Biz hamımız öləcəyik-psixologiyası-yaxud bioloji və
bakteroloji müharibələr kontekstində ortaya çıxan qaloşçu "
analitiklər".
Son günlər
dünyanı ağuşuna alan virus təhlükəsi bu kontekstdə çoxlu "analitik
-məsləhərçilər" meydana gətirmişdir. Bu insanların bu problem haqda
elminin olmaması bir yana dursun,ıən azından " beyinlərinin məhsulunu bir
akademiksayağı " ortaya qoymaları və hərşeyşenas olmaları ən azından ikrah
doğurur.
Arqumentlər;
"Çoxlu xəstə var gizlədirlər, paltarları yığın vertalyotdan dərman
tökəcəklər, heç nə edilmir,hamımız öləcəyik, qoy qocalar qorxsun mənə
dəyməz,siqaret çəkənlərə toxunmur, karantində insanları öldürürlər ,bunu
Amerika edib,bizim üçün deyil,İran və Kitay üçündür və s və ilaxır...
Arqumentlərdən isə ən nəzərə çarpanı
“bu bakterioliji müharibədir” dir.
İlk əvvəl məlumat üçün bakterioloji və bioloji silahlar
anlamına qısa da olsa baxaq. Bu kimi silahlar bir çox dövlətlərdə
hələ qədimdən tətbiq olunmağa başlamışdır.
Tarix:
Bioloji
silahların tətbiqi tarixə görə hələ qədim Roma zamanından məlum olduğu
bildirilir. İlkin olaraq belə silah vasitələri,mühasirəyə alınmış qala
divarlarından,cüzamdan ölmüş xəstələrin meyitlərini,mühasirədə olan qüvvələrin qoşunlarının icinə atılmasıdaır. Bu zaman
qalanın daxilində olan qüvvələr epidemiya yayıntısından gücdən düşərək xəstələnir
və müdafiə əzmləri qırılırdı.Bundan əlavə isə qalanın daxilində olan əhali
sıxlığı və zəruri gigiyenanın olmamasından böyük təlafatlar meydana gəlirdi.
1346 cı
il. Avropada “Qara ölüm” epidemiyasının yaranması. Fərziyyələrə görə bu
epidemiyanın yayıcısı Xan Canıbəy olmuşdur. Kafa şəhərini ala bilməyən Canıbəy
(müasir Feodosiya) qalanın icinə mancanaqlar vasitəsi ilə,cüzamlı və
infeksiyalı ölülər atmışdır.Şəhərdə epidemiya tüğyan etdiyi vaxtda,tacirlər
qorxu içində şəhərdən qaçaraq,Avropaya gəlmiş və yoluxduqları üçün,”qara ölümü”
də özləri ilə gətirmişdilər.
1763 –cü
il. İlk dəfə olaraq rəsmi bakterioloji silahın tətbiqi tarixi faktı. Bu fakta
görə Amerikalı kolonizatorlar,”ospa” virusuna yoluxmuş adyalları hind qəbilələrinə paylamaqla,qəbilələrdə
“ospa” virusunun yayılmasına müvəffəq olmuşlar. Böyük sayda qəbilələr bu virusa
yoluxaraq,dərman preparatlarının və ixtisaslı həkimlərin olmaması üzündən
qırılmışlar.
1944 ci
il. Böyük Britanıyanın Almaniya ilə müharibəsi zamanı məxfi “Operation
Vegetarian” kod adlı əməliyyatına görə,sibir xorasının yayımlanması. İlkin
olaraq bu silah Gruinard adasında hazırlanaraq,testlənmə mərhələsini keçmişdir.
Ada “sibir xorası” ilə yayıldıqdan sonra karantin elan olunmuş və 1990 cı illərdə
təmizləndiyi bəyan olunmuşdur.
Bakterioloji
yoluxmanın xassələri:
Bkterioloji
və viruslu silahların xüsusiyyətləri ondadır ki,bu xəıstəliklər digər xəstəliklər
kimi özünü tez bir zamanda göstərmir. Onların gizli inkubasiya dövrü mövcuddur
və onlar xarici faktorlarla özlərini bəyan etmirlər.Bunlardan cüzam,xolera
,sibir xorası ,botulizm əsasən xəstə
insandan sağlam insana kecmə funksiyası ilə fərqlənir və bu zaman yayılma
faktoru çox böyük və təhlükəlidir. Bu xəstəliklərin aşkar olunması və
qarşısının vaxtında alınması çöx çətin olduğundan ən təhlükəli elementlər
sayılır,çünki bakteriya və mikroblar gözlə görünmür,iylənmir,dadı yoxdur.Belə
bakteriya və virusları ancaq laboratoriya şəraitində aşkar etmək olur,bu da
uzun müddət və vəsait tələb edir.Bütün bu kimi vasitələrin son zamanlar
laboratoriyalarda təkmilləşdirilməsi zamanı,müasir bakteriya və virusların
insandan insana keçməməsi üçün nailiyyətlər əldə olunub ki,bunun da arxasında
konkret insanların və ərazilərin bu silah növünün təsirinə məruz qoyulması
amili vardır.
Lakin gəlin
baxaq. Hələ heç zaman bu kimi silahların yaranması zamanı tam dəqiq
hesablamalar özünü doğrultmamışdır. Həyata buraxılan viruslar çox zaman
atmosferdən,ərazidən,bir sıra təbii faktorlardan mutasiya olunaraq ya daha təhlükəli xarakter
almışdır yaxud zəifləyərək yoxa çıxmışdır. Bundan əlavə də əks tərəfin alimləri
bu cür virusların dəf edilməsi üçün əmək sərf edərən az bir müddətdə uğur
qazanmışlar.
Bəs onda təbii virusların və laborator şəraitdə
hazırlanmış bakterioloji və bioloji silahların ən böyük fəsadı nədir?
Burada ən
böyük amil,basqı və yoluxma ərazisində yaşayan xalqlardır. Onların savadı,tərbiyəsi,mədəniyyəti,anlamı,
Dövlət və Hökumət orqanlarında çalışanların məsələyə loyal yaxud operativ
olmasıdır. Şünki bir sıra faktorlardan var gücü ilə çalışa bilməyən virus və
başqa vasitələr,bu kimi keyfiyyəti olmayan regionlarda ilk əvvəl ÖLDÜRÜCÜ İNFORMASİYA
BASQISI VƏ XAOS YARADIR.
Anlaqsız
olan insanlar müasir dövrdə özlərinin psixoloji durumuna qapılaraq böyük
informasiya bazasına çevrildiklərini düşünür, yanlış məlumatlar yaymaqla “özlərinin
ağıllı kimi seçildiklərini” düşünür, adi həyatda sayğısız olmalarına baxmayaraq
,virtual həyatda layk qazanan zaman,özlərini özləri üçün daha qiymətli hesab
etməyə başlayırlar. Buraya düşmən tərəfdən daha da həvəsləndirici metodları da
qatsaq-qarşımıza böyük təhlükə mənbəyi çıxır.
Azərbaycan
seqmentində isə bu kimi hallar fərqlidir. Sosial şəbəkələrdə adekvat qruplar
ortaya qoyulmuş məsələni özlərinin daxili “ beyin mərkəzlərində “
komandalaşaraq analiz etməklə əhaliyə Dövlət və Hökumət orqanlarının apardığı
işlər haqda məlumatları daha xırda detallarına kimi incələyib çatdırır və
bununla bir növ könüllülük anlamında yardımçı olurlar. Lakin sosial şəbəkə
qeyri adekvatlarla da zəngindir. Bu qruplar isə Hökumət və Dövlət orqanlarından
hansısa kontekstdə,hansısa bir problemdə nazrazıdırsa,bunu ümumxalq
narazılığına çevirməklə yanaşı,qorxu gətirən,xaos yaradan, insanlarda stress
aşılayan, sinir və əsəb pozğunluğuna yol açan yazılar paylaşmaqla bir növ “
qisas almaq “ yolundadırlar . Və onlar üçün fərq etməz ki burada hansısa məmurmu
yaxud xalq kütləsi mi əziyyət çəkir. Bu
isə artıq XAOS TİPLİ İNFORMASİYA YAYMA VƏ QƏRƏZLİ ŞƏKİLDƏ İSTİFADƏ ETMƏ əlamətləridir.
Baxın yaxın günlərdə hər paylaşımında “İtaliyada
filan qədər öldü,iranda filan qədər qırıldı, karantində ölənlər var,marketləri
dağıdırlar, aclıq olacaq və s kimi yazıların ortaya qoyulması ilə uzun uzadı vahimə
yaradan diskussiyalara azmı rast gəldik? Axtarıb incələmək isə heç kimin yadına
düşmür. Lakin arayanlar da görür ki bu kimi xəbərləri gündəmə gətirən
insanların bu kimi problemdən heç bir xəbəri,elmi anlamı yoxdur. Sadəcə fikirlərindəki
xaosu səpələməklə vaxt keçirməkdir. Bundan əlavə son illər yağışdan sonra bitən
göbələklər kimi artan xəbər saylarının da ölkəni vahiməyə bürümək istəyi
böyükdür. Əsasında isə jurnalistika anlayışı olmayan qohum ,dost və əqrəbanı
başına yığaraq,internet resusrslarını skan edib,lazımı və lazımsız məlumatları
sayta yükləmək və başlığında vahiməli sözlər yazıb,sayta girməyə məcbur etmək.
Bununlada saytın ziyarətçilərini çoxaltmaq.
Bu kimi
tendensiyalara da aptek,mağaza ,xidmət obyektlərində qəsdən vəziyyətdən istifadə
edib qorunma vasitələrinin, ərzağın, xidmətin qiymətini qaldıranları da əlavə
etsək artıq qarşımızda saysız südü xarablar ordusunun olduğunu görəcəyilk. Bu
haqda yazanlar ,bu halların ortaya qoyulmasında haqlıdırlar. Bu vəziyyətdən
istifadə edənləri həm Hökumət orqanları,həm də xalq tanımalıdır. Lakin ictimai
qınaq haqda heç kim düşünmür. Məsələn aptekdə qoruyucu vasitəni gizlədib
,altdan baha satan qohumumuzu “ bacarıqlı oğlan və pul qazanan kimi qəbul
edirik”. Qohumumuz olmayanı isə cinayətkar,xalq düşməni kimi qəbul edirik.
Yekun:
Hər bir
virus ,yaxud başqa basqı elementləri səlist qaydalara riayət, informasiya
basqısına məğlub olmamaq, tövsiyyələrə və qadağalara əməl,qarşıya qoyulan məqsədlərdə
Dövlət və Hökumət orqanlarına könüllük anlamında yardım kimi funksiyalarla
ortaya qoyulması vacibdir. Xaosu özümüz yaratsaq,onun fəsadları bu günkü
viruslar və müharibələrdən daha ağır olacaqdır.
Xalqımız,Dövlətimiz
bu bəladan da qurtaracaq və hər birinizə bütün sferalarda QƏLƏBƏ arzusu ilə
deyirəm ki :
#evdəqal#
Комментарии
Отправить комментарий