Meşə
şəraitində döyüş öz spesifik faktlara görə cox secilir. Onun sıx
ağaclı,kollu, bataqlıqlı və seyrək olmasına baxmayaraq. Düşməndən əlavə
bir cox təhlükələr meşənin faunasından,xəstəlik yayıcısı olan
mikroblarından və meşənin daxilində olan atmosferdən də gələ bilir.Sıx
bitgilər görməni məhdudlaşdırırmasına baxxmayaraq,düşmənə maskalanmış
şəkildə yaxınlaşma və yaşıllıq icində müxtəlif cür məhfedici sürprizlər
qoyulması ücün münbit şərait yaradır.Bütün yuxarıda göstərilən
amillər,döyüşcünün silah və sursatdan əlavə xüsusi hazırlığa,xüsusi
ləvazimata və sağlamlığa malik olmasını tələb edir.
Meşədə ekstremal şərait üzrə hərəkət etmə prinsipləri:
Meşə
şəraitində ekstremal şəraitdə hərəkət etmək,uzun zaman yaşamaq,döyüş
aparmaq ücün ,sizi gözləyən nyuanslar barədə bilikli olmaq
vacibdir.Nəzərə almaq lazımdır ki,meşənin hansı relyefdə yerləşməsindən
asılı olaraq,hava şəraiti tez bir zamanda və fərqli dəyişə bilər.Bunun
ücün döyüşcünün arsenalında mütləq sukecirməyən cadır,yaxud cadır
örtük,nəmişliyə davamlı cəkmələr,arxa cantası ücün qoruyucu örtük
olmalıdır. Bilavasitə bu vasitələr həm döyüşcünü,həm də onun ləvazimat
və ərzağını qorumaq ücün vacib vasitələrdir.Bundan əlavə nəmişlik hər
zaman spesifik göstəricisi olan meşə şəraiti ,həşəratlarla doludur.
Burada olan bit və birələr,ağcaqanadlar,müxtəlif növ arılar və böcəklər
-cox ağır xəstəlik olan ensefalitə və boreloza,qızdırmaya,dəri
xəstəliklərinə gətirib cıxara bilər. Bu zaman peyvənd metodları
vacibdir.Bundan əlavə tor geyimlər vacibdir ki,onlar da əsas geyimin
üstündən taxıldıqda ,həşəratların əsas geyimə yaxınlaşaraq ,onun
daxilində gizlənməsinə mane olur və əsas geyimi tam bağlamadığından
tərləmə və ağırlaşmaya yol acmır.Kimyəvi tərkibli,yandırılaraq
həşəratları qacıran kicik tabletlər bu zaman böyük köməkcidir. Bu zaman
əyər meşədə gecələyəcəksinizsə,hec zaman acıq havada yatmağı ağlınıza
belə gətirməyin. Cadırlardan.cadır örtükdən mütləq istifadə edin.
Həşəratlardan da qorxunc ilanlar siz yuxuda olduğunuz zaman,bədəninizin
istiliyinə doğru gələrək,sizin geyiminizə soxula bilərlər.Meşə
şəraitində icməli su problemi asan gəlsə belə,hər zaman bu problem
bildiyimiz kimi cözülmür. Kicik caylar,xırda göllər göründüyü kimi
təhlükəsiz deyil.Bu zaman arsenalda suyu zərərsizləşdirmək ücün xüsusi
preparatların olması vacibdir. Kecilən yollarda əllərə budaqların
toxunlası,müxtəlif bitgilərin tozunun yapışması labüddür. Bu zaman əlin
təmiz yuyilmaması zamanı,onu ağızla və acıq qida məhsulları ilə təmasda
olması,arzuolunmaz xəstəliklərə gətirib cıxara bilir.Kicik
yaralar,cızıqlar tez bir zamanda spirt və digər zərərləşdirici əl
altında olan vasitələrlə təmizlənib.ağzı bağlanmalıdır.
Hər
döyüşcünün arsenalında xəritə,kompas,GPS naviqator olması vacibdir.
Cünki sıx meşələrdə azma ehtimalı böyükdür. Müasir GPS naviqatorlar
getdiyiniz yeri dəqiq göstərə,kecdiyiniz yerləri qeyd edə bilir. Bundan
əlavə müəyyən qeydiyyatlar apara bilərsiniz. Məsələn minaladığınız
ərazilər.su mənbələri,gizli gizlənclərinizuin yeri,müəyyən texnikanın
dislokasıya yeri və s.
Yuxarıda
göstərilən ləvazimat və vasitələrin olmaması,bir cox hallarda meşədə
doyüş və digər əməliyyatlar aparılmasını hiss olunacaq dərəcədə
əngəlliyə bilir.
Tağımın meşədə döyüş əməliyyatının aparılması haqda taktiki mülahizələr:
Tağımın
meşədə döyüş aparılması taktikasına əsasən bizə daha tanış olan meşə
zolaqları və həmən meşələrdəki hava dəyişkənliyi tərəfdən baxasaq daha
yaxşı olar. Yəni hər zonaya görə meşə və meşə örtüyünün müxtəlifliyi və
meşədaxili hava şəraitinin dəyişməsi kimi amillər var. Bu tip amillər
əvvəlcədən,yerli əhali və yaxud müasir hidrometerioloji vasitələr
tərəfindən öyrənilməlidir.Buna görə də müxtəlif ərazilərin relyef
şəraitinə görə,şəxsi heyətin ,silah və vasitələrin tərkibinin dəyişməsi
labüddür.Əsasən meşə şəraitində şəxsi heyətə (ŞH) əsas cətinliyi yaradan
amill düşmənin qurduğu pusqudur-bu zaman tağımın təşkili bu kimi
cətinliklərdən əmələ gələ bilən problemləri maksimal dərəcədə hecə
endirməyə meyilli olmalıdır.
Nümunələrdən birinə baxaq:
Tağım
hər birində 4 döyüşcü olan 4 manqaya və hər birində 2 döyüşcü olan 4
qrupa bölünür.3 “dördlükdə”(D) :pulemyotcu,pulemyotcunun
köməkcisi,atıcı(imkan dairəsində lüləaltı qumbaraatanla),snayper
yerləşdirilir. Bu 3 əsas D dir. Hər manqanın komandiri snayper
olmalıdır. Bütün Dlüyün ŞH –i onun maraqları dairəsində hərəkət
edir.D-lərdən birində tağım komandiri və tabitəci olmalıdır.4 cü D-də
isə :pulemyotcu,pulemyotcunun kğməkcisi,qumbaraatan,qumbaraatanın
köməkcisi yer tutur. Atıcılar lüləaltı qumbaraatandan əlavə,səsboğucu
başlığı ola bilən avtomatik silahla təhciz olunmalıdırlar.Bu 4 D-əsasən
düşmənin həmləsini dəf edən D-dür və əsasən başda gedən qoruyucu qrupun
arxası ilə irəlləyir.Onun vəzifəsi,düşmənə rast gələn zaman,böyük və sıx
atəş gücü yaratmalı ,düşmənin irəlləməsini saxlamalı və əsas qüvvələrin
döyüş mövqeyini tutması ücün vaxt qazanmalıdır.
Qalan
2 döyüş “ikiliyi”(İ) baş və arxa qoruyucu qrupdur.Onlar əsasən
səscboğucu başlığı olan avtomatik silah və birdəfəlik qumbaraatanlarla
təhciz olunurlar.
Döyüş
qarşaşması yarandıqda İ-liyin arxasınca gələn D-lük əsasən düşməni sıx
atəşlə qarşılayır. Bu zaman səsboğucu silahı olan döyüşcülər təbii
landşaftdan istifadə edərək düşmənə daha yaxın məsafətən atəş aca bilir.
Silahın səsini eşidə bilməyən düşmən.ardıcıl sıx atəşlə rastlaşdıqda
daha cox itgiyə və daha cox döyüş parakəndəliyinə məruz qalır.Bu tip
tağım qruplarına nəzər saldıqda görünür ki,döyüşcülər əsasən ikili
olaraq hərəkət edir və bir döyüşcünün nəzərdən qacırdığı düşməni ,ininci
döyüşcü məhf edə bilir.Meşə şəraitində qumbaraatandan istifadə zamanı
xüsusən diqqətli olmaq lazımdır. Cünki ağaclıq şəraitində qumbaranın
ucuş trayektoriyasında maneə ola bilir və bu da arzuolunmaz hallara
gətirib cıxara bilir.
Başqa
bir misalda isə manqanı tən yarı bölərək,baş və arxa qoruyucularını
cıxmaqla iki döyüş qrupu yaratmaq olur. Bu daha cox verilmiş xüsusi
tapşırığın yerinə yetrilməsi zamanı qəbul oluna bilən qaydadır.
Meşə
şəraitində bir cox hallarda sıx meşəlik gözlənilmədən düzənliklə və
yaxud acıq sahələrlə dəyişə bilir. Bunlar cay
kənarları,talalar,təpələrin üstüdür. Bu zaman daha diqqətli olmaq
vacibdir. Bütünlüklə tağımı bu sahələrə cıxarmaq qəti olmaz. Cünki acıq
sahənin axırında gizlənə bilən düşmən sərrast atışla qrupları məhf edə
bilər. Belə hallarda ,acıq sahələri yandan kecmək,imkan yoxsa,acıqlığın
qarşı tərəfinin kəşfiyyat etmək,əyər bu da mümkün deyilsə,düşmənin
qarşıda mövqe tutmuş atıcılarını daha ciddi silahlarla(RPQ,AQS)
səpələmək və cəld olaraq həmən sahəni kecmək məsləhətdir. Bu zaman meşə
şəraitində tüstü verən qumbaralardan istifadə yalnız ekstremal hallarda
məsləhətdir. Cünki meşə daxilində hava axını məhdud olduğundan,tüstü
uzun zaman seyrəlmir və görüntünü məhdudlaşdırır.
Geri
cəkilən düşmən,meşə şəraitində daha bir faktorla zərər vurmağa
qadırdir. Bu hər tərəfi basmış kolluq ,ot və xəzəl şəraitində
gizlədilmiş mina və mina məftilləridir. Bu zaman tağm,yaxud qruplar daha
diqqətlo olmalıdır,deyərdim ki ,xalq arasında deyilən kimi”dördgöz “
olmalıdırlar. Cünki həm ərazini diqqətdə saxlamalıhəm də irəliləyərkən
ayağının altını yoxlamalı olacaqdır.
Ön və arxa qoruyucuları:
Marş
zamanı əsasən “ön və arxa” qoruyucuları (ÖAQ) oxun ucluğu qismində
hərəkət etməlidirlər.Ön qoruyucular əsas qruplardan 100 m dən cox
uzaqlaşmamalı və vizual əlaqə saxlamalıdırlar. Bu zaman əl hərəkəti ilə
danışmaq vacibdir. Meşədə səs tez yayıldığından.qışqıraraq xəbərdarlıq
etmək qadağandır. Hərəkət zamanı ağac budaqları,yerə düşmüş quru
budaqları ,səs cıxara bilən hər şeyi ehtiyatla kecmək lazımdır
ki,qarşıda olan düşmən ,öndən gələn qoruyucuların hərəkətini hiss
etməsin.ÖAQ əsasən teplovizion və akkustik vasitələrlə təhciz olunması
vacibdir. Bundan əlavə qulağa taxılan səs gücləndirən vasitələr də
köməkci vasitələr sinfinə daxildir.Portativ radiostansiyaların tam
susması vacibdir,yuxarıda qeyd olunduğu kimi ÖAQ yalnız əl hərəkətləri
ilə komanda verirlər.Əsasən teplovizion vasitələrdən istifadə zamanı
diqqətli olmaq vacibdir. Cünki sıx yaşıllıq və meşədaxili hava
axını,insan bədəninin temperaturunu itirməyə qadırdir. Bu zaman insan
bədəninin temperaturuna oxşaq predmetlər aldada bilir.
Meşədə döyüşünün xüsusiyyətləri.:
Biz
yuxarıda meşədə döyüş aparılmasının bir necə misalına baxdıq. Taktiki
baxımdan bu misallar dəyişdirilə,təkmilləşdirilə və yeni ideyalarla
yaradıla bilər. Bu bilavasitə həm də döyüşü idarə edən komandirlərin
təklifləri və döyüş zamanı yarana biləcək hallarda şəxsi qərarları ilə
tanzimlənə bilər.Sonda bir necə cümlə də meşədə döyüş zamnı əmələ gələ
biləcək bir sıra cətinliklə və onların xassəsi haqda.
Meşə
şəraitində hücum və müdafiə əl qumbaralarından istifadə qəti
qadağandır. Bu özünüməhfə gətirib cıxara bilər.Əl qumbaraatanları və
lüləaltı qumbaraatanların da tətbiqi ,sıx ağac və bitgilərin olduğundan
cətindir.Bu səbəbə görə də uzaqvuran və ağır snayper tüfənglərinə
ehtiyac yoxdur.AQS meşə şəraitində effetlik amili sıfıra bərabərdir.
Cünki asılma traektoriyası ilə ucan qumbaralar.cox hallarda boyu 50
metrdən də hündür olan ağaclara dəyərək partlayır və onların qəlpəsi
yerə catmadan ağacların budaqlarında itir.Bu zaman Minaatanlar meşə
şəraitində əvəzolunmaz silah sayıla bilər.Zirehli texnika da məhdud
istifadə olunan qüvvələrdən biridir,yuxarıda göstərdiyimiz amillərdən
görmə və kecmə məhdudlaşır və bu zaman texnikanın özü yüngül ov
vasitəsinə cevrilə bilir.Havadan düşməni müşahidə etmək də cox cətindir.
Əsasən meşə şəraitində piyadaəleyhinə minalar daha effektiv vasitədir.
Lakin bu zaman minalanmış sahələrin tam olaraq nişanlanması,xüsusi gizli
işarələrin qoyulması vacibdir. Məftilli minaları düzənlik şəraitindən
biraz yuxarı,yəni dizdən hündürdən asmaq lazımdır ki,müşə heyvanlarının
toxunmasından işə düşməsin.Belə məftilli minalar qoyulduqdan bir necə
saat sonra ,hörümcək toru ilə örtüldüyündən,hörümcək toru görərkən
ehtiyatlı olun.Hündür ağacların başında HHM qruplarını gəzdirilən ZRK
larla yerləşdirmək olar. Pusqu zamanı belə yerlər snayperlər ücün də əla
mövqelərdir. Kəşfiyyat zamanı meşənin landşaftına uyğun olaraq
paltarların üstündən kollardan qırılmış budaqlar örtmək olar ki,bu həm
maskalanmanı həm də meşədə dolu olan həşəratları üzdən və bədənin acıq
yerlərindən qovar.
Abuzər Əbilov.
Yazılarda xüsusi təyinatlı “Yaşıl beretli”lərin yəlim metodikasından istifadə olunmuşdur. İxtisarla.
Комментарии
Отправить комментарий