Sağ qalmaa Taktikası-1

Sağ qalmaa Taktikası-1

Əyər siz uzun müddət silahınızı,dəbilqənizi,zirehli gödəkcənizi,onlarla silah darağını,ehtiyat sursatı,tibb qutusunu,ərzaq payını,y
ataq kisəsini və şəxsi əşyalarınızı daşıya bilməyəcəksinizsə-bəri başdan tibb komisiyasında özünüzü ölülüyə vurun-yekun birdir: Sizdən döyüşcü olmayacaq.Loyallıq secim deyil,siz bütün bu günə qədər olan ömrünüzü fiziki hazırlıqsı,alkoqollu,energetik ickili,bədən şişirdən qatqlıarlı,cayxanalı etmisinizsə,Siz döyüş cölündə artıq yüksünüz.Bu zaman Siz bu yükü daşıyan dostunuzun sizi “qoşquya” alaraq özü ilə artıq yük edəcəyinə də inanmayın. Döyüşdə,mülki və özünəcinayət hec də bəyənilən sifət deyil. Burada ya sən döyüş vahidisən,ya vahidsiz bir canlısan. Hec kimin də sənə rəhmi gələcəyinə inanma. Sən bura gecə barlarında əylənməyə yox,min bir hiylə ilə Vətənini işqal etmək,ana –bacını əsir etmək və onların namus və ləyaqətini alcaltmaq istəyində olan düşmənlə savaşa gəlmisən. Bir coxunun “ patron daşıyaram” ,” əsgərlərə kömək edərəm” anlayışı da utopiyadır. Ordu və savaş iməclik deyil ki ,hər kəs bacardığı işdən yapışsın.Burada dəqiq ştat bölgüsü var və bu bölgünü də daşımağa borclusan. Könüllü olmaq gözəl şeydir. Deməli Vətəni qəlbdən sevən ürəyin var. Lakin hazırlıqsız könüllü ordu ücün artıq yükdür. Bu qədər təlim və tədris materialları olduğu zamanda,LEGİON qrupunda əziyyət cəkərək sənə hərbi və zəruri elm öyrədildiyi halda,bir layk qoyub ,hansısa erotik sayta qacmağın,sabahkı gün cəbhə zonasından-sənin kimi gənclər şərəflə döyüş apardığı zaman,sənin isə əliboş,boynu bükük kəndinə qayıtmağınla nəticələnəcək. Bəs onda ana,bacı və səni kişi sayan sevgilinin üzünə necə baxacaqsan? Şəhid tabutunun arxası ilə hansı sifətlə addımlayacaqsan.
-Yaxşı qayış,düzgün secilmiş ayaqqabı,yaxşı zirehli gödəkcə,yararlı dəbilqə,tibb qutusu,quru ərzaq payı,yataq kisəs,corab,altpaltarı və digər lazımı əşyalar-yaxşı tənzimlənmi. Silah kimi vacibdir.
-“Onsuzda sursat gətirəcəklər” anlayışını qovun,zəruru ehtiyat sursatlarınızı zünüzlə daşıyın. Gətirməsələr,artıq gətirən yox,sən günahkar olacaqsan və düşmən qarşısında boş silahla qalacaqsan.
- Hər zaman sursat darağının coxluğuna calışın. Vaxt olur ki,oturub daraqları doldurmaq ücün imkan olmur,Hardasa atılmış boş daraq gördükdə,onu götürməkdən utanmayın. Utananın həm oğlu olmur,həm də qələbəsi. Döyüş cölü sevgilinizlə restoranda oturmaq deyil-burada utanmaq anlayışı –utopiyadır.
-Əyər avtomatınızda lüləaltı qumbaraatan varsa,onun sursatını bol edin. Ola bilir ki,sən səngərdə,blokda və yaxud evin icindəsən,bu zaman sənə yaxındakı meşə xəttindən,divar arxasından atəş acirlar. Əl qumbarası ilə oranı da tuta bilməyəcəksən.
-Baza biliklərini unutma. Vaxt var ikən silahına qulluq elə,onun nişangahını yoxla,zəruru təmirdən qacma. O sənə özünə xəyanəti bağışlamaz. Silahın tək olaraq sənə sadiq olan varlıqdır-o da sadiqlik sevər. Sevgilin səni buraxar,Isilahın isəö sən buraxmasan hec zaman. LEGİON qrupunda oxuduğun təlimat və tədrisləri yadında saxla,bunları cox komandirlər ya bilmir,ya da bilsələr belə etinasız yanaşaraq öyrətmir. Bir misra-səni ölümdən qurtarar və sən ailənə,elinəı bir nəsil bağışlarsan.Yerində yatma,yorqunluq döyüşdən sonra olar-indi isə tez tez yerini dəyiş-düşmən snayperinə lazımsız fiqur bağışlama.
-Düşmən tərəfdən nöqtəli alov mənbəyi ya qumbaraatan,ya TƏİR-dir. Bu zaman tez yerə yat və sıxıl. “Məndən kecəcək” anlayışı,sənə bir zaman başını itirmən və dostunun sənin yarımcıq bədənini sürüməsi ilə başa gələr. Babək,Koroğlu kecmişdə qaldı. İndiki silahlar bu anlayışa yaddır. Qəhrəman olmaq gözəldir-amma ölü qəhrəman sənin ailənə lazım deyildir. Onları düşün.
-Düşməni düz nişan al,parakəndə atəş həm sursat sərfi,həm düşmən snayperi ücün hədiyyədir. Savaş zamanı özünü 1942 ci ilin “Maksim pulemyotu arxasında ağzında siqaret tutmuş döyüşcüyə” oxşatma. Siqareti tulla. Bir an gözünə girən tüstü,səıni hədəfdən yayındırar və özün hədəf olarsan.
-Diqqətlə bu yazılar silsiləsini oxu,Jukov olmasan da ,yaxşı manqa komandiri olacağın və bu yazılardan götürdüyün bilik-valideynlərə sağlam evlad qaytarar və sən bir sevimli komandir kimi onların yaddaşında qalarsan. Legiondan ayrılma-bu gün böyük sosial şəbəkədə bu yeganə ciddi,qərəzsiz,təlim materialları ilə dolu və Vətəninin gələcəyini düşünən qrupdur. Biz Sizin qələbə ilə evinizə qayıtmanızı və ailələrinizin sizi gül cicəklə qarşılanması ücün bilik və əməyimizi bölüşürük. Savaşcı olun- kiməsə yük əsgər yox!

Комментарии