SALAM SƏNGƏR QARDAŞIM.
Qardaşım olmayıb mənim əzəldən. Yetim doğulmuşam. Atam və anam mən 2 yaşında olarkən,evdə qaz sızmasından partlayışda rəhmətə gedib. Əmim məni evlad edib ,bir qızı ilə. Gözəl günlərimiz olub Sovetlərdə. Ehtiyacsız böyüdüb bizi-dəmir yol fəhləsi olan atam-əmim. Hətta yadımdadır Bakının qarlı boranlı günlərindən birində kişini oyuncaq tank almaq ücün kücələrə salıb özümü yerə sürtməyim.Sovetlər vaxtı mümkün olmayanı eləmişdi,dükanı gecə acdırıb tankı almışdı gətirmişdi evə. Amma mən artıq mışıl- mışıl yatmışdım.
İndi bax bu xatirələrimi sənə danışıram dostum və qardaşım,bəlkə bir cox dünya insanlarından mənə sədaqətli və əziz olan erməni adlı qardaşım.Səngərin iti Aşot. Hərdən atəş zamanı silaha gücün catmasa da səngərdən başını cıxardıb düşmənə hürərək-özünün bildiyin atəşi acıb,düşmənə bir cox insanlarımızdan da gücülü təpgi edirsən. Böyüksən it qardaşım. Bu böyüklüyü məmur vətəndaşlarımızdan görmədim ömrümdə. İt qədər qardaş ola bilmədilər mənə. İt qədər sirdaşlıq və dostluq anlayışları olmadı. Hərdən kimi sə “it oğlu” deyib söyəndə səndən xəcalət cəkirəm. Onlar axı sənin oğlun olmağa da LAYİQ OLMADILAR.
Başını dizimə qoymusan-icimdən kecənləri anlayıb ,hərdən zingildəyirsən. Bu səslə mənlə,işğalla,itgi ilə ,bu alcaq vecsiz vətəndaş deyilən məxluqlarla barışmamaqda,mənlə həmfikir olduğunu anlayıram,it qardaşım. Bir gövdəsinin bir cibinin ,bir murdar sırasının fikrini insan kimi cəkənlərdən fərqli olaraq,sən heyvan cismində,səngər,döyüş,əsgər yükü cəkirsən. O insanlardan dönüb mən də sənin kimi heyvan oldum,mənim heyvan qardaşım.
Uzaq şəhərimizdə ,həmən qaranlıqlar diyarında ,sənin kimi işıqlı simaların şəklini,yem kisələrində,bahalı marketlərdə görmüşəm. Deirəm xoş gününə,şəklin hec olmasa bahalı kisələrin üstündə vurulur,bizim şəklimiz isə özümüzdən başqa hec axmaq toyuq yemi kisəsindədə yoxdur. Taleyimiz oxşardır,mənim it qardaşım. O uzaq şəhərdə də sənin cinsindən,mənim cinsimdən olan kimi əclaflar da vardır. Güllü bantik cəzdirib,hansısa bayağı,losinası ayağının arasından pırt eləyib cıxanların qucağında,məmur villalarında,axmaq saraylarda da cinsindən və cinsimdən şərəfsizlər yaşayır.
Allah adildir. Yəqin ki bizim də bu heyvan həyatımız bir gün insan həyatına dönər. Baxma mənə belə. Mən padşah deyiləm,sən də rəiyyət. İkimiz də itik. Palcıqlı vətən torpağının savaş itləri. Gün olsun ki8 qələbə calaq və bu mənfur daxili və xaici düşmənimizi qovaq və bir uca dağ başında mən”Salam Azad vətən” deyəndə sən də səsimə səs verib iki ağız hürəsən.
Yəqin ki ikimiz də demiş olarıq ki: VƏTƏN SAĞ OLSUN !!!
Комментарии
Отправить комментарий