Bu gün bu səngəri çoxdan unutmuş və əsgəri televizorda görən şəhərdə
bayram əhvalı mənə bir paxıllıq gətirdi. Hər yanda güllər,hər yanda kimi
isə təbrik etməyə tələsənlər. Bəlkə mən də gül alıb tələsənlərə qoşula
bilmədiyimdən bir paxıllıq qatarı keçdi qəlbimin relsləri üzərindən .
Çünki qadınlar bayramı deyəndə ilk gözümün güzgüsünə gələn Anam olurdu
hər zaman. Doğmasını heç görmədim. O gün ki,Atamla birlikdə partlayaraq
viran qalan evimizdən Anamın da cəsədini
çıxardılar-mən nənəmin evində yəqin ki hansısa çaqqıldayan bir
oyuncaqla oynayırdım. Özümü tanıyandan ögey Anam olub mənim. Atam da
eləcə. Lakin bu ögeylik heç də "Ögey ana" filminə bənzəmədi heç zaman.
Mən də İsmayıl kimi anasının portreti qarşısında ağlamadım heç zaman.
Onun həqiqi Anam olmadığını O olmayanda bildim. Bəlkə də inanmadım buna.
İnanmaq istəmədim. Lakin ortada bir Sovetski küçəsinin əyri
dalanlarında şəkilmiş köhnə foto var idi. Hansı tərəfəsə yıxılmaq
keçmədi könlümdən. Ana elə Ana olduğu kimi Anadır-deyib sadəcə bir daha
ömrümə yazılmış tarixi vərəqlədim. Bu tarixdə uzaq Əfqanıstandan
başlayaraq ,Qarabağa uzanan yollar və bu yollara səpələnmiş Anamın isti
əlləri ilə yazılmış məktublar var idi. Bu tarixdə mənim müharibə
teatrında aktyor olduğum səhnələrdə,Bakıdan Ağdərəyə əlində zəmbil döyüş
zonasına gələn QADIN var idi. Bu tarixdə ,"ikiüzlü iblisi" oxuyub hər
gün ağlayan və zamanlar öncə körpə indi döyüşçü olan evladının psixoloji
durumuna dözə bilməyən bir psixoloq vardı. Bu tarixdə "mən bəlkə şox
yaşardım ,lakin sənin yaşamın məni öldürüdü" deyib gözlərini bu nahaqq
və üzdə məni sevib,arxada çaqqallıq edənlərin yaşadığı dünyaya yuman bir
ağbirşək vardı.Bu tarixdə O yoxdu,mən isə olmadığım kimi olaraq vardım.
Bu mənim və Anamın tarixi idi və bu tarix bəlkə də tarixin özündən ağır
və əzablı idi.
Sabah Analar günüdür. Üzünü hırıldadıb ,dizini açaraq heç zaman Analar kimi Ana ola bilməyəcəklərin bayramı deyil bu bayram. Əlinizi atıb telefonu götürərək "ANA" yazılmış nömrəyə zəng vurun və cənnətin qapısının dəstəyindən tutanlardan olun.
Mən də Anama zəng vurub cənnətə getmək arzuladım. Tarimar olsun taleyim... Telefona zəng çatmırdı......
Sabah Analar günüdür. Üzünü hırıldadıb ,dizini açaraq heç zaman Analar kimi Ana ola bilməyəcəklərin bayramı deyil bu bayram. Əlinizi atıb telefonu götürərək "ANA" yazılmış nömrəyə zəng vurun və cənnətin qapısının dəstəyindən tutanlardan olun.
Mən də Anama zəng vurub cənnətə getmək arzuladım. Tarimar olsun taleyim... Telefona zəng çatmırdı......
Комментарии
Отправить комментарий