Salam
Bakı. Salam millətimi və xalqımı zəlil edib ,onu savaşçılıqdan biabırçılığa
döndərən doğulduğum və hörmət və kişilik tərbiyəsi aldığım və indi tərbiyəsizliklər
şəhəri. Səni belə görmək mənə çox acıdır. Son illərimi səninlə xəstə və zəlil
yaşamaq taleyimizə yazıldı. Amma nə sən günahkarsan nədə mən. Bizi belə edənin
70 say bundan sonrakı nəslinə lənət. Gəzirəm sinəndə ən son adam,ən son döyüşçü
kimi. Silahımı əlimdən alıb,özümü 2
almış uşaq kimi sinifdən çıxarıblar. Amma hələ də dərs kitabımı əlimdə saxlayıram
ki,orada cızmaqaralar arasında Qarabağ adlı yazı var. Bütün vərəqlər cırılsa
belə,bu vərəqi sinəmdə küləklərdən qoruyuram hələ ki.
Kim
bizi bu güzərana saldı? Ən yaxşısı və ən asanı deyək Hökumət. Bəli. Könüllü sir
olmağımızın da,hörmət izzətdən,tərbiyədən,anlamdan və ən əsası vicdandan əl çəkməyimizin
də günahı hökumətdədir. Belə deyək və vicdanımızın bir balaca isinən güngörməzinə
də sərin Bona Aqua səpək və gedək yenədə bildiyimizi dədəmizə verməməyə.
Bir də
cəbhə zonasında çətin olan və bu məşəqqətlər şəhərində hər kəsin əlində
telefonundan özünə hakim çıxmış Feysbook-Salam. Nə qədər sən güclüsən ki, bizləri
özünün quluna özünün nökərinə çevirdin. Hər birimiz üryan və çılpaq olaraq
özümüzü səndə sərgilədik. Arvadımızın bilmədiyi naqisliyi səndə göstərdik, nəslimizə
xas olmayan sifətləri səndə sərgilədik. Səni yaradan bizim üçün yox-tərəqqili insanlar
üçün yaratdı.Yaratdı ki insanlar ən gözəl duğqularını,ən gözəl kəşflərini,ən
gözəl tərəqqilərini burada bölüşsün və bununlada nümunə olaraq ,nümünəl götürənləri
çoxaltsın. Amma belə olmadıq. Bu gün ən gözəl meyarımız Paşinyandı. Hər
addımını sevə sevə reklam elədiyimiz düşmən tərəfin heç özünün cırıq qaloş qədər
hörməti olmayan lideri. Ondan yazırıq . Ondan hər gün. Adını qoymuşuq
İnformasiya müharibəsi. Bu heç suya düşmüç siçovulların da müharibəsinə bənzəməz.
Kimə gülürük? Hansı günümüzə lağ edirik,Hansı İdeologiyamızla iformasiya
müharibəsi aparırıq? Bilmirəm. Bilənlər mənə indi böyük bir leksiya yazar və məni
danabaş cıxardar. Bu asandır. Mahiyyətdə isə bir düşmən binamusunu biz artqı cəmiyyətin
qürur yerinə çevirdik. Niyə? Çünki ondan yazılanda bizlərin çoxumuzun bir həqiqəti
var” Əcəb edir,o gəlib işqaldakı torpağımızda sakit və azad gəzir”,”Əcəb
edir,torpağı alıb oturubdur,biz Şuşanı yuxuda görürük,o isə həqiqətdə”. Bir “əcəb
eliyən” düşmən də doğduq. Döşümüzdən ona süd verdik və böyütdük. Gülməli olsada
haşiyəyə çıxım: “ A Moşu informasiya savaşı budurmu”?
Əfsus
ki hərəmiz bir tərəfə dartan olduq. Bir zindana vura bilmədik və
vallahi,billahi,simallahi ki hələ də vura bilmirik. Bir birimizi görəndə köhnə
06 nın padsosu kimi marçıldaşıb öpüşən bizlər-kənarda indi öpdüyümüz adam haqda
soruşan olsa” Əclafın birisidir,onun haqda elə şeylər bilirəm ki,danışsam
İngiltərə kraliçası hamilə aolar” deyirik. Bəli özümüz haqda hər bir naqislik
kompramatı yığmağa,bunu paylamağa ustayıq. Hətta bu azzar bir neçə ağıllını bir
yerə yığıb iş görməkdənsə ,onları az qala “hindiquşa işləyən cəsus “ kimi qəbul
edən zərli paqonlarımıza da xas olan bir sifətdir. Nə vaxta qədər?
Ona
görə də SALAM SƏNGƏR. Sənin palçıqlı ,kirli sinəndə nə qədər təmizlik var. Ona
görə sənə vurğun,öz doğulduum şəhərin işıqlarına isə süsgünəm. İşıqların sönsün
işığımızı söndürən apokalipsis şəhərdəki zombilər!
İmkan
olsa məni palçıqda axtarın !
Комментарии
Отправить комментарий