Şəhər,sıx yaşayış məntəqələrində döyüş aparma
taktikası,ümumqoşun döyüş taktikasından köklü surətdə fərqlənir.Məsələn
ümumqoşun döyüşü zamanı düşmən hücumu bariz görünürsə yaxud düşmənin canlı qüvvə,silah,texiika,kommunikasiya,idarəetmə
mərkəzləri hava və yer kəşfiyyatı tərəfindən kəşf olunub,ona zərbə
vurmaq ücün operativ şəkildə tədbirlər görülürsə,şəhər şəraitində bu
operativlik ləngiyə və hecə enə bilər. Bunun bir necə səbəbi var.
-Şəhər və yaxud sıx yaşayış məskənlərində
infrastrukturun,binaların və tikililərin mütləq maneə kimi düşmən tərəfdən
istifadəsi;
-Şəhər və sıx yaşayış məskənlərində
yeraltı kommunikasiya,metro və s kimi gizli yolların olması;
-Binalarda,tikililərdə,təbii maneələr altında
gizlənmiş düşmənim aviasiya ücün görünməz olması,;
-Şəhər tikililərində snayper və
qumbaraatancıların binalar icində gizli və cəld hərəkəti;
-Dar kücələr,yolların kəsişməsi,barrikadalar və
sünii maneələr,yanmış avtomobil və yaxud digər maneələr.
Belə şəraitdə həmcinin artilleriya atəşinin
effektivlik dərəcəsi sıfıra bərabər olur.Əyər hücum edilən şəhərin
infrastrukturasına zərər vurmadan onu zəbt etmək tapşırığı varsa,bu zaman
artilleriyadan istifadə qəti yolverilməzdir.Bundan əlavə şəhər döyüşləri zamanı
şəhər infrastrukturunun müxtəlif olmasından,hücum zamanı aviasiya zərbəsi
də demək olar ki,hec bir effekt vermir. Cünki.müxtəlif binalarda mövqe quran
düşmən.aviasiyanın yaxınlaşdığı zaman həmən atəş höqtələrini operativ surətdə
dəyişir və bu zaman vurulan zərbələr hecə enir.Böyük binaların da bir necə
atıcıya görə yerlə yeksan olunması,nə hərbi,nə də insani faktorlara
sığışmır.Bundan əlavə şəhər üzırində ucan aviasiya,hər zaman əks tərəfin
gəzdirilən Zenit Raket Komplekslərinin ovuna cevrilə bilir.
Yaxın tariximizdə bir necə qaynar nöqtələrin
şəhər döyüşlərini analiz etsək,görərik ki, şəhər döyüşləri,ümumqoşun
döyüşlərinin fazasında,özünün təkrarolunmamazlığı ilə fərqlənməkdədir.
1993-cü ildə Somalinin paytaxtı Moqadişidə ABŞ
reyncerləri general Aydidin qanundan kənar silahlı birləşmələri ilə
silahlı münaqişəyə girdi. Aydidin silahlı birləşmələri say etibarı ilə
ABŞ reyncerlərindən cox,yerli şəraitə tam bələdciliyi olan və şəhər
kvartallarında cevik hərəkət edən döyüşcülər olduğundan,bu döyüşdə ABŞ
reyncerləri itgilərlə üzləşdilər.Somali alyansı hökumətinin 24 böyük cinli
vəzifəlisini həbs etmək tapşırığı alan ABŞ reyncerləri döyüşün ilk saatlarında
əməliyyatı uğurla yerinə yetirdilər.Lakin əməliyyatın birinci fazası bitdikdən
sonra ikinci fazada ABŞ komandanlığının buraxdığı bağışlanmaz
səhflər-sonda ABŞ komandanlığının bu kontingenti Somalidən cıxarmaq
qərarı ilə üzləşdi.Hind okeanının sahilində yerləşən qədim Moqadişo özünün
qədim məscidləri, böyük sarayları,kolonial villaları,kasıb məhəllələri ,kicik
dəmir və taxta lövhələrdən tikilmiş evləri ilə ABŞ reyncerlərini
qarşıladı.Komandanlıq bu əməliyyata zirehli texnika və aviasiya da təhkim etmək
istəsə də,sonda bu qüvvələri ala bilmədı. Ancaq desant helikopterləri olan
"BlackHawk" və yüngül zirehli avtomobil texnikası ilə şəhərə girən
reyndjerlər-general Aydidin dişinə qədər silahlı və fanatik ordusu ilə
qarşılaşdılar. Bu əməliyyatda 18
reyncer və bir necə helikopter məhf edildi,77 yaralandı. Bundan əlavə müxtəlif
dövlətlərin BMT missiyasında olan 35 nəfər həlak oldu və 100 nəfər yaralandı.
Bundan sonra əməliyyatı sona catdırmamış reyncerləri şəhərdən cıxarmaq
əmri verildi.
Bütün bunların
səbəbi,reyncerlərin ərazı və şəhərdə kəşfiyyat məlumatlarının bəsit
olması,qarşıdakı döyüşcülərin qüvvə və bacarığına etinasız yanaşma,tanış
olmayan şəhər labirintlərində naviqasiya məlumatlarının olmaması və sonda isə
qruplar arasında əlaqənin pozulması göstərilir.Baxmayaraq ki əməliyyatdan əvvəl
Moqadişinin havadan kəşfiyyatı kecirilmişdi,lakin hava kəşfiyyatı bir əmrlə
toplana biləcək,son dərəcə mobil,fanatik və cəld Aydid döyüşcülərinin
toplantılarını aşkar edə bilməmişdi. ABŞ reycerləri də adlarının qorxunc
olmasına əsaslanaraq,Aydid yaraqlılarının ciddi müqavimət göstərməyəcəyinə
inanmışdılar. Lakin sovet RPQ-7 qumbaraatanı ,atıcı silahlar və pikaplarda
qurulmuş iricaplı qumbaraatanlarla silahlanmış Aydid döyüşcüləri ,şəhərin
dolanbac yollarında ,kicik ,lakin bir cox cıxışı və girişi olan
məhəllələrdə,reyncerlərin yöndəmsiz texnikalarını ,atəş və barrikadalarla
qarşıladı. Bu döyüş və məğlubiyyət bir daha isbat elədi ki, şəhər şəraitində
döyüş aparma taktikası və döyüş vasitələri,daha incə taktikaya söykənməli və
fərqli yanaşılma tələb edən taktiki toplumdur.
1994-cü ildə Rusiyanın
Cecenistan Respublikasının Qroznı şəhərinə yeritdiyi qüvvələr və texnika ilə
şəhərin “təmizləmə” əməliyyatı iflasa uğradı. Şəhərə dörd
tərəfdən-şimaldan (general Konstantin Pulikovski),qərbdən(general İvan
Babicev),şimal-şərqdən(general Lev Roxlin),şərqdən (general Nikolay Staskov)
–un rəhbərliyi altında 250 zirehli texnika və canlı qüvvə yeridildi. Hələ
əməliyyatın birinci saatında şəhərdə əməliyyat aparma taktikasının
şərtləri kobud surətdə pozulmağa başladı.
-Əməliyyatın ilk
saatlarında qüvvələr arasında əlaqə sıfıra endı.
-Yerli şəraiti bilməyən
və tam dəqiq səmtlənməyə malik olmayan qüvvələr dar kücələrdə ilişib
qaldılar.
-Əməliyyatın məxfiliyi
pozuldu və mülki əhali geyimində olan mücahidlər,ordudan lazımı məlumatları
əldə etdilər və onları asanlıqla müşahidə etdilər.
-Texnikanın atəş
qurğuları hündür binaların damında mövqe tutmuş mücahidləri vura bilmədi.
Texnikanın atəş qurğularının atəş trayektoriyası imkan vermədi.
-Ərazi kəşfiyyat
olunmadığından,texnika və canlı qüvvələr,əvvəlcədən hazırlanmış atəş
nöqtələrinin önünə cıxdı və s.
Döyüşün ilk analarında
Prezident sarayının aşağı mərtəbəsində ,monolit divarlar arxasında mövqe tutan
mücahidlər Rus ordusunun texnikasını asanca nişanlayıb məhf etməyə nail
oldular. Bu zaman qoşunlar arasında əlaqə olmadığından,komandirlərin bu döyüş
bövü haqda biliklərinin aşağı səviyyədə olmasından,meydana yeni texnikalar
yeritməyə davam etdilər. Döyüşün acı nəticəsi də bu oldu ki, kəşfiyyat
olunmamış əraziyə sıx hərbi texnika və canlı qüvvə teridən ruslar böyük
itgilərlə üzləşdilər. Qalın divarlar arxasından,kanalizasiya
lyuklarından,evlərin damından,zirzəmilərdən cıxan cecen mücahidləri,sərrast
atəşlə rus texnikasını və canlı qüvvəsini böyük itgilərlə üzləşdirdilər.
Sonralar general lev
Roxlin demişdir:
-Kvaşnin və Qracovun
şəhərin alınması planını-rus silahlı qüvvələrinin “ölüm və məhfetmə planı”
adlandırmaq olar.Mən bu gün bütün məısuliyyərimlə deyirəm ki,bu plan hec bir
operativ-taktiki elmə dayaqlanmamış plan idi. Bu sadəcə avantyura idi,əyər bu
avantyurada 100 lərlə hərbcinin ölməsini,100 lərlə əsir düşməsini,böyük sayda
texnikanın məhfini nəzərdən qacırmasaq-bu cinayətkar avantyura idi.
General Qracovun
hesablamalarına görə,Qroznıdakə əməliyyatlar ,Alma-Ata(1986),Tibilisi
(1989),Fərqanə(1989),Bakı(1990),Oş(1990),Vinyus(1991),Moskva(1993)
əməliyyatlarının davamı olaraq,ildırımsürətli və az itgilərlə başa gəlməli idi.
Amma kəşfiyyatın yarıtmazlığı günüral Qracova imkan vermədi ki,anlasın-Bu
şəhərlərdə insanlar əliyalın,Qroznuda isə mükəmməl hərbi təhsil almış
komandirlərin idarə etdiyi döyüşcülərlə qarşılaşacaq.
Müasir şəhər
döyüşlərinin taktikası bir cox uzun illər qüvvədə olan nizamnamə və hərbi
təlimatları inkar edir. Cünki,artıq müasir şəhərsalma elementləri 1980-cı
illəri arxada qoymuşdur. Əyər 80-cı illərdə şəhərlərdə 5 mərtəbəli binaların
fəth olunmasından söhbət gedirdisə,müasir dövrdə daha uca tikililəri,müxtəlif
cətin konstruksiyalı tikililəri,kommunikasiya xətlərini,cətin körpülər
kəsişməsi olan kücələri fəth etmək zərurəti yaranır. Bu zaman isə artıq 80 ci
illərdə istifadə olunan xəritələrdən yenidən istifadə yersizdir.Cünki şəhər
infrastrukturu durmadan inkişaf etdiyindən,belə xəritələrə güvənc vermək
olmaz.Bundan əlavə müasir şəhər mühitində döyüş aparmaq ücün,əvvəlcədən
güclü,səlist,dəqiq kəşfiyyata ehtiyac yaranır.Şəhər şəraitində aparılan
kəşfiyyat da ,acıq səhra şəraitindən köklü surətdə fərqlənir. Fərqlər
bunlardır:
-Şəhərin
havadan.yerdən ,əyər şəhər dəniz kənarında yerləşirsə,dənizdən vizual
,texniki kəşfiyyatı aparılmalı,
-Yerli
dili,adət-ənənəni,infrastrukturu bilən kəşfiyyat qrupları ,dinc əhali qismində
şəhərə yeridilməli,
-yerli şəraiti nəzərə
almaqla şəhərin müxtəlif zonalarında müşahidə məntəqələri
yaradılmalı.
-Kəşfiyyat qruplarının
tam radio “susma”-sı zamanı, məlumat catdırılmasının təşkil olunmalı,
-Hərəkət zamanı yarana
biləcək təbii,texniki maneələrin tam olaraq xassələrinin öyrənməli,
-Əhalinin düşmənə
münasibətini,düşmənin yerli əhalidən istifadə potensialını,əsir və girovların
saxlanış yerlərini müəyyən etməli,
-Kommunikasiya,yeraltı kecidlər,metrolar,tunellər,böyük
anbarlar-bir sözlə,düşmənin yerdəyişməsini təmin edə biləcək bütün
vasitələr haqda informasiya toplamalı,
-Dümənin komanda
mərkəzini və döyüş zamanı ehtiyat komanda mərkəzlərinin yerini müəyyən eləməli
və s.
Göründüyü kimi
şəhərdaxili kəşfiyyat ümumqoşun kəşfiyyatından fərqlənir.
Şəhər şəraitində texnikanın hərəkəti məhdud
olsa belə,texnikadan döyüş zamanı tam imtina etmək də olmaz.Cünki yuxarıda
göstərildiyi kimi,şəhər mühitində döyüşlər zamanı hücuma kecən dəstələr bir sıra
maneələrlə rastlaşa bilir. Bu maneələr partlayışlar zamanı yollara tökülmüş
daş,torpaq,işıq dirəkləri,reklam lövhələri,yanmış avtomobillər,sünii
barrikadalar və s –dir.Bütün bu maneələrin dəf edilməsi ücün ,xüsusi
zirehli texnikaların köməyinə ehtiyac var. Lakin bu zirehli texnikaların
“möcüzə” göstərəcəyinə arxayın olmaq olmaz. Texnikalar da mühafizəyə,qorunmağa
ehtiyacı var. Əks halda maneə təmizləyən zirehli texnika özü vurulduğu zaman
maneəyə cevrilə bilər.Sadə dillə desən ,maneə təmizləyən texnika düşmən
qumbaraatanının atəşi ilə sıradan cıxarıla və ikiqat maneə yarada bilər.
Şəhər döyüşləri zamanı istifadə olunan
silah.sursat,texniki vasitələr və texnika da ümumqoşun döyüşü zamanı istifadə
olunan vasitələrdən köklü surət də fərqlənir.Ağır,hərəkəti məhdud,daşınması
xüsusi vasitə tələb edən silah və vasitələr şəhər döyüşləri ücün yarasıdır və
bu cevik əməliyyat planlarını gecikdirə və hətta əməliyyatı poza bilər.Şəhər
döyüşləri ücün silah,sursat və vasitələr aşağıda göstərilən nümunələrdir:
-Snayperləri və digər uzaq məsafədən
optik nəzarət cihazlarını atəş acmazdan əvvəl aşkarlaya bilən detektorlar:
Buna misal Kanadanın “NEWCON OPTIK”
şirkətinin məhsulu olan LAS-1000 detektorunu göstərmək olar.LAS-1000 optik
prinsipə əsaslanaraq,təhlükə işə düşməzdən əvvəl onun yerləşdiyi nöqtəni təyin
edir.Lazer skaner öz sahə xəttində olan bütün linza və reflektorları
təyin edərək həm vizual ,həm də səs siqnalı verərək,vizual kəşfiyyatcını xəbər
dar edir. Təhlükə nöqtəsi təbii və yaxud qeyri təbii maneələr arxasında
maskalandıqda belə,cihaz onun olduğu yeri və həmən nöqtəyə qədər olan məsafəni
təyin edərək kəşfiyyatcıya catdırır.Cihaz ərazisində olan optik,işığı əks
etdirən binoklları,kameraları,optik və optik-elektron
nişangahları,termal cihazları,reflektorlu geodeziya dirəklərini 1200
metrdən asanlıqla təyin edə bilir.
Tücütü qumbaraları:
RDQ-2-Sovetlər Birliyinin istehsalı olan tüstü
qumbarasıdır. Qumbaralar maskalanma,tüstü zonaları yaratma və texnikanın
yanmasını imitasiya etmək ücün istifadə edilir. Bu cür sursatlardan əraziyə
dəqiq enmə həyata kecirmək istəyən vertolyotlar ücün də istifadə
edirlə bilir. Cəkisi 600 qram olan bu qumbaraların təyinat və istifadə
şəraitindən asılı olaraq RDQ-2B,RDQ-2C,RDQ-2X,RDQ-2P kimi konfiqurasiyaları da
mövcuddur.
ABŞ istehsalı olan M-18 tüstü qumbaraları
müxtəlif rənglərdə tüstü buraxa bilr.Cəkisi 550 qram olan bu qumbaralar silahlı
qüvvələrin bütün növlərində mövcuddur.60 saniyə qatı və əvvəlcədən təyin
olunmuş növlə,təyin olunmuş rənglə tüstü buraxan bu qumbaralar,müəyyən sahənin
kecilməsində maskalanmaq,işarə vermək,düşmənin atəşindən sapmaq ücün istifadə
edilir.Bundan əlavə xüsusi təyinatlılar və polis əməliyyatları ücün nəzərdə
tutulmuş G7A tipli qaz qumbaraları da mövcuddur ki, bu tip qumbaralar qapalı
ərazidə gizlənmiş düşmən döyüşcülərini əsəb-iflic halina gətirə bilir.
Barrikada və maneələri təmizləyən xüsusi
zireühli texnika:
İMR-2 Sovetlər birliyi ,Omsk
mürəkkəb texnologiyalar elmi istehsalat birliyinin məhsulu
olan mühəndis ,maneələri dəf etmə maşını,əsasən cətin kecilən sahələrdə,barrikadalarda,təbii
və qeyri təbii maneələrdə yol acmaqla,hərəkətdə olan qoşunların
əvəzolunmaz köməkcisidir.
M1132 Stryker ESV-Abş ordusunun
istehkam-mühəndis hissələrinin istifadəsindədir.Bu M1132 Stryker İCV zirehli
maşınıdır və onun ön hissəsinə mühəndis qurğusu qoşulmuşdur.Ön hissəyə
həm” Jettison Fitting Kit (JFK)” tipli minaları cıxaran və bir sıra qurğular da
qöşmaq olur ki, bu maşın şəhər döyüşləri zamanı,həm zirehli transportyor,həm də
barrikada və maneələri dəf edən xüsusi maşın kimi istifadə oluna bilir. JFK
tipli qurğu lazım olan anda kənardan müdaxilə olmadan maşına qoşulmuş müxtəlif
cür vasitələri bir anda tullayıb,hərəkətini davam etdirir.
-Hücum əl qumbaraları.
RQD-5 Sovetlər birliyinin istehsalı olaraq
RQ-42 qumbarasını əvəz edərək,piyadaların hücum qumbarası kimi silahlanmaya
qəbul edilmişdir. Qumbaradan evlərə,zirzəmilərə,tikililərə,barrikadaların
arxasına hecum zamanı istifadə edilə bilir.310 qram olan bu qumbara 30-50 metr
məsafəyə atılaraq 15-20 metr radiusunda olan canlı qüvvəni özünün qəlpələri ilə
sıradan cıxarmaq imkanına malikdir.
Mk-II ABŞ istehsallı əl
qumbarasıdır.Qumbara Sovetlər birliyinin F-1 müdafiə qumbarasını xatırlatsa da
,qəlpələrin hazırlandığı kütlə və texniki göstəriciləri fərqlidir.Başqa sözlə
desək,qumbaranın qəlpələri ucuş zamanı öz sürətini tez itirdiyindən,bu qumbara
hücum ücün nəzərdə tutulmuşdur.Cəkisi 595 qram,50 metr uzaqlığa
atılaraq,30-40 metr radiusunda olan canlı qüvvəni məhf edəı bilir.
-Birdəfəlik qumbaraatanlar:
RPQ-18 MUXA Sovetlər
birliyinin istehsalı olaraq “Bazalt” elmi istehsalat birliyində işlənib
hazırlanmışdır. Qumbara reaktivdir və yüngül daşınma və atəş qurğusunun
icərisində yerləşdirilmişdir. Bu tip qumbaraatanları həm də “birdəfəlik”
adlandırırlar ki,qumbaraatan atəş acdıqdan sonra onun daşıyıcı-atəş qurğusunu
tullamaq lazım gəlir. Cəkisi 2.6 kq,atəş uzaqlığı 200m,qumbaranın kalibri 64mm
–dir. Qumbaraatandan həmdüşmənin zirehli texnikasına həm də maneələr
arxasında gizlənmiş düşmənin canlı qüvvəsinə atəş zamanı effektlidir.
M-72LAW ABŞ istehsallı “birdəfəlik “
qumbaraatandır ki, öz sırasında M-31 və M20A1 «Super Bozoka” tipli
qumbaraatanları əvəz etmişdir. M-72LAW-zavod şəraitində kumulyativ
qumbara iləı təhciz olunur və qumbaraatanı təkrar doldurmaz olmur. Yuxarı
hissədə olan vurucu-buraxıcı sistem vasitəsi ilə atəş acılır.Buraxıcı boru ic
tərəfdən aliminium,cöldən isə şüşəplastik lövhədən hazırlanıb. “Talley
Industries and under license by Raufoss Ammunisjonsfabrikker A/S, Norway”
şirkətinin məhsuludur.Tipindən asılı olaraq 2.2 və 2.3 kq
cəkisindədir.Qumbaranın capı 63mm,atəş uzaqlığı isə 350-400 metrdir.
-Müxtəlif silahlara qoşulan və qoşulmayan
kicikcaplı lüləaltı və əl qumbaraatanları:
QP-30 “Obuvka” Sovetlər birliyinin istehsalı
olaraq silahlanmaya 1989 ildə qəbul olunub.VOQ-25 tipli piyada əleyhinə qəlpəli
qumbaralarla atəş acır. AKM,AKMS,AK-74,AKS74,AK-103,AK-107,AK-108 və s
tipli avtomatların lüləaltı cıxıntısına qoşulur.Qumbarasiz cəkisi 1.3 kq,atəş
uzaqlığı isə 400 metrdir. Qumbaraatan “asılma” tipli atəş aca
bildiyindən,maneələr və barrikadalar arxasında gizlənən düşmənə atəş acmaq ücün
keyfiyyətlidir.
M203 ABŞ istehsallı lüləaltı
qumbaraatandır ki,Aİİ şirkətinin məhsulu olaraq,ABŞ silahlı qüvvələrində
istifadə olunur.40mm-lik qəlpələnən ,işıqlandırıcı,yüngülzirehdələn mərmilərə
malik olan bu qumbaraatan da “asılma” atəşi funksiyasını yerinə yetirə
bilir.Cəkisi 1.36 kq,Atəş uzaqlığı 400 metrdir. M16A1 və bu tipli avtomatik
silahlara qoşula bilir.
Avtomatlar və tapanca-pulemyotlar:
.AK,AKS,AKSU-74 Sovetlər birliyinin istehsalı
olaraq ,piyadaların əsas silahı olaraq bu gün də gündəmdədir.Avtomatlar
əsasən yaxın və orta mənzilli döyüşlər ücün nəzərdə tutulmuşdur.Bu tip
silahlara həm lüləaltı qumbaraatan həm də səsboğucu qurğular qoşulması
mümkündür.
,EM-14Azərbaycan hərbi sənayesinin
istehsalıdır. Silah əsasən AK sistemli olsa belə,silahın konstruksiyasında
köklü dəyişikliklər var. Bunlar əsasən geriyə təpmənin azaldılmasında,qundağın
funksional dəyişikliyində,erqonomika və döyüşcünün sərrast və rahat atəş acması
ücün bir sira yeniliklərdədir.Bundan əlavə silah ikili Pikkotini relsi ilə də
təıhciz olunmuşdur ki, bu da müxtəlif nuişangahlar və bir sıra qurğuların
silaha qoşulmasını real edir.
AN-91 Rusiya istehsallı avtomat-qumbaraatan
kompleksidir.İxrac variantı 5.56 x45 mm kalibr ölcüsündədir.Silah əsasən
antiterror və xüsusi təyinatlılar ücün nəzərdə tutulmuşdur.Yerli istifadə
ücün nəzərdə tutulan nümunələrdə 7.62 güllələrlə atəş acan avtomat və 40 mm lik
qumbaraatan nəzərdə tutulmuşdur.
UZİ İsrail istehsallı
Israel Military İndustries (İMİ)şirkətinin
tapanca-pulemyotdur.Siloah onun konstruktoru Uziel Qallin adını
daşıyır.250-300 metr atəş uzaqlığı olan bu silahın cəkisi 3.5 kq,kalibr
ölcüsü isə 9x19mm dir.Atıcı qruplar üçünsə uzaq məsafədə hədəfləri vura bilən
snayperlərə deyil SVU-AS və VSS snayper tüfəngləri, habelə bull-pap tərtibatlı
avtomatlar daha uyğun hesab olunur.
İsrail Ordusunun polkovnik-leytenantı Amos
Golanın 2003-cü ildə icad etdyi “CornerShot” silahı məskunlaşılmış
məntəqələrdə aparılan əməliyyatlarda özünü doğrultmuş silahlardan sayılır.
“CornerShot”un uzunuluğu 820 mm, çəkisi 3.86 kq təşkil edir. “CornerShot”a 9×19
mm 9.40 S & W, .45 ACP və ya 5.7x28 mm çaplı tapançaları daxil etməklə 100
metr məsafədə, eləcə də divarların və maneələrin arxasındakı düşmənin canlı
qüvvəsini üzə çıxmadan dıqiq atəşlə məhv etmək mümkündür. ABŞ təhlükəsizlik
qüvvələri bu cihazın üzərində daha çox Beretta 92F, Glock, SIG Sauer və CZ
tapançalarını tətbiq edir. cihaza müxtəlif kameralar, audio vıı viideo ötürmə
dəsti, İR lazer, səsboğucu, takktiki fənərlər, habelə qumbaraatan bağlamaq
mümkündür. Yaxın perspektivdə ABŞ xüsusi təyinatlıları üçün “CornerShoot”a M-16
tüfənglərinin inteqrasiyası, sistemin uzaq məsafədən əməliyyatı idarə edən
komandirə real vaxt rejimində görüntü ötürməsinin təmin edilməsi nəzərdə
tutulur.
Qeyd edək ki, hələ 6-7 il öncə Eurosatory
sərgisində “CornerShot”un “Panzerfaust” qumbaraatanı ilə inteqrasiya olunmuş
variant da nümayiş olunub. Istehsalçı firmanın məlumatına görə, bu versiya
standart sistemdəki kimi 90 dərəcə deyil, 60 dərəcə bucaq altında atəş açmağa
imkan verir.
Hazırda bazarda müxtəlif ölkələrə məxsus
şirkətlər tərəfindən istehsal edilmiş, “CornerShot” konsepsiyasına
əsaslanan və ya onun kopyası adlandırıla bilən bənzər silah sistemmlər
mövcuddur. Məsələn, Çinin Chongqing Changfeng Machinery Co Ltd. və Şanxay Sea
Shield Technologies şirkətləri tərəfindən HD-66 və CF-06 indeksli iki bənzər
sistem yaradılıb. Hər iki sistem əsas
tapança olaraq QSZ-92-dən istifadə edir. Pakistanın POF şirkətinin xüsusi
təyinatlı qüvvələr üçün hazırladığı “POF Eye” sistemi “CornerShot”dan üzərinə
atıcı silahla bərabər qumbaraatanın yerləşməsi ilə fərqlənir. Sistem
istifadəçinin kürəyində, yük çantasındakı açıq tabletlə inteqrasiya olunur. Bu
zaman atıcı silahın monitorundan, arxadan gələn əsgərlər isə tablet üzərindən
silahın kamerasından ötürülən görüntününü müşahidə edir.
-Rabitə
vasitələri(müxtəlif)
-Yeri təyin etmə
cihazları(Naviqatorlar).
Bundan əlavə xüsusi
şəraitdə şəhər döyüşlərində başqa silah,sursat,xüsusi vasitələr bə texnikalar
da istifadə oluna bilər. Bütün bunlar lazımi vaxtda,lazımı şəraitdə və dəqiq
taktiki plan üzrə olmalıdır ki-hücuma kecən,yaxud müdafiə olunan qüvvələr
düşmənin mühasirəsinə və atəş xəttinə düşməsin.
Комментарии
Отправить комментарий