Ekstremal və döyüş şəraitində zəruri bilgilər

-Əyər dəstədə qida zəhərlənməsi baş veribsə,bu zaman aktivləşdirilmiş kömürdən bir udumda 3-5 ədəd udmaq lazımdır. (Aktivləşdirilmiş kömürü hər zaman əşya cantanızda sellofanda saxlayın)
-Əyər dəstədə dezinteriya və yaxud yeməkdən sonra təmizlənməmiş su icildiyindən,qarın ağrısı və təbii ektiyacın duru halı baş veribsə(rusca понос),bu zaman dəvə tikanını,,nar qabıqlarını,cobanyastığı gülünün ləcəklərini,palıd ağacı qabığını, yarpızı qaynadaraq dəmə qoyub icin-kəsəcək.
-Əyər qarlı və nəmişlik zamanı ayaqqabınız su buraxırsa,quru corab geyəndən sonra ayağınıza sellofan paket geyin,və ayaqqabının tikiş yerlərini heyvan piyi ilə sürtün.
-Meşədə əyər siz zoğal və itvurnu koluna rast gəlmisinizsə,tənbəllik eləməyin,meyvələrdən yığıb ,əşya cantanıza qoyu,bu təbii və güclü antibiotikdir.
-Əyər hərəkət zamanı ayağınızın arası sürtülmüşsə və əşya cantanızda vazelin,"Lorinden s" kremi yoxsa,bu zaman qablaşdırılmış ət konservinin üzərində olan heyvan piyindən və cobanyastığı cicəyinin ləcəklərindən istifadə edin..
-Cölə cıxmazdan əvvəl,sellofan paketə 5-10 kibrit qutusu,2-3 yandırıcı(Zajiqalka) qoymağı yaddan cıxarmayın.
-Əyər əlinizdə od qalamaq ücün quru spirt yoxdursa,qarlı meşədə tonqal qalamaq cətindir. Gəfərə hazırlaşdığınız zaman bintlərdən 30 sm kəsib 5-8 qat qatlayın. Başqa bir dəmir qabda şamı əridərək həmən bintləri orada tam isladıb cıxararaq kənara qurumağa qoyun. Quruyandan sonra bu yanacaq nəmişlik və sudan qorxmayaraq 5-7 dəqiqə yanacaq ki,onun da alovuna xırda cöplər quruyaraq alışacaq..
-Günəşli havada kibritsiz od qalamaq ücün,uğaqlıqdan adət etdiyimiz böyüdücü şüşədən istifadə edin. Bu yoxdursa,sellofan paketin küncünə su dolduraraq onun qalan hissələrini büzün. Şar kimi əmələ gələn sulu paket-böyüdücü şüşə effektindədir. Onu günəşə tutaraq,cör cöpü qızışdıraraq yandırın.
-Fənəriniz yoxdursa, əsginin icinə heyvan piyi qoyaraq ,onu aöac başına bağlayıb lopa düzəldərək yandırın. Piyli əsgi cox yanacaq.
-Meşədə yırtıvı heyvan varsa.hec zaman kolluqda və yerdə yatmayın. Aöac budaqlarına cıxaraq,özünüzü kəndir,qayışla ağaca bağlayıb yatın. Yatmazdan əvvəl möhkəm ağac budaqlarından Nizə düzəldin. Bu heyvanların ağaca cıxmasından sizi qoruyar.
Ardı var.

Abuzər Əbilov (Legion)

Комментарии