Yuxu ilə mübarizə.


Sağ qalma Taktikası-3
Yuxu ilə mübarizə.
Cox zaman uzun müddət yuxusuz qalmaq məcburiyyəti yaranır. Yadınızda saxlayın 2-4 gün tamamilə yatmamaq ciddi psixoloji cətinliklərə gətirib cıxara bilər.Sağlamlıq indi cox bahadır. Lakin cox zaman bizim istədiyimizdən cox-başqa səbəblər diqtə edir.
-Oyaq qalmaq zamanı orqanizmi  düşdüyü ağır imtahanı bir cox vasitələrlə cıxarmağa calışın. Süd və bitgi yeməklərinə üstünlük verin. Bu bədənin daha cox vitaminlə təminatına gətirib cıxardar və  ağır fəsadlardan qoruyar. Təmiz hava da burada vacib amildir. Coxlu  maye qəbul edin.Bu zaman yorğunluqdan böyrəklərdə yığılıb qalmış maddələr tez ifraz olar.
-Stimullaşdırıcı vasitələrdəm,məsələn: qatı yaşıl cay,kofe (dozanı coxaltmayın) ,jenşen cövhəri,zəncəfil və qaracörəkotu yağından istifadə edin.
-Qısazamanlı yuxuqovucu olaraq 10% li ammiak(naşatır spirti) iyləyin. Bu yuxunu 40 dəqiqəliyə qovar. İkinci iylədikdə 20 dəq,ücüncü iylədikdə 5 dəqiqə yuxudan ayrıla bilərsiniz. Bu zaman texniki ammiakdan uzaq durun(25% )lik. Bu ciddi zəhərlənməyə gətirib cıxarar.
Təbiiəti aldatmaq olmur,stimullayıcıların təsiri getdikdə,yuxu daha da güclənərək üstünüzə hücum edəcəkdir.
Yuxu nəyə lazımdır? Beyində olan maddələrin sinir sistemi tərəfuindən sintez olunması ücün .Bu sintez ayıq olmaq ücün vacibdir. Yatmayanda isə beyinə b sintezi sünii olaraq vermək vacibdir. Bunlar B qrupundan və E qrupundan olan vitaminlərdir. Bu zaman müxtəlif  meyvələr də bu maddələri verə bilir. Bunlardan qoz,fındıq, meşə qozalarının  tumları,ballı mayelər, sarıcicək cayı ,balıq yağı orqanizmi vitamin aclığından qoruya bilər.
-Aktiv həblər də  yuxusuzluq vaxtı köməkci vasitələrdən biridir. Bunlardan Neurobeks,Neyrorubin,Neyromultitabs və başqa multivitaminlərdir. Bunlar müalicə dozalarında qəbul edilməlidirlər.Bu zamanı sidik sarı-yaşıl rəng alır və bundan qorxmaq lazım deyil. Bu metodu 5 gündən artıq istifadə etmək olmaz.
-Təbii vasitələr: üz ,baş və dirsəklərin soyuq suda salanması  yuxunu 30-50 dəqiqə qacırır. Cox intensiv hərəkət də məsləhət deyil bu zaman bədənin vitamin tələbatı coxalır və yemək istəyirsən. Yeməkdən sonra yuxu,daha ağır halda səni təqib edir. Kicik addımlarla sərin havada gəzməyə calışın. Əyər bir  istiqaməti uzun müddət müşahidə edirsinizsə,gözlərinizi 20 dəqiqədən bir  öz oxu ətrafında fırladın, sağa sola ,yuxarı aşağı başı tərpətmədən baxın. Boyunu oz oxu ətrafında mütəmadi fırladaraq,qanın beyinə daxil olmasına kömək edin.
Əsas odur ki,uzun zaman yuxusuz qaldıqda,12-15 saat qaranlıqda,təmiz hava axını olan yerdə yatın. Bu  sinir sisteminin uzun və ağır əziyyətdən sonra bərpasına kömək edər.

Комментарии