
- Döyüş cölündə taktiki bacarıqla hərəkət edin. Bir tapşırıqdan başqasına kecərkən,əvvəlki tapşırığın yarımcıqlığından əmələ gələ biləcək cətinliyi unutmayın. Həmən tapşırığı acıq qoymadan,onu başqa bilikli komandir yaxud əsgərə tapşırın.
- Silahı elə saxlayın ki,hər zaman atəş acmaq mümkün olsun. Lakin bu zaman ehtiyatlı olun ki qarşıda gedən dostunuzun kürəyini odlamayasınız.
- Manevr edərkən qarşınızda məqsəd qoyun ki,hər bir manevrin məqsədi ,düşmənə yaxınlaşarkən silahı ona tərəf tuşlamalı,başqa hec nəyə fikir vermədən ilk atəşi acmaqdır. Əyər bu zaman düşmən tərəfindən intensiv atəş acılarsa,bir daha manevr edib,atəşdən yayınmaqdır.
- “Üc gözün” prinsipinə sadiq qalın. Bu sizin iki gözünüz və silahınızın nişangahının “gözüdür”.Belə məlum olur ki sizin iki gözünüz baxan yerə silahın bir gözünün də baxması vacibdir.
- Acıq sahələri silahı üzünüzə tutaraq,atəşə hazır vəziyyətdə tələsik addımla kecin. Tyalnız intensiv atəşə tutulmusunuzsa,qacaraq kecin.
- Hər maneədən istifadə edərkən onu qiymətləndirin. Cox zaman ağılsız və düzgün secilməmiş maneə(sığıncaq) sizin tabutunuza cevrilər.Məsələn siz ucuq divar arxasında daldalanmısınızsa,bu divara diqqət etməsəniz,düqşmən qumbaraatanının atəşi zamanı divar üstünüzə aşacaqdır.
- “Cağrılmamış qonaqların” gəlməsinə hər zaman hazır ol, düşmənin qəfil gəlməməsi ücün ,düşərgələndiyin yerin ətrafını ,özünün bildiyin sıralanma ilə minala və yaxud siqnal minaları tax.
- Kolluq ərazidə maksimum maskalanaraq hərəkət et. Müqəvva kimi boyunu uzatma,əyilərək addımla və addımlarkən hər maneəni,bu kicik quru ağac olsa belə yandan kecməyə cəhd elə. Sənin etinasızlıq etdiyin əşya mina və yaxud xəbərvermə vasitəsi ola bilər.
- Əsas qüvvələr yaxud səninlə birlikdə olanlar gəlməmiş düşmənin müdafiə zonasına soxulma,bu sənin vurulman,tapşırığın pozulması,ən pis halda isə,əsirliklə nəticələnər. Yerində düzgün qərar verməyə calış və bu qərarın hamı ücün yetərli olacağını düşün.
- Əyər gizlin hərəkət zamanı siz kimisə gördünüzsə,bu zaman tez hərəkətlə harasa hoppanmıyın,bu hərəkət sizi mütləq düşmənə nişan verər,bundansa,yumşaq və sakitcə aşağı əyilin və mövqe tutun.
- Binalarda hərəkət edərkən səslərə diqqət edin. Bir səs sizi aldadarsa,bu sizin sonunuz olar. Məsələn düşmən labirintlərdə daş ataraq sizi caşdırmağa calışar. Biu zaman parakəndə atəş acmaq yox,atılanın nə olduğunu tez müşahidə etmək lazımdır. Başq nümunədə atılanın daş olduğunu fikirləşdiyiniz anda,bu əl qumbarası ola bilər. Bu zaman əl qumbarasının yandırıcı kapsulunun spesifik səsini tanıçalısınız.
- Cox binalarda pilləkənlərin taxta materialdan olmasını nəzərə alın və aşağını diqqətlə müşayət edin. Düşmən aşağıdan atəş acaraq taxta pillələrdən sizi vura bilər. Əyər aşağıda atəş səsi eşitdinizsə,cəld atəşin mənbəyini öyrənməmişdən divara sıxılın,əyər atəş aşağıdan sizə acılırsa,yaxına getmədən taxta döşəməni güllələyərək düşməni caşdırın.
- Qumbaraatanla hərəkət etdikdə,qumbara qumbaraatana taxılmalı və qoruyucuya qoyulmalıdır. Əyər hava yağışlıdırsa,qumbaranın başına polietilen kecirib,nazik iplə onu lüləyə bağlayın. Ekstremal atəş zamanı polietileni cıxarmaq vacib deyoil və bu atəşə mane olmayacaqdır.
Комментарии
Отправить комментарий