Мuzdlular kimdir və Fərdi Hərbi Kompaniyalar (FHK) nədir.





Dünyamız nə qədər  yaşam problemləri olas belə və bu problemlərin vacibliyi müharibə aparmaqdan daha önəmli olsa belə,müharibə,savaş kimi  amillərin azalması müşahidə olunmur və hətta artma tendensiyalıdır. Ordular,Silahlı Qüvvələr,Kontingentmər,Diviziyalarla yanaşı,dünya  artıq savaş ticarəti ilə də barışmaq məcburiyyətindədir. Bu bizim artıq adət etdiyimiz böyük ölkələrin silah sənayelərinin istehsal etdiyi silah,texnika,ləvazimat yox-insan ticarətidir. Savaş insanı ticarəti.
Muzdlular. Kimdir onlar? Cox yazılarda aları hallanan “vəhşi qu quşları”?,qaranlıq meşələrin caqqalları,tənha qurdlar? Satılan professionallar? Amansız  məxluqlar? Qatillər? Bəs kimdir Muzdlular və FHK?
Bəli onlar müxtəlifdirlər. Onlar  əsasən peşəkardırlar,Onlar  illər boyu qazandıqları hərbi biliyi bu gün pulla başqa bu biliyə malik olmayan dövlətlərə satandırlar. Müxtəlif hərbi peşə sahibləridir. Burada kecmiş Baş Kəşfiyyat İdarəsinin zabitlərindən tutmuş(Hansı ki SSRİ nin dağılması onu hansısa bir Afrika ya Ərəb dövlətində haqlamışdır və o öz dövlətinə qayıtmaqdan imtina etmişdi)  Tailand HDQ (Hərbi Dəniz Qüvvələri) -nin döyüş dalğıclarına (cox ciddi hazırlanmış döyüşcülərdir) kimi var. Burada Rus desantları,kecmiş ABŞ  dəniz piyadaları,müxtəlif Avropa publikası,Böyük Britanıya kralicasının dəniz piyadalarından tutmuş,Ciunlilər də ola bilir. Burada adrenalincilər,cinayətkarlar,orduya aidiyyəti olmayan amma məsləki insanlıqdan qisas almaq olanlar da az deyil.
Bəs onlar nədən bu  dünyada ikrah hissi oyadan peşəni secdilər? Səbəblər müxtəlifdir: Zabit şərəfi təhqir olanlardan tutmuş,uşaqlıqda pişikləri incidib,böyüyəndə insanlara kecənə qədər,özünü həyatda tapa bilməyib,bu kontingentə təsaüfi düşənlərə qədər. Hər cür insan var bu qaynar qazanda. Qanun yox-əvəzində cirkli ,qanlı pullar var.
Peşəkarlıq baxımından da burada parakəndəlik böyükdür. Kimsə  cətin radioelektron silahların ,kimsə texnikanın,kimsə silahın ,kimsə ləvazimatların mütəxəssisidir,kimsə isə sadəcə  uzun zaman bədənini şişirdərək “XU” qışqıra bilir(Amerika reyndcerlərinin döyüş cığırtısı),kimsə “Allahu Əkbər” bağırır,baxmayaraq ki ,cox zaman bu bağıranın islama və müsəlmanlığa hec bir dəxli yoxdur.
Bəs onda bu Muzdlular axı əsasında kimdilər ? Məsələ bundadır ki müasir kontekstdə “muzdluluq “anlayışı FHK –sız mümkün deyil. Cünki artıq tələbat hansısa müəmmalı şəxsiyyəti olan təkbaşına muzdlulara yox,FHK tərəfindən keyfiyyətinə təminat verilən “pul  əvəzində döyüşcüyəni muzdlu orudyadır. Əyər əvvəllər hansısa dövlət  yaxud  terrorcu qrup özünə mütəxəssis  axtarırdısa və lazım olan işi görəndən sonra həmən mütəxəssis pul əvəzinə başına güllə alırdısa,müasir zamanda bu kimi faktorlar FHK ilə mümkün deyil.  Əyər FHK lar əvvəllər öz dövlətlərinin ərazisində qanunla qadağan olunurdusa,sonradan bu kimi təşkilatlar bir cox adlarla qanuni status aldılar. Bunlardan coxusu mahiyyəti gizlədərək  Fərdi Mühafizə kompaniya və yaxud koorporasiyası adı alsa belə,əslində fəaliyyətləri aşağıda göstərilən müddəalarla üst üstə düşürdü.
FHK- nədur.
FHK –kommersiya  müəsisəsi olaraq xüsusi  xidmətlər təklif edir. Bunlar: nəyinsə və yaxud kiminsə qorunması(müdafiəsi),hərbi konfliktlərdə iştirak,kəşfiyyat xarakterli məlumatların toplanması,strateji planlaşdırma,logistika ,hərbi təlimlərin təşkili,hərbi kontingentlərin hazırlanması (nadır hallarda üsyancıların) və xüsusi tapşırıqlı  hərbi əməliyyatların aparılması.
Tarix.
Fərdi güc(hərbiləşdirilmiş) kompaniyalarının silahlı münaqişələrdə sazişlə  hərbi mütəxəssislər,məsləhətcilər,silahlı qüvvələr və polis qüvvələri hazırlamaq ücün təlimatcıların istifadəsi  praktikası qədim tarixə malikdir.
Müasir anlamda FHK “Watchguard International” 1967ci ildə Böyük Britaniyada yaradılmışdır.Onun xac atası Britaniya ordusunun polkovniki Devid Sterling  (SAS ın yaradıcısı) sayılır.
Haşıyə? Sterling Devid  1995 ci ildə Britaniyada doğulmuşdur. Britaniya ordusunun xüsusi təyinatlı hissələrinin  birində rəhbər vəzifəsində calışmışdır. 1939 cu ildə Şotlandiya qvardiya alayında xidmət kecmişdir. Sonradan onun rəhbəri olduğu kommandos qüvvələri Yaxın Şərqə atılmışdır.Düşmən arxasında diversiya əməliyyatları,aerodromların məhf edilmə planlarını işləyib hazırlayaraq,həyata kecirmişdir. 1942 ci ildə SAS (Special Air Service) –Xüsusiləşdirilmiş Hava xidməti  alayını yaradaraq 250 dən cox düşmən təyyarəsini məhf etmişdir.Əks tərəf ona  Mayor-Şeytan   adı verərək ,onu məhf edənə böyük mükafat vəd  edır. 1943 cü ildə Almaniyanıb SAS ilə mübarizə ücün yaradılmış qüvvələri tərəfindən ələ kecirilir. Britanıyanın onu azad etmək ücün bütün cəhdləri boşa cıxır. 1945 ci ildə Almaniyanın süqutundan sonra müttəfiq qoşunları tərəfindən azad olunur.

1970 ci illərdə artıq müqaviləli döyüşcülərin artımı hiss olunurdu. Birinci böyük müqavilə 1974 cü ildə ABŞ hərbi  sənaye kompleksinə aid olan” Northrop Grumman”  konserninə tabe olan “Vinnell Corp.” Tərəfindən ABŞ hökuməti ilə yarım milyard dollar həcmində bağlandı. Onun əməkdaşları Səudiyyə Ərəbistanının milli qvardiyasını hazırlamalı və neft  mənbələrinin qorunması ilə məşqul olmalı idilər.Bu qüvvələr in tərkibində olan mütəxəssislər bu işləri müvəffəqiyyətlə görsələr belə, aralarında olan müxtəlif kontingentli insanlar arasında xırda konfliktlər daima var idi. Silahlı insanların hec də hamı ideal və nizamnaməyə bağlı deyildi. Boş vaxtlarda  Ərəb məhəllələrində qadınlara hücum edənlər, hətta bunun ücün ərəblərlə silahlı münaqişəyə girənlər də az deyildi. Dünyada müharibə ocaqları qızışdıqca,təbii resurslarla zəngin bölgələrdə hökumət və müxalif qüvvələr arasında silahlı qarşıdurmalar artdıqca,belə kompaniyalara da ehtiyac coxalırdı. Bir cox FHK lar qanun cərcivəsində fəaliyyət göstərsələr belə,qanunsuz olaraq  üsyancılara və müxalif qüvvələrə də muzdlular axını durmadan artırdı. Hətta parktika göstərirdi ki,qaunsuz kompaniyalara meyl daha böyük idi. Cünki burada qanunsuz silah satışı və təbii resurslar(qızıl,almaz və s) muzdluları daha cox cəlb edirdi. Bunun da arzasında böyük kompaniyalarda ,Fərdi  mühafizə idarələri adı altında yüksək cinli müxtəlif ordu komandirləri dururdu. Bir cox dövlətləri belə “qara əsgəri qüvvələr qane elədiyindən” onların qanun qarşısında durma əmsalı cox cüzi bir xarakter almışdı.
Anqolada müharibə qızışan zaman artıq dünyanın bir necə ölkəsində muzdluların  cəlb olunnması prossesi gücləndi. Beynəlxalq aləmdə ən böyük  tanınma rekordu Böyük Britaniyanın “Security advisory services” firması qazanaraq,Qərbi Avropanın  vətəndaşlarından  muzdlular cağıraraq ,onları lazımi vəsaitlərlə təmin edərək döyüş zonasına göndərmişdir. 1976 cı ildə Luandada əsir düşmüş muzdluların məhkəmə prossesində məlum oldu ki Böyük Britaniyadan bu ölkəyə 96 muzdlu mütəxəssis və təlimatcı göndərilmişdir(onlardan 36 öldü,13 yaralı və 5 itgin düşmüş).
Bunlara baxmayaraq FHK –yalar artıq artmağa başlamışdı. Bunun cox səbəbləri var. Bunlarda,başqa ölkədə döyüş əməliyyatları aparan dövlətlər, həmən ərazidə öz ordularının tərkibini azalda bilirdilər.Bundan əlavə fərdi mühafizə kompaniyaları adı altında fəailiyyət göstərən FHK –lara xərclənən pullar ,orduya xərclənən pullar  müqabilində cox az idi.Cünki onların əməkdaşlarına dövlət tərəfindən müxtəlif imtiyazlar ,təqaudlər verilmir və onlar pulsuz müəlicə ilə təmin olunmurdular.Onlara hərbi qulluqculardan cox pul verilir,lakin əyər onların xidmətindən il ərzində 3-5 ay istifadə olunurdusa,qalan vaxt onlara pul verilmirdi.Əyər  FHK nın döyüşçü kontingenti dövlət strukturu deyilsə,deməli  dövlət ona  yaralandığı və öldüyü zaman hec bir kopensasiya ödəmir,onun ailəsinə imtiyaz vermir,təqaüd və başqa xərcləmələr eləmir. Bu da ümumi hesablayanda ordu əsgərlərinə xərclənəndən cox ucuz başa gəlirdi və dövlər orduya və müdafə xərclərinə böyük qənaətlər edə bilirdi.Bu bir yandan da muzdlunun hansısa bir cinayət əməlinə görə dövləti məsuliyyətdən azad edirdi. Yəni dövlət  fərdi kompaniya döyüşçüsünə cavabdeh olmurdu və beynəlxalq  qanunlara görə məsuliyyəti öz üzərindən atmağa müvəffəq olurdu.Siyasi baxımdan da bu dövlətlər ücün əlverişlidir. Cünki döyüş zonasında muzdlu həlak olursa,bu KİV lərin və beynəlxalq təşkilatların  diqqətini cox cəlb etmir, lakin əsgərin  ölümü onun vətənində narazılıqlara səbəb olurdu. Muzdluların itgisi ümumi hərbi əməliyyatlarda həlak olanların statistikasına daxil edilmir,muzdluların itgisi hec kimi maraqlandırmır, amma ordunun itgiləri ciddi nəzarətdə olmaqdadır.FHK –ların hərbi əməliyyatlara cəlb olunması ,ordu kontingentində itgilərin qarşısını alır ki bu da dövlətlər ücün siyasi baxımdan əlverişli  amildir. Bundan əlavə hərbi qulluqcuları dövlətin qanunları ilə qadağan olmuş əməliyyatlarda istifadə etmək olmur,lakin bu qanun muzdlular üçün deyil.
ABŞ-ın  Əfqanıstanda apadığı   “yenilməz azadlıq” əməliyyatları zamanı bu ölkədə dünyanın ,əsasən də avropa ölkələrinin 176 “fərdi mühafizə kompaniyası” adı altında FHK ları iştirak etmişdir. Bu zaman onlar dağlarda və ümumi ərazidə Taliblərlə savaşan ordunun arxasında olaraq,şəhərlərdə və Kabilin özündə
“təmizləmə” əməliyyatları aparmışdılar. Bu zaman hədsiz  qanunsuzluqlara və qəddarlığa əl atan muzdlular, hec zaman məhkəmə qarşısına çıxmamış və sadəcə onların olmaması qənaitinə gəlinmişdir. Əsasən belə böyük kompaniyalar zamanı,muzdluların etdikləri xırda və iri cinayətlər heç  zaman işıq üzü görmür,cəzalandırılmır,sadəcə həmən şəxslər əməliyyatdan uzaqlaşdırılaraq vətənlərinə göndərilirdilər. Çünki bu yüksək professionallar və gününə 600-1700 dollar alan “ölüm maşınları” əsasən ordunun yerinə yetirə bilmədiyi əməliyyatları xüsusi amansızlıqla yerinə yetirir və ətrafa qorxu saçırdılar. Onlar ücün ümumi qayda və qanun yoxdur. Onlar hətta yol gedərkən,şübhələndikləri maşını yoxlamadan tam güllələyir,yolarına çıxan maşınları vuraraq yoldan kənarlaşdırırdılar. Lakin Əfqanıstan kompaniyasında onların köməyi  olmadan hərbi əməliyyatlar cox cətin kecərdi. Gündəlik olaraq 8 fərqlı FHK-lara məxsus 100 dən artıq helikopterlər,çətin dağ şəraitlərində döyüş aparan ordu qüvvələrinə 100.000 tondan artıq hərbi sursat və hərbi vasitələr catdırırdı ki, bu da Əfqanıstanını minalanmış yollarında itgilərin qarşısını hiss olunan qədər alırdı. Bu zaman bir necə helikopter vurularaq sıradan çıxarılırdı,lakin bu haqda  KİV bilmirdi. Ramseld  əməliyyatlar uzandıqca Əfqanıstanda olan hərbi kontingenti azaltmaq qərarına gəlir,lakin döyüşlərdə iştirak edən kontingent azalmırdı. Cünki hərbcilər hesaba alınsa belə müttəfiq dövlətlərdən göndərilən FHK döyüşçülərinin sayı günbəgün artırdı. Burada ən böyük saziş ,ABŞ –ın kecmiş dəniz pişiklərinin zabiti Erik Prins tərəfindən 1996 cı ildə  təsis etdilən “BLACK WATER” FHK –nın üzərinə düşürdü. Bu kompaniyanın ABŞ dövləti ilə əməkdaşlığı milyardlarla dollar civarında hesablanırdı. Adı “fərdi  mühafizə kompaniyası” olmasına baxmayaraq bu həqiqətən fərdi  və yüksək hazırlıqlı,böyük maliyyə resurslarına malik,özünün hərbi təlim düşərgələri və mərkəzləri,müxtəlif növ hərbi ləvazimat və silahları,zirehli maşınları,ücaq vasitələri olan  son dərəcə modern bir ordu idi.Bu kompaniyanın döyüşçüləri arasında  dünyanın bir çox ölkələrinin elit  xüsusi təyinatlılarının mütəxəssis,təlimatcı və döyüşçüləri yer alırdı. Buna görə də Əfqanısan və İraq kompanıyalarında bu qəddar kompaniyanın döyüşçüləri ilə hər bir  döyüşçü üz-üzə gəlməyi arzulamırdı. Əsasən ordu  daxilində olmayan bu kompaniya demək olar ki,ordunun düşdüyü bütün çətin döyüş əməliyyatlarının xilasedicisi rolunu oynayırdı. Çox zaman patrul qruplarının yerli üsyançıların mühasirəsinə düşdüyü zaman “BLACK WATER” döyüşçüləri  köməyə tələsir və çatdıqları an,üsyançılardan bir nəfərə də rəhm etmədən amansızcasına onları tamamiilə məhf edirdilər. Kompaniyanın qərərgahı  Şimali Karolinada yerləşir.Səddam rejiminin süqutundan sonra  “BLACK WATER”(BW) İraqda dahada çox əməliyyatlara cəlb olundu. Ümumiyyətlə FHK lar İraq kompaniyasında 40 mindən çox döyüşçü ilə təmsil olunsada bunlardan çoxu ”(BW)-in üzərinə düşürdü. Bu kompaniya İrakda əməliyyatlarada 780 döyüşçüsünü itirsə belə,məlum səbəblərdən bu ictimaiyyətə çatdırılmırdı və onlar hərbi itgilər sırasında yer almırdılar.Əyər 2001 ci ildə ”(BW) kompaniyası federam  büdcədən 736 min dollar maliyyə alırdısa,2005 ci ildə ”(BW) 25 milyon maliyyə vəsaitinə sahiblik edirdi. Bir döyüşçünün bir günü ”(BW) də 1222 dollara,ABŞ əsgərinin isə 14-190 dollara başa gəlirdi. Bu bahalıq ,ABŞ ın hərbi kontingenti ixtisar etmək  planları ilə üst üstə düşdüyündən ,belə maliyyənin ayrılması hökumətə sərf edirdi. Çünki ”(BW) özü özünü hər şeylə təmin edirdi. ”(BW) rəsmi saytında vakansiya bölməsində,qəbul ücün ilkin şərt: Siz qəbul olunacağsınızsa ,Sizi rəsmi ştata almayacaqlar –kimi müddəa var. Burdan belə məlum olur ki, ”(BW) də muzdlular azad kontraktçılardır və onlar öləcəkləri və əlil olacaqları zaman onlara heç bir dövlətin imtiyazları şamil olunmur. Olunan imtiyaz və kompensasiyalar ”(BW)nin daxili işidir. Və fərdi olaraq həll olunur. Kompaniya uzun zaman dəniz kompaniyalarına külli miqdarda vəsait  qarşılığında Somali dəniz quldurlarından qorunmaq ücün  döyüşçülər  təqdim etmişdir ki, məhz onların amansız hərəkətləri sayəsində Somali dəniz quldurlarının son zamanlar aktivliyi hecə enmişdir. Onlar quldurlarla zaarafat etmir. Peyda olan bütün Somali dəniz təknələrini iriçaplı pulemyot və qumbaraatanlardan atəşə tutur, quldurların son nəfərinə dək öldürərək,təknəni batırırdılar.Bütün bunlarla yanaşı bu FHK-nın adı bir sıra hərbi cinayətlərdə hallahırdı ,ki bunlardan ən qanlısı İraqda parakəndə halda  atəş açaraq 17 dinc sakinin ölümünə bais olmalarıdır. Bu cinayətdə də  məsuliyyətə cəlb olunan olmadı. Cünki  istintaqın obyektiv getməsinə baxmayaraq və  lüzumsuz halda ifrat silahdan istifadə hallarının təsdiq olmasına baxmayaraq ,sonradan  bu hadisədə üsyancılar günahlandırıldı. Ümumiyyətlə böyük dövlətlər  istifadə etdikləri  FHK ların xırda və orta cinayətlərini hər ciddi cəhdlə  ictimaiyyətə və KİV lərə çıxmasının qarşısını alırlar. Bu da onların münaqişə zonasında ordu qüvvələrindən başqa hərbi birləşmələrinin olması haqqında məlumatın  yayılmaması və məxfi saxlanması arzusu ilə izah olunur.
Yaxın qonşunuz Rusiya Federasiyası da müasir hərb tarixin FHK sız buraxmaq istəməmişdir. Hələ Birinci qarabağ savaşı zamanı Rus hərbi hissələrinə aid olan müzdluların Azərbaycana qarşı erməni hərbi birləşmələri tərkibində  döyüşlərdə iştirakı cox material və sənədlərdə əks olunmuşdu. Hələ Ermənistan ərazisində yerləşən 7 ci ordunun bir bölük əsgərinin Qarabağda əsir götürülməsi görünüşləri yadımızdadır. Bunlar heç də özübaşına  hərbicilər deyildilər. Yüksək ixtisaslı zabitlər,hərb sənəətində  elmli  əsgərlər idilər. Bundan əlavə Xankəndində yerləşən 266 cı alayın şəxsi heyətinin demək olar ki çox hissəsi ermənilərlə muzdluluq şəraitində vuruşur və onlara pullu olaraq ciddi  hərbi texnika verirdilər. Şuşa üzərində helikopterin də istilik raketi ilə vurulması,bu verilən silah və sursatların payına düşürdü. Bundan əlavə rus muzdluları zaman zaman Baltikyanı ölkələrdə,Moldovada,Abxaziya və Osetiyada,Ukraynada və bir sıra münaqişə ocaqlarında peyda olmağa başladı.
FHK anlamında Rusiyanın müasir dövründə “Vaqner qrupu” kimi  qurumunun adıı Ukraynaya qarşı döyüşlərin ilk fazasında ortaya çıxdı.Soradan bu qrupun izləri Suriya döyüşlərinə qədər gedib çıxa bildi.
Vaqner qrupunun yaranması bir çox belə yaranmalarda olduğu kimi Slavyan korpusunun köklərinin olduğu müəyyənləşib. Bu korpus Suriyada muzdluluq əməliyyatları ilə məşqul olmağa başladığı dövrdən biraz sonra Rusiyada korpusu muzdluluğa görə qanuni olaraq günahlandırmağa və təqib etməyə başladılar. Bir çox araşdırmalardan məlum olur ki Vaqner Rusiya silahlı qüvvələrinin Baş qərərgahının 2 ci əlahiddə xüsusi təyinatlı briqadasının 700 cü əlahiddə xüsusi təyinatlı  dəstəsinin komandiri ,ehtiyatda olan podpolkovnik Dmitriy Utkindir. Bu qrupun ilk əməliyyatı  2014 cü ildə Krımda Ukrayna hərbi hissələrinin tərkisilahı əməliyyatları olmuşdur. Buna görə Vladimir Putin,jurnalistlərin suallarına cavab verərkən :Bizim Krımda silahlı qüvvələrimiz yoxdur-demişdi.Bundan əlavə qrup (Vaqner qrupu VQ) Ukraynanın Donbass şəhərində separatçılara  yardımçı olaraq,onlara silah,sursat,təlimatçı,mütəxəssis kimi yardımlar edərək,hətta döyüşlərdə iştirak etmişdir.2017 ci ilin oktyabr ayında Ukraynanın təhlükəsizlik idarəsi VQ nın Luqansk aeroportunda desantçıları daşıyan İL-76 təyyatəsinin vurulmasında təqsirkar olduqları haqda  KİV-lərə sənəd təqdim etdi. Həm də VQ tərəfindən Ukraynaya qarşı döyüşlərdə iştirak etmiş 1570 döyüşçünün adını açıqladı. Onlardan bir coxu Ukrayna ərazisində ,separatçı bölgədə adsız qardaşlıq məzarlarında dəfn olunduğu iddia edilirdi. Bu insanlar hələ indidə Rusiya ərazisində itgin düşmüş sayılırlar və onların axtarışı üçün artıq heç bir   görülmür.Sağ  qalan  insanlar öz vətənlərinə qayıtdıqda susmaq məcburiyyətində qalır. Çünki hansısa bir xəstəlik və yara ilə kiməsə müraciət etsələr,onlar qanunsuz  muzdlu kimi təqib olunur,çox zaman da sakitcə “itgin” düşürlər. Bəli Rusiya öz ərazisində belə FHK ların olduğunu inkar edir. Lakin faktlar göstərir ki,bu dövlət də bir sıra avropa dövlətləri kimi,bu kompaniyadan yararlanmada israrlıdır. Çünki qanunda onlar yoxdur-həqiqətdə isə var. Qanunda yoxdursa-dövlət də buna cavabdeh deyil.
Son yaxın günlərin tarixi dünya düzəmində müharibələrin səngiməsindən çox-qızışması tendensiyasını göstərir. Deməli hələ də FHK lar və muzdlular problemi qapanmayacaq və deyərdim ki ,bu tendensiya durmadan artacaq. Çünki bütün dövlətlərdə müharibələr kecmiş ixtisaslı  və təlim görmüş,lakin istifadə olmayan,əslində həyat şəraiti pis olan və pul qazanmaq istəyən yetərincə material var. Bu materiallar saxlanca qoyulmuş silah kimidir. Və haçansa,hardasa atəş  açacağı şəksizdir.




Комментарии