Cətindir. Vallah Cətindir. Görəsən bu dünyada yalan danışmaqdan böyük yük varmı? Bəlkə də Allah yalanımı müqəddəs bilib bağışladı. Amma mən Allah deyiləm axı. Bağışlamaq mənim lüğətimdə yoxdur axı. Deməli Allah məni iblis yaradıb. Müharibə və Hərb iblisi. Yalancı və mənfur iblis qərar verdim özümü. Cün bu palcıqlı və soyuq səngər icrə,tək mənim kimi kirli və palcıqlı iblislər yalan danışar. Cün mənim kimi mənfurlar əsgərə; Döyüş,əzablara döz,cətinliklərə sinə gər,ehtiyata gedərsən hər şey yaxşı olacaq deyə murdarcasına yalan danışar. Bəli murdaram mən. Palcıqlı,donmuş və əzabdan zəbanə cəkən murdar. Təmizlər o sonmüş şəhərin işıqlı kabinetlərindədir. Mələklər ordan qanad acır: İqtisadi inkişaf,analoqsuz tərəqqi,sosial müdafiə,sosial bərabərlik,qanunda və gündəmdə şəffaflıq,elmdə və səhiyyədə təmənnasızlıq,hətta güc strukturlarında ədalət. Bax bütün bunlar həqiqət və mən alcaq isə yalancıyam. Yalandan artistlik edib yalan danışan təlxək.
Lakin bir dəfə yuxumda Allahım mənə dedi: yalan danış. Müqəddəs yalan özü böyük bir həqiqətdir. Müqəddəs yalan,özü bir mübarizə,təxəyyül və daxili və xaricə etirazdır. Etiraz edirəm sizə,ay sönmüş şəhərin işıqlı mələkləri. Artıq uşaqlıqdan qanadım olması arzuma da nifrət edirəm. Qanad istəmirəm daha. O kabinetlərdə qanadlı olmaqdansa,bu palcıqlar icində Allahımıln günahkar iblisi olmağı üsyün tutdum.Qoy o cəhənnəmlər mənim soyuq səngərdə sümüyümə işləyən sazağı isitsin,qoy cəhənnəm iblisləri məni həqiqi yabaları ilə alovlu tonqallara atsın. Siz düşün cənnətə,orada özününz kimi sizə yalancı gülüş bəxş edən hurilərə qul olun. Lakin yatarkən sizin cisminizdən cənnətdə iblis,mənim cismimdən isə cəhənnəmdə mələk cıxaraq qanad calıb,o haq dünyadan bu nahaq denyaya ucacaq. Gün gələcək mənim cəhənnəmdəki mələyimlə,sizin cənnətdəki iblisiniz savaş edəcək. Və onda Allah da bizimlə olacaq.
Bu gün də bir savaş adamını incitdiz,səhər maşınına od vurdu,axşam nə elədinizsə razılıq elədi. Mən görmədim. Allah gördü. Dünya hakimlərini beyin qansızmasından komaya salan yeganə və adil hakim .
Mənsə yenə yalan danışacam əsgərimə. Cün ki ,mənim yalanım müqəddəsdir. Yalanımda bir ovuc torpaq,bir sinə Vətən qoxusu var.
Vətən Sağ Olsun !
Комментарии
Отправить комментарий