20 məsləhət. Bu məsləhətləri hamının bilməsi vacibdir.


Biz rahat və tox dünyamızda yaşayırıq. Kranı acdıqda su gəlir,yaxın dükanlarda  piştaxtalarda hər şey var,dostumuz kompyuter lazım olan məlumatı bizim ovcumuza yerləşdirir.Demirik ki,bu pisdir. Lakin baxaq-biz bunlarsız bir sivilizasiyada yaşaya bilərikmi? Əyər bizlərin taleyi hansısa bir gözlənilməz hadisədən dəyişərsə,bizlər özümüzü lazımı həyati vasitələrlə təmin etməli olsaq-nə edərik?
Son günlər,”sirvival horror” kimi janrlar durmadan  dəbə minərək,bu haqda elmlərə və təlimlərə baş vurmağı həyatı vacib edir. Çünki,dünyanın haqsız və düşünülməyən müharibələri nə vaxtsa  apokalipsisə gətirib çıxaracaq qədər həqiqətəuyğundur. Apokalipsis şəraitində yaşamaq, bu günümüzdə yaşamaqla tərs mütənasibdir.Kompyuter oyunları rəngarəng olsa belə, real hərəkətlər toplusunu əks etdirmir. Gəlin 20 müddəaya baxaq. Görək bunlardan hansılarını biz  bacararıq:
1-Tonqal yandırmaq. Çoxumuz  hətta quru odun parcaları olduqda belə,tonqal qalamağı bacarmırıq. Bəs onda odunların yaş olduğu,pis yanacağı zaman nə edəcəyik?
2-Ekstremal şəraitdə yaşama. Su olan ərazini tapmağı,vəhşi təbiətdə yeyilməsi xəstəliyə gətirib çıxaran ərzaqları,daldalanacaq tikməyi,vasitələr olmadan belə balıq tutmağı,çayları kecməyi,bədən tempraturunu lazımi həddə saxlamağı və s. bilirikmi?
3- Bütün mağazalardakı ərzaqlar talanıb qurtararsa,tərəvəz və yeyilməsi mümkün bitgiləri yetişdirməyi bacarırıqmı?
4- Üzmək. Çox hallarda  su hövzələrini kecmək,yaxud suda təhlükədə olan insanlara kömək üçün  üzgüçülük bacarığımız varmı?
5-Hərəkət vasitəmiz olan avtomiobilin ən yüngül təmirini,təkərinin yamanması və dəyişdirilməsini bilirikmi?
6-İlk yardımı etmək. Biz teleekranlarda coxlu dəhşətli səhnələr görürük. Lakin yaxından bədən üzvü yanmış,qanı axan,yaralanmış insan görəndə halımız pisləşir. Belə bir hadisə ilə rastlaşanda  kömək etmək ücün elmi və ruhi cəhətdən hazırıqmı?
7-Düzgün geyinmək. Dəblə geyinmək və hansı qalstuku seçmək haqda coxlu yazılar var. Lakin sizə başqa məlumat lazımdır. Siz özünüzü soyuqdan,yağışdan, istidən , müxtəlif növ uçan və xəstəlik gətirə bilən həşəratlardan qorunmaq üçün hansı geyimlərdən istifadə edəcəyinizi bilirsinizmi?
8-İnsanlarla ünsiyyət. Çətin şəraitdə tək yaşamaq,çətinliklərə sinə gərmək,qarşıya çıxan məsələləri həll etmək çətin bir sınaqdır. Sizin  insanları cəlb edərək,birlikdə yaşamaq və fəaliyyət göstərmək üçün bacarığınız varmı?  
9- Çəkinizə nəzarət. Uzun zaman yeyərək yatıb,qalxdıqda kompyuter stulunda oturmaq sizi hərəkətdən qoyub. Çətin şəraitdə  yaşamaq üçün siz çəkinizə və hərəkətsizliyinizə  çarə edə biləcəksinizmi?
10- İşıq əldə etmək. Elektrikin olmadığı şəraitdə,gecə vaxtı hərəkət,hansısa bir daldalanacaqda lazımı iş görmək üçün işıq mütləqdir. Siz işıq əldə etmək üçün vasitələrlə tanışsınızmı?
11-Özünü qoruma. Müxtəlif şəraitlərdə, təhlükələrdə özünü silahsız və yaxud sılahla qorumaq məcburiyyətinin yaranacağı şəksizdir. Siz silahsız özünü qoruma vasitələri ilə yaxud silahlardan istifadə ,hərbi ləvazimat və texnikanın taktiki-texniki xassələri ilə tanışsınızmı?
12- Tarixinizi unutmayın. İnternetin ,vəsaitlərin olmadığı zaman,ətrafınızdakı gənclərə öz xalqınızın tarixi,adət -ənənələri haqda danışmaq,onları maarifləndirmək lazım gələcək. Siz özünüz bunu bilirsinizmi?
13-Hər şeyi təmir etmək,tikmək,yaratmaq. Şərait sizdən çox şeyi təmir etmək,nəyi isə təmir etmək təlb edəcək. Siz teoretik də olsa bu işlər haqda maraqlanaraq,onların yerinə yetirilməsi prossesi ilə maraqlanmısınızmı?
14-Səmt və yer təyin etmə. BU gün artıq kompas və xəritədən istifadə  getdikcə unudulur. GPS naviqatorların işləmədiyi zaman siz  yenidən kompas və xəritəyə dönəcəyiniz təqdirdə, istifadə ücün biliyiniz varmı?
15-Tikmək. Bəziləri əlinə iynə və sap götürməyi  özünə əskiklik bilir. Lakin bu ekstremal şərait ücün vacib amillərdən biridir. İynə və sapdan istifadə edərək nəyi isə tikməyi məşq eləmisinizmi?
16-Avtomobilin idarə edilməsi. Biz ictimai transportdan istifadə edir,yaxud sürücü yanında otururuq. Sizə lazım olduqda avtomobil sürmək bacarığınız  varmı?
17-Ərzaqların qorunması. Hər zaman ərzaq əldə oluna bilməyən şəraitdə,ərzaqları düzgün saxlamaq,onları konservləşdirmək,əti qaxac etmək,mürəbbə bişirmək,meyvələri qurutmaq zərurəti yaranarsa,bunu etmək ücün məlumatınız yetərincədirmi?
18-Bişirmək. Sizin  ücün çox zaman yeməyi bişiriblər. Bəs  özünüz bunu etmisinizmi?
19- İnternetsiz yaşamaq. Günümüz monitor arxasında kecir. Bə internet olmadıqda,özünüzü tənha hiss edəndə,ruhdan düşməməyə hazırsınızmı?
20-  Qacmaq. İdman hərəkətlərinin başlıcası olan qacmaq kimi hərəkətlərin-bir zaman sizin həyatınızı qurtara biləcəyini düşünmüsünüzmü?
Abuzər əbilov(Legion)

                                                                          

Комментарии