Mövzuya keçməzdən əvvəl bir necə aspektə baxış etsək, yəqin ki, oxucularımız üçün daha maraqlı və daha faydalı olar.
“Taktika” yunan sözü olub, əsasında hərbi elmi birləşdirərək qoşunların
teoretik və praktiki döyüş nizamı olaraq, qarşıdakı şərti, yaxud həqiqi
düşmən qoşunları ilə savaşın aparılması zamanı qarşıya qoyulan
məqsədlərin yerinə yetirilməsi üçün nəzərdə tutulur.
Silahlı birləşmə - bu, böyük hərbiləşmiş qüvvələr toplusudur, başında siyasi və ya hərbi lider dayanaraq müəyyən iqtisadi, siyasi, dini və s. kimi amillərin qorunması üçün yaradılıb.
Məqsəd üçün vasitələr – bu, müəyyən məqsədlərin qazanılması, müəyyən siyasi, dini, iqtisadi məqsədlərin qazanılmasında qələbə çalmaq üçün lazım olan, öldürücü, təbliğat, təşviqat, psixoloji və s vasitələrdir.
Dünya Soyuq müharibədən qoparaq xaoslu və dağıdıcı isti müharibə fazasına keçdiyi zaman bir çox maraq dairəsi toqquşan dövlətlər öz orduları ilə savaş apararkən qanunauyğun olaraq daxillərində gözləmədikləri problemlərlə rastlaşdılar. Əhali uzaq kontingentlərdə, maraqlar baxımından savaş çöllərində ölən əsgəri itgilərlə barışmayaraq nümayişlərə çıxdı. Əsasən öz dövlətini qorumağa and içmiş əsgəri kontingentlər, dövlətlərin hegemonluq siyasətinin qurbanı olur, çox zaman da vətəndən uzaqda hansısa “dövlət maraqları” müharibəsi səhnəsində həyatlarını itirmək məcburiyyətində qalırdılar. Məsələn, ABŞ-ın Vyetnamda apardığı müharibə zamanı cəmiyyət birləşərək bu utopik müharibəni, dövlətlərin bir-birinə əzələ nümayişini pisləyir, hökumətdən buna son qoymağı tələb edirdi. Sonda böyük nümayişlərə, kütləvi iğtişaşlara gətirib çıxaran bu etirazlar, hökumətləri bu kimi planlardan əl çəkərək daha məkrli planlara, daha hiyləgər əməliyyatlara baş vurmağa məcbur etdi.
Beləliklə, artıq XX əsrin sonlarında qədim tarixi olan gizli muzdlu orduların yaradılması prossesləri daha da güclü vüsət almağa başladı. MKİ və Rusiya FƏX (federal əks-kəşfiyyat xidməti) artıq çoxdan planda olan belə qrupların, orduların yaradılmasına başlamağı qərara aldı. Qoşa qüllələrin yıxılmasından sonra kölgədən çıxan bu kimi qüvvələr artıq əsl adları ilə açıq hərəkətə keçdi. Analitiklərin gəldiyi nəticəyə görə, “Taliban”, “Ən-Nüsra Cəbhəsi”, “Əl-Qaidə”, “Hizb ut-Təhrir əl-İslami”, “Əbu Səyyaf”, “Əl-Cihad”, “Əl-Hərameyin”, “İslam Qardaşları”, “Əl-Əqsə” məzlumları briqadası, “Qafqaz mücahidlərinin Ali şurası”, PYD, PKK, “Şəriət Camaatı”, “Qafqaz Əmirliyi”, HƏMAS, “Hizbullah”, “İraq və Levanta İslam dövləti”, “İraq və Şam İslam dövləti”, “Novorossiya silahlı qüvvələri” və s. kimi terror təşkilatlanmaları böyük dövlətlərin yaratdığı dünya üzrə gizli savaş ordularının kiçik bir hissəsidir. Artıq dövlətlər tərəfindən “maraq savaşlarında” öz ordularından yox, məhz bu kimi terror qrup və ordulardan istifadə tendensiyası, artan temp üzrə getməkdədir.
Heç bir ordu, heç bir qiyamçı dəstə, heç bir terror təşkilatı və silahlı qüvvələr maliyyəsiz və təminatsız yaşaya bilməz. Burada insan amilindən, onlara veriləcək maliyyə vəsaitindən də ağır qiyməti olan silah, sursat, texnika və vasitələr anlayışı var. Bu kimi vasitələr çox böyük maliyyə axını tələb etdiyindən, araşdırma zamanı məlum olur ki, artıq dünya gücləri, böyük maliyyə ayırmaqla “boğuşan köpəklər” ordusundan fəal istifadə qərarını verib. Hansısa zaman məkanında koalisiyalaşaraq bu kimi qüvvələrə zərbə endirmək anlayışı da sadə insanlar ücün şou xarakteri daşıyır. Dövlətlərin kəşfiyyat orqanlarında yetərincə hansı terror ordusunun kimə məxsus olması və haradan maliyyələşməsi barədə məlumatlar var. Dünya, savaş teatrı gündəmində ağır izlər qoyan yeni və sınanmış oyuna qədəm qoyaraq ölkələrin təbii ressurslarını talamaq yolunu tutan və artıq karabinlərlə, primitiv artilleriya ilə savaş aparan parakəndə terror orduları tarixə keçdi.
Hal-hazırkı dönəmdə bu ordular müasir avtomobillər, atəş və qorunma vasitələri, tank əleyhinə daşınan zenit raket kompleksləri, radar qurğuları, əlaqə və rabitə qurğuları, müxtəlif atmosfer dəyişiklikləri və gecə müşahidə cihazları, silahlar və sursatlarla təmin olunublar. Bu da gəlin razılaşaq ki, güclü maliyyə imkanları olmadan mümkün deyil. Zaman-zaman bu savaş ordularının sırasına yüksək peşəkarlığı olan təlimatçıların qatılması da, böyük kompaniyaların iç üzünü bir daha aşkar etdi. Bir az müasir dövrümüzə qayıtsaq, İŞİD kimi təşkilatın, dövlətyaratma taktikasına necə zidd olduğunu görərik. Yaxın aylarda Paris və Brüsseldə silsilə terror aktları göstərdi ki, İŞİD öz ənənəsinə sadiq olaraq yenidən savaş aparma strateji məqsədində dəyişiklik etməklə, dünyanı aramsız olaraq təəccübləndirməyə davam edəcək. Sual olunur: niyə İŞİD yenidən taktikasını dəyişdi? Bu, son dərəcə incə və dərindən düşünülmüş bir gediş idi. İŞİD pərakəndə müharibələr anlamından və kəmiyyətli döyüşçülər xəttindən, keyfiyyətli savaş potensialı və nöqtəli məqsədlər sırasına keçməyi qərara aldı. Artıq lazım olan döyüşçülərin cəlb olunması köhnə metodlarla yox, yeni və daha ciddi metodlarla aparılmağa başlandı.
Teoriya və praktikaya görə, üsyançı qrup, terror təşkilatı, qeyri-qanuni silahlı birləşmələrin, özlərinin siyasi kursundan əlavə, maksimal olaraq hakimiyyət aspektlərinə də baş vurması vacib müddəlardandır. Bu kimi aspektlərin yerinə yetrilməsində, kəmiyyətli yox, keyfiyyətli insanlara ehtiyac var. İlk əvvəl isə İŞİD bu məqsəd üçün 3 kateqoriyadan olan insanları istifadə edirdi:
1. İdeya və məqsəd uğrunda qoşulan döyüşçülər;
2. Tez varlanmaq ücün qoşulan döyüşçülər;
3. Məcburi və güc tətbiqi ilə qoşulan döyüşçülər.
İdeya və məqsəd uğrunda qoşulan döyüşçülər
Tarix göstərir ki, bütün birlik və yaranmaların mənbəyində onun yaşaması üçün əmək sərf edən, idologiyası möhkəm insanların olması vacibdir. Üsyançılar, qanunsuz hərbi birləşmələr, terror təşkilatları üçün isə bu ən başlıca prioritetdir. Bu insanlar ideya uğrunda risk edə bilənlər, məqsədlər üçün ölümə (çox zaman isə terrorçu–kamikadzelərdir) gedənlərdir. İŞİD-in yaranışı dövründə onun sıralarında lazımi sayda belə döyüşçülər var idi. Suriya və İraq döyüşçülərindən başqa, bütün dünyadan yaxşı hazırlanmış, hərb elminə yüksək səviyyədə bələd olan insanlar müqəddəs ideya uğrunda toplanmağı qarşılarına məqsəd qoydular.
İŞİD-in döyüşçülərindən birinin dediyinə görə, hər gün 3000-dən yuxarı döyüşçü gəlirdi ki, bunların da arasında ideoloji cəhətdən möhkəm və hərbi sahə baxımından bilikli olanlar çoxluq təşkil edirdi. Onları mütəmadi nəzarətdə saxlamaq lazım deyildi, çünki bu insanlar ideya uğruna gəldiklərindən, daxili qüvvələri çox və özləri də müsəlləh idilər. Onlar bütün döyüşlər boyu özlərini ağır risklərə məruz qoyur, İŞİD-in irəlləməsinə və güclənməsinə kömək edirdilər. Belə döyüşçülərə qalib gəlmək çox çətin idi. Onlar ancaq ideologiyalarının iflasa uğradığı zaman məhv olurdular. Belə bir nümunə 2013-cü ilə baş verdi. İŞİD Əsəd ordusu ilə vuruşmaq əvəzinə Xilafətin yaradılmasına və başqa müxaliflərlə mübarizəyə qalxdı. Bununla ideya uğrunda vuruşanların çox hissəsi razı deyildi.
Tez varlanmaq üçün qoşulan döyüşçülər
Əgər qrupda ideya baxımından çoxluq təşkil edəcək insanlar çatışmırdısa, onun yerini mütləq hansısa bir resursla doldurmaq məcburiyyəti yaranırdı. Bu zaman maddi maraq üzündən hər işə qol qoyanlar ortaya çıxırdı. Onlar qoşulmazdan əvvəl özlərinin xərclərini hesablayaraq, əgər bu xərclərdən başqa maddiyyət yüksək olurdusa, qruplara qoşulmağı qərara alırdılar. Belə döyüşçülərə inam az idi. Onların heç bir ideyası yoxdur və kim yaxşı pul versə, öna işləyirdilər və belələri böyük risklərə getmir, ən ağır döyüşlərdə bacardıqca təhlükədən uzaq durmağa çalışırdılar. 2014-cü ildə İŞİD böyük ərazilərə nəzarət edirdi, lakin xarici muzdluların axını artıq azaldığından, maddi maraqlılara daha çox müraciət etmək məcburiyyəti yaranırdı. Suriya və İraqda artıq müharibələr getdiyindən, iş yerlərinin dağıdıldığından, çox insanlar pul qazanmaq üçün muzdluluğu üstün tuturdu. Verilən pul isə Suriya və İraq anlamında böyük məbləğ idi. İŞİD-in sıralarında döyüşən bu kimi döyüşçülər açıq bəyan edirdilər ki, əgər yaxşı pul versələr, hətta xristianlığı da qəbul edərlər.
Məcburi və güc tətbiqi ilə qoşulan döyüşçülər
Bu silahlı və terror orduları üçün ən pis variant sayılır. Bu zaman məlum olur ki, terror ordusunun maliyyə resursları və ideoloji potensialı bitib, insan çatışmamazlığından əziyyət cəkir. Məcburi və güc tətbiqi ilə cəlb olunanlar ən təhlükəli kontingent sayılırlar. Onları hər zaman nəzarət altında saxlamaq lazım gəlir. Bu insanların psixoloji və ideoloji problemləri olduğundan, onlardan risk və ölümə atılmaq gözləmək utopiyadır. Onları təhlükəsiz saxlamaq üçün daha bir qrupa-silahlı nəzarət qrupuna ehtiyac yaranır. Çünki nəzəriyyə və praktikaya görə, küncə sıxışdırılmış insan daha təhlükəlidir və hər zaman əks-üsyan mənbəyidir. Bunun üçün İŞİD hər zaman kütləvi edamlara müraciət edir. Üzvlərinə qorxu yaratmaq üçün “cızığından çıxanlara” qarşı güllələnmə, diri-diri yandırılma, boyunun vurulması, asılma və s. kimi vəhşi metodlar gündəmə gəlir. İŞİD-in insan resurslarının bitməsinə, Avropanın qaçqınlar üçün sərhədlərinin açması və neft rayonlarının əldən çıxması faktoru da böyük rol oynadı.
Bu kimi faktlar İŞİD-i Paris və Brüsseldə terror aktlarına sürüklədi. Kəmiyyətdən keyfiyyətə atılmaq istəyən İŞİD terrorla yenidən gündəmə gəlməyə, özünün qorxunc imicinin zorla tanınmasına və dünya düzənində söz sahibi olmasına bir daha cəhd etdi. İŞİD Avropaya sığınan qaçqınlara bir mesaj olaraq bu terror hadisələrini törətməklə demək istədi ki, onun hökmranlığında olmayan bütün qaçqınlar dünyanın hər yerində olsalar belə, təqibə məruz qalacaqlar. Bu, bir qorxutma və nümunə aktı idi. Bundan əlavə ikinci hədəf kimi bu ölkələrdə yaşayan müsəlmanlar idi. İŞİD-in planına əsasən partlayışlardan sonra ərazisində çoxlu müsəlmanlar yaşayan bu dövlətlərdə antimüsəlman hərəkatları başlayacaq, müsəlmanlar təqib olunduğundan İŞİD-ə qoşulacaqlar. Belə uzaqgörən siyasət və metodlar, İŞİD-in “beyinlərinin” durmadan yeni plan və taktikalar üzərində işlədiyinə işarətdir.
Bir az geriyə qayıdaq. ABŞ MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) İŞİD oyununda etdiyi səhv onun tarixində ən böyük səhvlərdən biri idi. Özlərinin “sadəlövhlüklə” göz bağladıqları bu terror təşkilatı sonda onların “arzularının” ziddinə işlədi. Səhv ondan ibarət idi ki, ABŞ İŞİD-i mütəşəkkil ordu və vahid sistem kimi qəbul edərək, ona dəqiq və secilmiş zərbələr vurmaqla istənilən an məhv etməyin mümkün olduğunu zənn edirdi. Lakin praktika göstərdi ki, İŞİD-in heç zaman dəqiq starteji mərkəzi və təminat nöqtələri olmayıb. Bundan əlavə, İŞİD vahid cəbhə və vahid komandanlıq anlamını puç edir. Bu terror qruplaşmasının ən böyük nailiyyəti onun xaotik bir xətlə hərəkət etməsi, yerlərdəki komandanlıqların cəld əməliyyat tapşırıqlarını dəyişə bilməsidir. Əsasən səhralıqda kicik qruplarla blokpostları, kiçik qarnizonları məhv edən İŞİD, yaşayış məntəqələrinə kütləvi “şəhid maşınları” və kamikadzelər sızdırmaqla, müqavimətçilər arasında xaos və qorxu yaradaraq ələ keçirirdilər. Yaşayış məntəqələrinə mülki əhali kimi sızan terrorçu ordunun qrupları partlayışlar törədərək onları razılaşmadıqları zaman daha pis olacağı ilə hədələyərək, rəqibin müdafiə əzmini qırırdılar. Sözlərində qəti olduqlarını sübut etmək üçün isə kütləvi edamlar, qarətlər edirdilər. Bundan sonra isə bir qayda olaraq yaşayış məntəqəsi, şəhər özü təslim olurdu. İŞİD heç zaman kütləvi hücum əməliyyatı aparmırdı. Bütün İŞİD tarixində bir dəfə, uzun zaman müdafiə olunan Mosul üzərinə kütləvi hücum əməliyyatı olub. İŞİD qüvvələrinin komandanı Tərxan Batiraşvili şəhəri amerika hərbi texnikası, sursatı və vasitələri ilə dolu olan anbarlarla zəbt etmişdi.
Bundan əlavə, zaman-zaman zəbt olunan rayonlarda İŞİD-in tətbiq etdiyi hakimiyyət sisteminin, korrupsiya və diktaturadan yorulan əhali tərəfindən bəyənildiyi fikri də səsləndirilir. Çox zaman belə mövqeyə Qərb ekspertlərinin analizlərində də rast gəlmək olur. Lakin gəlin baxaq, belə vəhşi və barbar tipli rejim, hansı ki, özünü müsəlman qanunlarına sadiq sayır, necə bir hakimiyyət sistemi qura bilərdi? Kütləvi və soyuqqanlı qətllər, edamlar, uşaqlara əsirləri güllələməsinin öyrədilməsi, hansı insanı məcraya sığınaraq qəbul edilə bilərdi? Bu da İŞİD-in təbliğat sisteminin işlək vəziyyətində olması və insanlara psixoloji təsir edə bilməsindən xəbər verir. Təbliğat işində İŞİD çox ordu və dövlətlərin qibtə edə biləcəyi həddən də irdəli getmişdi. İŞİD-in hazırladığı təbliğat materiallarının keyfiyyəti Hollivud səhnələri ilə bir sıraya qoyula bilər. Bu iş üçün yüksək ixtisaslı qrafik dizaynerlər, audio-video mühəndislər, İT mütəxəssisləri, xüsusi savaş operatorları da cəlb olunmuşdu. Onlar operativ halda materialları güclü serverlər vasitəsi ilə şəbəkələrə ötürür, onlara qoyulmuş qadağanı müasir və mürəkkəb İT proqramları vasitəsi ilə keçə bilirlər.
Cəbhəyə qayıdaq. İŞİD səhra şəraitində böyük kilometrlərlə cəbhə xətti saxlamaq üçün aciz olduğunu hər zaman anlayıb. Taktika əsasən tez bir zamanda, ağır artilleriyasız, köhnə pikaplar üzərinə pulemyotlar bağlayaraq hərəkət edən mobil qruplar vasitəsi ilə qurulurdu. Belə kiçik qrupları havadan müşayət edərək məhv etmək də çətindir. Çünki aviasiyanın yaxınlaşdığını hiss edən qruplar səhraya səpələnərək parakəndəlik yaradırlar. Hər bir pikapın ardınca da bir təyyarə göndərmək çətin və israflı məsələdir. Bundan əlavə də hər bir vurulan hədəfin yerinə bir neçəsinin peyda olması mübarizəni bir qədər də çətinləşdirən amildir. Zəbt olunan rayonlarda isə çoxlu qüvvə saxlamaq İŞİD üçün əlverişli deyil. Bunun üçün əhalinin şəhərdən maksimum sayda qovulması praktikası (Palmira kimi) tətbiq edilir.
Mübarizə üçün İŞİD hər zaman qarşılaşacağı düşmənin silahlı qüvvələrini çoxtərəfli analiz edir. Məsələn, prioritet olaraq ABŞ, İran, İraq, Rusiyanın strategiya və taktikası, bu ölkələrin siyasi rəhbərliklərinin siyasi baxışları, qüvvələrinin, komandanlarının hərəkətləri dəqiq diskussiya və araşdırma mövzusu olub. Bu zaman koalisiya qüvvələrinin və onlara əks olan qüvvələrin silahlı qüvvələrinin güclü tərəfləri, məsələn, havada üstünlük, artilleriya, ağır zirehli texnika, mobil atəş vasitələri, bərkidilmiş blok postlar ciddi nəzərə alınır. Hətta İŞİD özünün HMQ (havadan müdafiə qoşunları) konsepsiyasına da baxış etməkdən yan keçməyib. Gəzdirilən zenit raket komplekslərinin qıtlığı zamanı bu vasitələr üçün aldadıcı komanda mərkəzləri, toplanış yerləri, mobil zenit pulemyotları ilə təhciz olunmuş pikaplar nəzərdə tutulmuşdu.
İŞİD-in apardığı savaş metodlarının unikallığı ondadır ki, Xilafət “beyinləri” fasiləsiz olaraq Əfqan, Vyetnam, Çecenistan müharibələrini araşdıraraq, burada olan aspektlərin öz müharibələrində necə istifadəsi haqda düşünürlər. Məsələn, Əfqan mücahidlərinin aktiv istifadə etdiyi “uşaq kəşfiyyatı” kimi metodlar hər zaman aktual olaraq istifadə edilib. Bu metoda görə, zəbt olunması planlaşdırılan şəhər və yaxud yaşayış məntəqəsinə ideoloji hazırlıqdan keçmiş azyaşlılar göndərilir. Onlar məhəllələri gəzərək əks tərəfin texnikası, komanda mərkəzi, atəş nöqtələri, blokpostları və s. kimi kəşfiyyat məlumatları toplayır, gecələr yenidən təhlükəsiz şəkildə şəhərdən çıxaraq bu məlumatları qərərgahlara çatdırırdılar.
Müharibədə artilleriyanın rolunun danılmazlığını anlayan İŞİD, bu müddəanı da gözdən qaçırmadı. Əsasən böyük həcmli artilleriyanı, buraxıcı qurğuları, primitiv artilleriya vasitələrini və minaatanları, aviasiyadan gizlətmək üçün hər zaman onları gizli olaraq movqelərə 3-5 gün əvvəl gətirir, maskalanma vasitələrindən istifadə edərək atəşə dəqiq hazırlayırdılar. Hətta yeraltı tunellər vasitəsi ilə bu kimi vasitələri detallara ayıraraq, əks tərəfin arxasına aparıb orada qurmaqla savaş zamanı gözlənilməz zərbəni vururdular.
Bu yazı son deyil. Müasir savaş praktikasında İŞİD, qısa zaman kəsiyində çox hərbi analitik və mütəxəssisləri heyran qoyacaq taktikalardan istifadə etdi və hələ də etməkdədir. Praktika göstərdi ki, heç də hər zaman qoşunların çoxluğu və silahların müasirliyi anlamı savaşda başlıca rol oynamır. Müasir dövrdə bütün texnologiyalar heç zaman yaxşı qurulmuş beyin mərkəzlərini üstələyə bilmir. İŞİD-də olan beyin mərkəzləri, qeyri-ənənəvi döyüş metodları, psixoloji və ideoloji hazırlığa yeni baxış dünya savaş alimlərini və tədqiqat insitutlarını hələ çox mat vəziyyətinə salacaq.
Hərbi ekspert Abuzər Əbilov
Analiz Ordu.az-a məxsusdur

Комментарии
Отправить комментарий