Lazımi
Hərbi məsləhətlər:
-Yadınızda
saxlayın,əsgərlərin cox hissəsi savaş zamanı tanımadığı mərmi və sursatlarla
davranışdan və onlarla etinasız rəftardan həyatını itirir-ayağınızın altına
baxın.
-Yadınızda
saxlayın ,hücum zamanı küncə qısılmış
düşmən əsgəri psixoloji durumundan özünü və sizi partlada bilər-ona cox
yaxınlaşmayın.
-Yadınızda
saxlayın,əvvəl qumbara atırsiniz,sonra daxil olursunuz. Qumbara yoxsa,avtomatik
atəş(səngərə qapıya) sonra tez daxil olaraq hər küncə(hər tərpənənə) atəş
acırsınız.
-Gecə
vaxtı kəşfiyyatcılar ücün cox əlverişli
məqamdır.Gecə vaxtı düşmənin ərazisinə
daxil olub,tez diversiya edərək ,onu qorxu və caşqınlığa salıb tez uzaqlaşmaq
lazımdır.
-Atəş
səsləri eşidən kimi cəld uzan və sonra düşün.
Ayaq üstə başında dəliklə düşünmək cox cətindir.
-Qumbaranı
birinci görən tez qışqırmalıdır “qumbara sağdan(soldan,öndən)”
-Hər
zaman təhlükə haqqında fikirləş.O səni hər zaman döyüş cölündə müşayət edəcək.
İnstinkt və hisslərini ayıq saxla.
-Qutuları
acma,elektronikaya toxunma,ümumiyyətlə hec nəyə toxunma,yerdə silah,güllə
darağı və s minalanmış ola bilir.Hətta meyitləri də tərpətmə,altına partlayıcı
qoyula bilər ki,götürülən zaman partlasın(Əfqan və Cecenistan təcrübəsindən).
-Uzun
zaman mövqeni dəyişmədən atəş acmaq axmaq ideyadır.
-Silahını
saz və təmiz saxla ki ,uzun döyüşlər zamanı,o
sənə xəyanət etməsin.
-Uzanan
kimi,sakitcə və görünmədən sürün,cünki düşmən yıxıldığın zaman səhi görə və o
yeri atəş altında saxlaya bilər.
-Yolları
dəyiş. Dünən getdiyin yol,artıq minalanmış yaxud snayper atəşi altında ola bilər.
Комментарии
Отправить комментарий