Axşamdır. Ayağımı saqqız kimi pərcim olmuş palcıqdan ayırıb addımlamağa calışıram. Mənim bu dürüst olmayan hərəkətimə,səngər boyu uzanan oyuqda daldalanmış it də qəribə baxır. Nə qədər calışsan da ,Səfərdən sonra üzünü gördüyümüz üstü müxtəlif cantalarla bəzədilmiş “bronikin” təmiz qalsın-alınmır. Hər tərəfə elə bil palcıq yağışı yağıb. O tərəfdədə sakitlikdir hələlik. Yəqin bizim kimi canlarını palcıqla əlləşdirirlər onlar da. Ümumiyyətlə payızın gəlişindən dünyaya elə bil xəzan düşür. Bu zamanlar buralar daha hüznlü olur. Qanunauyğunluqdur. Yazın gəlişi ilə “Həyat var” düşünürkən,payızın gəlişi ilə yəqin ki “Həyat getdi” deyə sızıldayan sümüklərini ovmağa calışacaqsan. Alınmır. Cünki əlim də soyuqdur,icim kimi.
Mənim mübarizə cox xoşuma gəlir.Əyər həyat varsa-mübarizə də var. Təhsil də mübarizədir,haqsıza cihad da mübarizədir,hətta aclıq zamanı hec nə olmasa,yerdən ilanı da götürüb ceynəmək mübarizədir. İnqilab kimi. Daxilində,xaricində,şüurundakı inqilab kimi.Bütün bunlar yəqin ki ən əsası vicdanın inqilabıdır. Bax bu palcıqlı səngərin ici ilə addımlamaq ,soyuqda hətta qaşınan bədənini soyuq əlinlə qaşımamaq belə inqilabdır məncə. Daxilində bütün haqsızlıqlara dözüb,ağlar gözünü silib,elə adi kəndin icinə palcıqlı cəkmələrinlə cıxıb,”orda vəziyyət necədir” soruşana “yerimiz isti,özümüz sağlam,gücümüz bol “ demək də inqilabdır məncə. Yuxarılara əlim catmaz,onlar baha satılandırlar. Aşağıların özündə də ,qocalıb bu gün sabah urvatsız qəbristanlığa cəhənnəm olacaq,özlərini “təşəbbüskar agent” hesab edib,özlərini “millət təssübkeşi” hesab edənlərə,ekranlardan yalan danışanlara,”veteran “ deyib,arxada veteranıdan xəbərsiz olan,sinəsi parlaq medallılara ,hətta gömrükdən Kitay yumurtası kecirdib öz millətinin gələcəyinə saxta yumurta soxuşduranlara da “Sən şərəfsizsən” demək də mübarizə və sonda inqilabdır.
Beləcə mübarizə apara-apara,inqilab edə edə catdım astanasında ayaqqabıdan palcıq təmizləmək ücün,önünə dəmir qoyulmuş kazarmalara. Salam,necəsən,yuxarıda nə var-nə yox,düşmən atəşkəsi necə dəfə pozdu,yemək gəldimi,sursat catdımı,suyunuz varmı? Hər şey yaxşıdır deyib bununla da buralardan növbəti dəfə cahannəmə getmək ücün hazırlaşırsan. Bəli. Cəhənnəmə. Qaranlıq,lakin sünii işıqlandırılmış,kücələrindən hırıltı səsi,divarlarından reklam lövhələri,restoranlarından kasıb məhəllələrə kabab tüstüsü axan ,əsasında müharibə yox ,mahnı müsabiqələri,idman oyunları,ermənipərəst müğənnilərin konserti,fırıldaqcı taksiləri,cirkin avtobusları,yağış gölməcələri və ən əsası əli telefonlu zombilərlə dolu olan şəhər adlı cəhənnəmə. Qəribədir vallah,elə bil hec bu şəhərdə doğulmamışıq. Lakin bizim doğumumuzun şəhəri tam bambaşqa idi. Bu o şəhər idi ki,ən ucqar məhəlləsi olan Cambərəkənd,Covet kücəsi,Verxni Naqornusunda da insanlar səhərlər gülüşlə evdən cıxar,böyük məhəllələrdə hamı bir birin tanıyar,salamlaşar,hal əhval tutar,coxu işə,məktəbə,bazara,dükana axışar,işə istəklə,məktəbə sevinclə,bazara həvəslə,dükana ürəklə gedərdilər. Bu o şəhər idi ki,skamyalarında qəzet və kitab oxunardı,dəniz kənarında qocalar nərd atıb kecmişdə olanlardan danışıb gülərdilər və hərdən əllərini filli caydan dəmlənmiş stəkanlara atardılar. İndi yoxdur o şəhər. Kədərli və acı olsada yoxdur.
Ya Allah deyib yola cıxırıq. Ya Allah deyib təzədən bura qayıtmaq istəyi ilə.Başqa cür olmur. Biz cənnətdən bir müddət “qovulmuş” və məcburi cəhənnəmin yolcularıyıq. Maşın palcıq yoldan asfalta cıxaraq arxasınca uzun palcıqlı iz qoyur. Bəli bu bizim”palcıqlıların” izidir. Yəqin yağış yağsa yuyulub itəcək-biz də bir zaman “pensiyaya” yaxud əlil olub qayıdandan sonra “Var olsun əsgərim” deyən kresloların qabağında olan stollardakı sənədlərdən yuyulacağımız kimi. Asfaltın üstündə cətir olmadığı kimi ,o stolların üstündədə cətir yoxdur,böyük binalarda yerləşməsinə baxmayaraq. Yenə də maşında söhbət müharibədən gedir. Başqa söhbətimiz yoxdur axı bizim. Yolda əynimizə baxıb ,”Allah salamat eləsin,dava olmasın” deyən bir marketəoxşar tikilinin sahibinə hürdüyüm yadıma düşür-Bəli salamatlıq olsun,müharibə olmasın. Sizin anlamınızda yəqin biz dəliyik,yaşamaq,ev qurmaq,sizin kimi sakit piştaxta arxasında durmaq,lap elə dövlətin xəzinəsindən milyonlar qapmaq istəmirik. Sizin anlamınızda insanın ömrü,itirilmiş yorpağa dəyməz. Sülh istəyirsiniz. Bəli göyərcinsiniz-qarğa bizik. Anlamadınız ki tapdanmış tək torpaq deyil,tapdanmış qız-gəlin namusu,tapdanmış ağsaqqal-qarasaqqal şərəfi,tapdanmış satılmış vicdandır. Yaşayın bu keyfiyyətlə. Hələ üstəlik qəlbinizə “keyfiyyat” nişanı da vurun. Yaşayın dizi üstə,hələ istəsəz sürün,ağalarınıza can sağlığ ıdiləyin və dua edin ki bu həyatı elə beləcə MÜHARİBƏSİZ yaşayasınız.
Mən bacarmıram !!!
Комментарии
Отправить комментарий