Uğursuz
əməliyyatlar. Xüsusi təyinatlıların səhfləri.
Hal
hazırki gənclərin anlamında xüsusi təyinatlılar (XT) hansısa böyük qüvvə,fövqələsgər,basılmaz
varlıq və hansısa romantik bir qəhrəmanlardır. Lakin bu belə deyildir. Onlar da
əsgər,zabit və ümumən hərbçi olaraq ,tankşılar,artilleriyaçılar,həkimlər və s
kimi mütəxəssis və özünün peşəsini dəqiqliklə öyrənərək icra edənlərdir. Belə
bir fikir çox zaman ortaya qoyulur ki XT heç zaman səhf etmir və edə də bilməz.
Lakin yarandığı gündən hərəkətdə olan XT –lılar zaman-zaman komandanlığın,əməliyyat
planlamasının,düşməni qiymətləndirməməsinin yaxud sadəcə özünün səhfləri nəticəsində
böyük uğursuzluqlara imza atmışlar. Bu səhflər insan itgisi,yaralanmalar,xəstəliklər
bahasına başa gəlsə belə son nəticədə gələcək əməliyyatlarda bu kimi səhflərin
ardadan qaldırılması üçün zəmin və dərs olmuşdur.XT-lılar yaranma dövründən
müxtəlif cür hazırlıqlar,əməliyyat planlaşdırmaları,özlərinin hərəkətləri,şəxsi
qərar qəbuletmə kimi aspektlərin sınağına düşmüşlər. Bu zaman qarşıya çıxan hər bir səhf dəqiqliklə öyrənərək,nizamnamələrdə,tövsiyyələrdə
dəyişikliklər edilib,lakin yenədə müasir zamanda səhflər toplumu XT lıları izləməkdədir.
24
aprel 1980 cı ildə AB-ın 1 ci xüsusi təyinatlı əməliyyatdəstəsi “Delta” ,1970
cu ildə Tehranda radikallar tərəfindən ABŞ səfirliyində girov götürülmüş 53 nəfərin
azad edilməsi üçün hazırlanmış əməliyyat çərçivəsində hərəkətə keçdilər. Dövlətlərarası
diplomatik ünsiyyət və danışıqlar heç bir nəticə verməmişdi. Bu zaman Pentaqon
hələ o zaman heç kimə məlum olmayan və varlığınin ciddi sirr olduğu “Delta” qrupundan istifadə
ilə girovların azad olunmasına qərar verdi. ABŞ-ın “Delta” qrupu 1977 ci ildə
Böyük Britaniyanın SAS (Special Air Service) əfsanəvi XT –lılarının bazasında
hazırlanmışdı. Lakin “Delta” qrupunun birinci döyüş tapşırığı müvəffəqiyyətsizliyə
uğradı.
“Qartal
caynağı” adlı əməliyyat planına əsasən XT-lılar
C-130 tipli təyyarələrdən səhralıqda olan könhə Britaniya hərbi bazasına
desantlanmalı idilər. Onlara kömək üçün Fars körfəzində yerləşən
aviadaşıyıcıdan 8 RH-53D helikopterləri qoşulmalı idi. “Deltanın” desantlanması
və helikopterlərin yanacaq doldurmasından sonra “Herkules” yanacaqdolduma təyyarəsi
qayıtmalı və 8 helikopter XT-lıları Tehran yaxınlığında gizli sığıncağa
çatdıraraq,sonradan onları müəyyən yerdə gözləməli idi. Bundan sonra MKİ(Mərkəzi
kəşfiyyat idarəsi) –nin əməliyyatçılarının hazırladıqları yük maşınlarında səfirliyə
çataraq,onu öz nəzarətlərinə götürməli,bundan sonra isə girovları futbol məntəqəsindən
helikopterlərlə təxliyyə etməli idilər.
İlk dəqiqədən
əməliyyat uğursuzluğa uğradı. Girovları aparacaq helikopterdən biri
aviadaşıyıcıdan qalxan zaman pərlərinin sınması ucbatından dənizə düşdü.
İkincisi səhrada qub burulğanına düşüb azaraq,sonradan bazaya qayıtmağa məcbur
olur. Qalan 6 helikopter təyin olunmuş
bazaya “Herkules” təyyarəsi ilə birlikdə çatır. Lakin sonradan məlum olur ki təyin
olunmuş bazanın yaxınlığından avtomobil yolu keçir və qrup tez bir zamanda İran
qüvvələri tərəfindən aşkar olunur. Qarıçıqlıqda helikopterlərdən biri
yaxınlıqda olan “yanacaqdolduran “ təyyarə ilə toqquşaraq partlayr. Bu zaman
XT-lardan 8 nəfər həlak olur. Qalanları isə onları təxliyyə üçün göndərilən
başqa “Herkules” təyyarəsi ilə təxliyyə olunurlar. Ərazidə isə yanmış texnika və
yanacaq çənləri boş 5 helikopter atılıb qalır.
Münxen
güllələnməsi
Son
illərdə güclülər sırasında olan Almaniya
XT-lılarının da tarixində böyük səhf ucbatından utanc gətirən məqam yox deyil.
Bu 1972 –ci ildə Münxendə keçirilən Olimpiada oyunlarında Fələstin radikal təşkilatı
olan “Qara sentyabr” ekstremistləri İsrail yığma komandasını girov götürdükləri
zaman baş verdi. “Qara sentyabr” təçkilatının ekstremistləri öz tərəfdaşlarının İsrail həbsxanalarından
buraxılmasını tələb kimi ortaya qoymuşdular. Lakin rəsmi Təl-Əviv terrorçularla
heç bir danışığa getməyəcəyini bəyan etdi. Bu zaman vəziyyət daha təhlükəli həddə
çatdı. Fələstinlilər azğınlaçaraq öz üzərilərində idarəetəni dəqiqəbədəqiqə
itirməyə başladılar. Bu zaman bu sahədə heç bir səriştəsi olmayan Alman XT –lıları əməliyyat keçirməyi qərara
aldılar.Ekstremist Fələstin döyüşçülərinin tələbi ilə,ərazini tərk etmək üçün 2
hərbi helikopter girovlarla birlikdə Fyurstenfeldbruk aeroportuna enməli və
ordan onları gözləyən təyyarə ilə Qahirəyə uçmalı idilər. Əslində polislər olan
təyyarə ekipajı,ekstremistlər borta qalxan kimi onları məhf etməli idilər. Çöl
tərəfdən onlara kömək üçün snayperlər(Əslində bunlar heç bir xüsusi təlim görməmiş
atıcılar idi) qoyulmuşdu.Lakin helikopterlərin əraziyə daxil olması ilə ,bu günə
qədər naməlum qalan səbəblərdən təyyarənin polis uçuş heyəti təyyarəni tərk edərək
qaçmağa başladı. Ekstremistlər o saat pusquya düşdüklərini anlayb ,girovların
arxasında gizlənərək helikopterlərə doğru qaçmağa başladılar. Bu zaman parakəndə
atışmalar başladı . Nəticədə 5 ekstremist
öldürüldü.,qalanları isə 11 İsrail yığmasının üzvlərinə avtomatdan atəş
açaraq onları uçuş zolağında öldürdü. Bu biabırçı və AFR(Almaniya Federativ
Respublikası) –sına utanc gətirən əməliyyatdan sonra,Almanlar bir neçə il güclü
çalışaraq professional antiterror qüvvələri olan GSG-9 u yaratdılar. Bu gün
GSG-9 dünyada olan ən yaxşı antiterror XT-lılarından biri sayılır.
Maravar
bölüyü.
Hələ
Sovetlərin Əfqanıstanda döyüş apardığı illər ərzindədə sovet XT-lılarının
bağışlanmaz və böyük itgilərə aparıb çıxaran səhfləri olub. Bunlardan biri 1985
ci il aprelin birində 334 saylı əlahiddə xüsusi təyinatlı dəstənin 1 ci
bölüyünün etdiyi səfdir. Bölük Pakistan ərazisi
yaxınlığında olan Sanqam qışlağını yoxlamalı idi. Qışlaqda mücahidlərin gizlənməsi
haqqında kəşfiyyat məlumatları var idi. Yoxlama nəticəsiz oldu. Qışlaqda mülki əhalidən
başqa heç kim yox idi. Lakin qışlaqdan çıxan zaman iki nəfər yaraqlının
qayalarla mağaralara doğru qaçdığını müşahidə edən bölük,tez bir zamanda həmən əraziyə
çatdılar.Əslində isə bu böyük tələ idi. İşində Pakistan “Qara leyləkləri” adlı
XT –ı dəstələrinin olduğu 100 lərlə
mücahidlər yüksəklidə mövqe tutaraq sovet XT-lı bölüyünü mühasirəyə alıb atəş
açmağa başladı.Geri çəkilmək yolları bağlı olduğundan bölük döyüşə girməyə məcbur
oldu. 10 dan artıq düşməni məhf edən XT-lılar ,düşmənin sıx minaatan atəşinə məruz
qaldılar. Bölük bir neçə nəfər istisna olmaqla tam məhf edildi. Bəzi sovet
XT-lıları əsir düşməmək üçün özlərini qumbara ilə partlatdılar.Ağır döyüşdə 32
sovet XT-lısı həlak oldu. Ertəsi gün köməyə gələn dörd tabur həlak olanların cəsədlərini
düşməndən alaraq onları itgilərə məruz qoydular.
“Bravo-iki-sıfır”
Böyük
Britaniyanın elit SAS(Special Air Service) ( Xüsusi aviadesant xidməti)
XT-lıları bir çox ölkələrin xüsusi təyinatlılarına örnəkdir. Bu xidmət demək
olar ki ,ilkin olaraq dünyada XT anlamını ilkin ortaya qoyan hərbi birləşmələrdən
biridir. Əsasən düşmənin qüvvələrinin kəşfiyyatı,girovların azad
olunması,antiterror əməliyyatları,cəld olaraq düşmənin əsas qüvvələrinin məhfi
kimi xüsusi əməliyyatlarda iştirak edirlər. Lakin bu ,özünün döyüş təcrübəsinə
görə nümunə olan qüvvələrin də müxtəlif səhfləri zaman zaman ortaya cıxaraq
,onlarda itgilərə gətirib çıxarmışdır.1991ci ilin 22 yanvar gecəsində SAS 0ın
22 alayının 8 nəfərdən ibarət patrulu “Çinuk” helikopteri ilə İraqa desant
olundular. “Bravo-iki-sıfır” adlı çağırış kodu olan bu qrup İraq silahlı qüvvələrinin mobill kompleksi olan “SKAD”(sovet R-17)
operativ tantiki raketlərini tapıb məhf etməli və Bağdada-Əmman şossesinin
yaxınlığından keçən optik əlaqə xəttlərinin
sıradan çıxarmalı idi.
Lakin
“Bravo-iki-sıfır” desantlandığı dəqiqədən problemlərlə üzləşir. Belə ki məlum
olur ki,onlara əlaqə üçün verilən radiotezlik düz deyil. XT-lılar düşmənin
arxasında komandanlıqla heç bir radioəlaqəsi
olmadan yalnız qalıbdırlar. Bir az sonra baza düşərgəsinin yaxınlığında keçi
otaran İrqalı oğlan uşağı peyda olur. Qrupun komandiri bütün yazılmış təlimatlara
zidd olaraq oğlana yazığı gələrək təsadüfi şahidi sərbəst buraxır. Bundan sonra XT-lılar
qurduqları düşərgəni tələsik sökərək uzaqlaşmağa cəhd edərəkən İraqlı döyüşçülərin
əraziyə gələn jissələri ilə qarşılaşır. Oğlan XT-lıların düşərgəsini İraq hərbçilərinə
nişan vermişdi. Şiddətli döyüş başlayır. Döyüş tapşırığını artıq yerinə yetirə
bilməyən və radioəlaqəsiz qalan
XT-lıların komandiri Endi Maknab qrupa Suriyaya tərəf çəkilmək əmri
verir.
Əyər
tarixdə bir sıra qəhrəmancasına geri çəkilmə nümunələri varsa “Bravo-iki-sıfır”
qrupunun İraqdan çəkilməsi onlara bir nümunədir. Bu zaman yay geyimində olan
qrup,İraq səhrasında həmən il çox sərt olan qış havası ilə rastlaşır.
Yorulmuş,donmuş,əldən düşmüş qrup XT-lılar qərbə doğru irəliləməyə davam edirlər.
Gecə zamanı hərəkət zamanı qrupun üç üzvü hiss etmədən irəli gedir və arxadan gələn
“dayan” komandasını eşitmirlər. Səhər açılanda isə onlar artıq gözdən itirlər.
Maknabın dəstəsi isə öz hədəfinə çatmağa bir km qalmış pusquya düşür. XT-lardan
biri həlak olur,ikincisi donvurmadan həyatını itirir,qalan üç nəfər isə əsir
düşür. İkinci qrupdan isə sərhəddi yalnız Kris Rayan keçə bilir. Onun döyüşçülərindən
biri donvurmadan həlak olur,ikincisi isə əsir düşür. Əsirləri nə qədər ac
saxlayaraq onlara əzab versələr də XT-lılar əməliyyatın planlarını İraqlılara
açmırlar. Mart ayının əvvəlində SAS komandanlığının tərtib etdiyi əməliyyatla
XT-lılar bir gecədə İraq bazasına basqın zamanı azad olunurlar.
Somali
əməliyyatı.
1992
ci ildə artıq illər uzunu vətəndaş müharibəsinin tüğyan etdiyi bu Afrika ölkəsində,hərbi-siyasi
vəziyyət daha da ağırlaşdı. ABŞ ın prezidenti olan Corc Buş Amerikanın dünyanın
jandarması rolunda olmadını iddia etməsinə rəğmən Somaliyə Amerika ordusunun
göndərilməsini qərara alır. İlk anda bu çox bəsit görünən əməliyyat idi.
Amerikalıların fikrinə görə pis silahlanmış və hərbi savadı olmayan
Afrikalıları ram etmək o qədər də güclü risk tələb etmirdi.
8avqust
1993 cü ildə Sonmalinin paytaxtı Moqadişidə patrul aparan ABŞ quru qoşunlarının
hərbçiləri ,idarə olunan böyük gücə malik fuqasın partlaması nəticəsində həlak
olurlar. Amerika komandanlığı baş verən hadisədə Somalidə olan qruplardan birinə
başçılıq edən general Aydidin əli olduğunu iddia edərək,generalın yaxın zamanda
həbs edilərək çəzalandırılmasını qərara alır. Bu məqsəd ücün Somaliyə ABŞ
ordusunun qruru qoşunlarının xüsusi –taktiki XT-lı qrupu göndərilir.Qrupun tərkibinə
:
-
DELTA XT alayının 3 tağımı,
-
75ci paraşut desant (reyncerlər) alayının XT –lı cəld hərəkətli 3
taburu
-
ABŞ HDQ –nin terrorizmlə mübarizə dəstəsinin (dəniz pişikləri) 1
qrupu
-
160 –cı aviasiya alayının
helikopter eskadriliyası
-
ABŞ HHQ-nin 24 cü hava xilasetmə briqadasının helikopterləri
-
ABŞ XT-qüvvələrinin havadan nəzarət və idarəetmə aviasiyasının
helikopter və 1 pilotsuz təyyarəısi daxil idi.
1993 cü ilin 22 avqustunda ümumiliklə
Somaliyə daxil olan XT lıların ilk dəstəsi ilk andaca planladıqları əməliyyatda
uğursuzluğa düçar oldular. Hava həşfiyyatının səhfi ucbatından XT-lılar general
Aydidin güman olduğu əraziyə hücum etdilər. Lakin general əvəzinə onlar BMT nin
əməkdaşlarını əsir edərək qərərgaha gətirdilər. Aydidi tapmayan Amerika
XT-lıları ,generalın tərəfdaşlarına qarşı amansız əməliyyat başladılar. Bu
zaman onlar Aydidin bir necə yaxın silahdaşını məhf etməyə müvəffəq oldular.
Afrikalı bələdçi və Amerikaya işləyən cəsusların verdiyi məlumata əsasən 3
oktyabr 1993 cü ildə başlanacaq mitinqdə general Aydidin xarici işlər naziri Ömər
Salad iştirak edəcək və mitinqdən sonra Salad ,daxili işlər naziri Abdi Həsən
Avalla görüşəcəkdi. Onların tutulması üçün XT-qüvvələr əraziyə yeridildi.
“Delta” qrupunun bölmələri mitinqdən əvvəl görüş keçirilən binaya daxil
olaraq ,nazirləri və onların ətrafını əsir götürməli,2ci paraşut-desant
bölüyünün XT-lıları binanın ətrafını mühafizə etməli,9 zirehli avtomobil və 3
yük maşınından ibarət avtomobil karvanı isə əsirləri və XT –lıları ərazidən çıxarmalı
idi. İlk əvvəl əməliyyat ildırım sürəti ilə yerinə yetrilsədə,sonradan çətinliklər
başladı. XT-lıların əməliyyatı zonasında böyük sayda Aydid döyüşçülərinin peyda
olması ilə şiddətli döyüş başlandı. Döyüşün ilk anında XT lılara köməyə gələn 1
ci desant qrupunun helikopteri qumbaraatan vasitəsi ilə vuruldu və az sonra
eyni vəziyyətdə ikinci helikopter vurularaq əraziyə düşdü. Amerikalılar kiçik
keçidli məhəllələr arasında mühasirəyə düşdülər. Avtomobillərin hərəkəti zamanı
hər iki tərəfdən açılan atəş nəticəsində çoxlu sayda ölən və yaralananlar oldu.
Komandanlıq tərəfindən avtomobil karvanının ərazidən
çıxarılması üçün müxtəlif variantlar işləyirdilər. Bunun üçün əraziya Amerika
quru qoşunlarının 10 cu dağ diviziyasının hissələri yeridildi. Bundan əlavə əməliyyatlara
Malayziyanın motopiyada,Pakistanın zirehli tank hissələrini də qoşmaq zərurəti
yarandı. 4 oktyabt saat 06:30 BMT –nin zirehli qrupunun köməkliyi nəticəsində ,ətrafda
gedən azğın atışmadan qurtulan Amerika XT-lıları ərazidən çıxarıldı. Bu tam
düzgünlüklə planlaşdırılmamış əməliyyatda 18 ABŞ,1 Malayziya XT-lısı həlak oldu. 74ABŞ ,7Malayziya ,2 Pakistan hərbçisi
yaralandı. Helikopter qrupundan isə zabit M.Dyurant əsir düşdü. Bir ildən sonra
onu azad etmək mümkün oldu. Somali döyüşçülərinin və yaralananlarının sayı isə
1000 lərlə ölçülürdü.
Nigeriyada gərgin gecə.
2017 ci ilin 3 oktyabrında
ABŞ-ın 10 XT-lısı və 30 Nigeriya əsgəri Mali sərhəddindən 6 km aralı
olan Akabar adlı kəndə reyd üçün yollanırlar. Pentaqonun kəşfiyyatının verdiyi
xəbərə görə bu kənddə qadağan olunmuş “İslam dövlərinin “ (İD) təlim düşərgəsi yerləşirdi.
İlkin olaraq reyd kimi qələmə verilən əməliyyatda,əsasən Amerikalıların vəzifəsi
,bu düşərgədə olan İD –nin 3 yüksək vəzifəli şəxsi haqda məlumat toplamaq idi.
XT-lılar yüngül silah götürərək,zirehlənməmiş kiçik pikaplarda kəndə tərəf yol
alırlar. Gözlənilmədən kəndə daxil olan
XT-lılar,kənddə məskən salmış kiçik İD döyüşçülərinin rahatca məhf etdikdən
sonra ,başqa kəndləri də yoxlamağı qərara alırlar. Bu Amerikalıların ən böyük səhfi
kimi qələmə verilir. Çünki kəşfiyyat məlumatı olmadan və qüvvələrinin az
olmasına baxmadan əməliyyatı genişləndirmək bağışlanmaz səhfdir. Hələ indiyə
kimi bunun”XT-lıların özlərinin təşəbbüsü yaxud komandanlığın əmri” olduğu
haqda mülahizələr gəzsə belə Pentaqon bunu məxfi saxlamaqda davamlıdır.
XT –lıların gecə hərəkəti və İD –nin Akabar
kəndindəki casuslarının verdiyi məlumat nəticəsində 4 oktyabr səhər saatlarında
dəstə iricaplı pulemyotlarla təhciz edilmiş pikaplarla hərəkət edən 100 nəfərlik
terrorçuların mühasirəsinə düşür. TonqoTonqo kəndi yaxınlığında başlayan bərabər
olmayan döyüşdə terrorçular snayperlərlə birlikdə qumbaraatanlardan da istifadə
edirdilər. Döyüşün 56 cı dəqiqəsində aviasiya köməyi tələb edən XT-lılara ,30 dəqiqə
sonra döyüş yerinə çatan fransız qırıcılarının köməyi ilə terrorçuları ərazidən
uzaqlaşdırmaqla kömək etmək mümkün olur.
Döyüşdə 4 ABŞ XT-lısı və 4 yerli əsgər həlak olur. KİV-lərə sizan məlumatdan məlum
olur ki ABŞ XT-lıları ərazinin kəşfiyyatı üçün pilotsuz təyyarələr tələb etsə
belə,lazım olan texnika instansıyalarda yubadılmış və bu faciəyə səbəb
olmuşdur.Bundan əlavə göndərilən hərbçilər müxtəlif XT-lı qruplardan ibarət
olaraq,Nigeriya əsgərləri ilə birlikdə əməliyyatın detallarını,birlikdə hərəkət
etməni və bir sıra aspektləri vaxtında məşq etməmişdilər. Keçirilən brifinqdə
ABŞ SQ –lərinin Afrika komandanlığının rəhbəri Tomas Valdxauer” bu səhflərdən nəticə
çıxarılıb “ deyir və Müdafiə naziri Çeyms Mettis “ xüsusi təyinatlı qüvvələrin
hazırlanması və əməliyyatların planlanması,təsdiq olunması metodikasına “ yenidən
baxış etmək üçün əmr verir.
Son olaraq bir neçə nümunədən belə məlum
olur ki,uzun illər XT əməliyyatlarda püxtələşmiş elit hissələr belə səhflərdən
sığortalanmamışlar. Bu zaman səhflərin mənbəyi müxtəlifdir. Burada texniki
avadanlıq,komandanlığın əməliyyatı hazırlayanda hesablamalarda
yanlışlığı,komandirlərin vaxtında düzgün müstəqil qərar çıxarmaması və s var.
Bütün bu aspektlər hər zaman sonda XT-lıların faciəsinə,döyüşçülərin həlak
olmasına gətirib çıxara bilən amildir. Bütün bunların tam olaraq olmayacağına və
yaxud aradan qaldırılacağına ümid etmək isə düzgün deyil. Çünki hər göstərilən
amildə insan faktoru var. Bu faktorlar da hər zaman aktualdır. Belə fikri
ortaya qoyan ABŞ HDQ “Dəniz pişiklərinin” kapitanı Tomas Makqreqor özü belə səhflərin uçbatından ayaqlarını itirərək
Luiziana ştatında yaşayır.
Başqa “dəniz pişiyi” olan leytenant Adeil
Foks öz həmkarının sözünü dəstəkləsə belə “Ölülər səhf etmir” deyərək XT
lılarda xidmətindən fəxr etdiyini dilə gətirir.
Комментарии
Отправить комментарий