Dağ Piyada qüvvələri:
Əsasən müstəqil hərəkət edərək və qarşıya çıxan bütün döyüş şəraitindəki məsələləri müstəqil qərar çıxartmaqla həll edə bilən döyüş vahididir. Vəzifəsi çətin keçilən relyef şəraitində,dağlarda ,aşırımlarda,qayalıq şəraitdə ,çətin mağaralarda döyüş aparmaqdır. Bu qüvvələr yüksək manevrli və professional ordu heyətindən seçilməzi mütləqdir .
Tapşırıqlar:
-Müxtəlif klimatik və atmosfer şəraitində ,ilin bütün fəsillərində, bütün növ təbii fəlakətlər zamanı,yüksəkliyin böyüklüyünə baxmadan çevik və manevrli olmaqla döyüş aparılması;
-Dağ şəraitində digər qoşun növləri ilə bilavasitə ünsiyyət və əlaqə olmadan müstəqil döyüş aparmaq;
-Digər qoşun növlərinin bacarmadığı təbii maneələri keçərək müdafiənin qurulması,gözlənilmədən hücumuin təşkili,vacib dağ cığır və yolların qorunması və yaxud atəş altında saxlanılması,düşmənin qüvvələrinin hərəkətinə mane olmaq üçün yerli relyefdən istifadə ilə müxtəlif atəş “kisələrinin” yaradılması və xüsusi tapşırıqlardan əmələ gələn məsələlərin həlli.
Silahlanma:
Snayper tüfəngi: Başqa silahlara nisbətdə ağır yaxud yüngül olmasına baxmayaraq,dağ döyüşləri zamanı həddən artıq vacib və güclü silahdır. Hətta dağlarda yaxşı maskalanmış snayperin olması anlamı,düşmən üçün böyük psixoloji və əsəbi basqı amilidir. Məharətlə seçilmiş atəş nöqtəsində görünməz olan snayper dağ şəraitində düşmənin böyük qüvvəsini saxlamağa qadirdir. Bu zaman mağaralar arzuolunan deyil. Çünki mağaralarda səs yayılması funksiyası və mağaranın birbaşa vurulması təhlükə mənbəyidir. Dağların üstü daşlı ərazisinin altındada mövqe təhlükəlidir. Atılan yüngül və ağır mərmilərdən yaranan qar və daş uçqununu yaddan buraxmaq olmaz.
Avtomatik silah: Bu və ya digər model avtomatik silahlar yalnız yaxşı və bacarıqlı döyüşçülərdə olması vacibdir. Çünki avtomatik silahın atəş nıqtəsi bariz olaraq görünür və manevr etməyərək yerində passiv qalan döyüşçü mütləq olaraq yaxın dəqiqələrdə ölü olacaqdır. Bunbdan əlavə avtomatdan səmərəli və qənaətli istifadə vacibdir. Çünki dağlarda çox zaman döyüş sursatı məhdud olur və məlum olmayan şəraitdə bu sursatın yerinin doldurulacağı vaxt dəqiq olmur.
Əl pulemyotları: Əsasən dağ şəraitində nisbətən ağır silah olsa belə,güclü atəş intensivliyinə və atəş uzaqlığına malikdir. 8-10 atəş arasında qısa fasilələrlə açılan atəşlə düşmənin canlı qüvvəsini uzun zaman hərəkətsiz etməyə və öz qüvvələri üçün hərəkət sektorunu nisbətən təhlükəsiz etməyə qadirdir.
Əl qumbaraları: Sözsüz ki yüksəklikdə olduqda,aşağıdan yuxarıya qalxan düşmənin canlı qüvvəsinə böyük itgi verməyə qadirdir. Təzkibolunmaz faktdır ki,özündən yuxarıda olan düşmənin qüvvəsinə qumbaralar nadir hallarda və dəqiqliyə tam əmin olduqda atılır. Bu zaman daha çox hücum qumbaralarından istifadə olunur. Bundan əlavə siqnal və tüstülü sədd yaradan qumbaralardan da müxtəlif məqsədlər üçün istifadə oluna bilər.
Lüləaltı qumbaraatanlar: Bu tip silahlar asılma atəşi ilə atəş açmaq funksiyasının olduğuna görə mini minaatan kimi də qəbul ediləndir. Bundan əlavə əl qumbarasının dəqiq atıla bilməyən yerlər üçün də idealdır. Lakin burada əyər yuxarı atəş açılırsa,bu zaman qar və daş uşqunları nəzərdən qaçırılmamalıdır.
Dəzgahlı Pulemyotlar: Bu tip silahlar dağ döyüşçüləri üçün spesifik silah olaraq qalır. Çünki silahın çəkisi ağır olduğundan döyüşçülər onu səmərəsiz istifadə edərlərsə,hər zaman güc və tesusrs itirəcəklər. Əfqanıstan müharibəsi zamanı belə silahlar yalnız yük heyvanlarında daşınırdı. Müasir savaşlarda isə yüngül və manevrli daşıma vasitələrinə və texxnikalara ehtiyac yaranmışdır. Belə silahlar əsasən aşağı ərazidə düşmənin toplanmış canlı qüvvəsinə və kolonnalara işlənir. Bu zaman silahların özünün də yaxşı və təkmil hazırlanmış atəş nöqtəsinə ehtiyacı vardır. Hər dağ massivində olduğu kimi daş və qar uçqunları təhlükəsi olan yerlərdə bu tip silahların qurulması təhlükəlidir. Çünki başqa faktorları nəzərə almasaq da ,silahın yaratdığı vibrasiya dalğası uçquna səbəb ola bilən amildir.Bundan əlavə dəzgahlı pulemyotlar ,dağlarda məhdud halda istifadə edilən ZRK lərini də əvəz edərək aşağıdan uşan helikopterlərə də ciddi ziyan vura bilər.
Qumbaraatanlar: Əsasən dağ döyüşçüləri çox doldurulan və kalibrüstü qumbaraatanlardansa ,birdəfəlik kalibraltı (məsələn RPQ-22,RPQ-26) və baraban tipli qumbaraatanlara üstünlük verirlər. Əsasında isə bir qumbaraatanı və sonra onun mərmilərini daşımaqdansa birdəfəlik qumbaraatanlar daha əlverişlidir. Baraban tipli qumbaraatanlar isə lüləaltı qumbaraatanlar kimi asılma atəş açdığından ,maneə arzasındakı düşməni daha yaxşı “götürə” bilir. Bu zaman da atəş sektoru elə seçilməlidir ki uçqunlar döyüşçüyə ziyan verməsin.
Комментарии
Отправить комментарий