düşmən bu mövqedən tam olaraq məhf edilə biləcək və PQ-lazım gəldikdə itgisiz olaraq bu mövqeni tərk edə biləcək.
-Başlıca amillərdən biri də PQ-un silah və sursatlarının bu cür əməliyyatda keyfiyyətli və səmərəli istifadısi ücün secilməsidir.
-PQ-un sayı düşmənin məhfi ücün yetərli olmalıdır. Az halda bu qrup,döyüşün birinci dəqiqələrində düşmənin qat-qat cox olan canlı qüvvəsi və atəşın sızlığı ilə rastlaşaq və qrup məhf olma təhlüksəi ilə üzləşə bilər. Bu zaman düşmənin hərəkət istiqamətinin minalanması da böyük rol oynayır.
-PQ-nun bir vəzifəsi də onun gizliliyi və gözlənilməzliyidir. Bu zaman PQ-u calışmalıdır ki ,birinci atəşlə düşmənin ən lazımlı texnikasını və vasitələrini(radioəlaqə,zenit qurğuları,sursat maşınlarını) məhv etdin və düşmən qoşununun infrastrukturuna ən ağır zərbə vursun.
Hətta PQ-nun say etibarı bir cox hallarda başlıca rol oynamır-bu cür hallar mövcuddur:
Sənədli ədəbiyyatda iki ABŞ snayperi Karlos Xeckok və Conni Burk -un 1967 ci ildə Vyetnamda qurduqları pusqudan bəhs edilir-onlar ikilikdə Şimali Vyetnam ordusunun bur bölümünü məhf etmişdilər.
Həlledici faktor bunlardır:
Mövqe. İki ABŞ dəniz piyadası,meşənin dik yerində mövqe tutaraq.ağaclar arasında gizli olaraq yerlərini dəyişir,bu zaman aşağıda acıqlıqda və günəşin işıqladırdığı ərazidə yerə yatmağa məcbur olmuş Vyetnamlılar ovuc icində görünür və ABŞ dəniz piyadalıları onları 700 metr məsafədən tam dəqiqliklə məhf edə bilirdilər.
-Silahın effektliliyi-sözsüz ki avtomat və pulemyotla silahlanmış ABŞ dəniz piyadalıları hec zaman bu məsafədə dəqiq atəş aca bilməzdilər. Snayper silahı isə bu cür döyüş ücün ən yararlı vasitədir.
-Hazırlıq və praktika-Pusqudan ABŞ dəniz piyadalılarının yaxşı döyüş elminə yiyələnmiş və döyüş hazırlığı görmüş əsgərləri-düşmənin elə birinci döyüş zamanı zabitlərini vuraraq,naşı döyüşcülərini başsız qoyaraq panikaya salmış və sonda onları məhf etmişdilər.
Yuxarıda göstəriləm misaldan görünür ki,hec də hər zaman riyazi hesablamalar Pusqudan döyüş aparmaq ücün yetərli deyil. Burada başqa amillər də var. Yəni əyər düşmən acıq sahədə 2 tankla irəliləyirsə,və əyər döyüşün birinci dəqiqəsində bu tanklar TƏİR(tank əleyhinə idarə olunan raket ПТУРС) və yaxud qumbaraatanla məhf edilirsə-sözsüz ki artıq düşmən texniki dəstəkdən danışa bilməz.
Комментарии
Отправить комментарий