(Döyüş
zonasında olma zamanı bilgilər)
DÖYÜŞ
ZONASI-bu iki əks silahlı qüvvələrin kicik,orta və böyük ərazidə üzsurət döyüş
apardığı əraziyə deyilir. Bu ərazi relyef baxımından me.ə,düzənlik,cay və dəniz
sahilləri,dağlıq , dərəlik və s ərazilər
ola bilir. Bu zaman ərazidə gedən döyüşün aktiv və passiv vəziyyətləri ola bilir. Bular da HÜCUM VƏ
MÜDAFİƏ anlayışına görə fərqlənir.
Döyüş
zonasının ,başqa xidmət kecmə zonalarına nisbətən özünün diqtə etdiyi fərqli və
yazılmamış qanunları var. Bu qanunlara riayət hər bir hərbcinin borcudur. Şəhər
şəraitində bu kimi vasitələr daha cətin durumda olur. Cünki şəhər mühitində
görünüş,müşahidə,yayınma.acıq ərazilərə nisbətən daha asandır. Və düşmən sizin
diqqətinizdən qacan ən kicik bir vəziyyətdən özü ücün müvəffəqiyyətlə istifadə
edər.
-Yoxlanmış
yollarla gedin. Yoldan cıxıb yaşıllığa girməyin. Yaşıllıq minaların,minə məftillərinin
ən gözəl maskalanma yeridir. Vacib olduğu halda isə addımınızı qoyacağınız yeri
dəqiq müşahidə edin.Ağac və budaq düşdüyü,xəzəl toplandığı,otların əzildiyi,yaşıllığın
pozulduğu,sahəyə uyğun olmayann predmetlərin olduğu yerləri iandan kecin.
Ağılsız risk sizin son riskiniz olar.
-Tanımadığın
hərbcilərlə boş və mövqedən uzaq sahədə
olduqda ünsiyyətdən yan kecin.
Silahınızı hazır saxlayın. Geyim formasına aludə olmayın. Onların cağırışına məsafədən
cavab verin. Söz soruşan hərbciyə kritik
məsafədə yaxınlaşmaq lazım deyil-sözünü kənardan soruşsun. Bizim formanı
geyinmiş düşmən kəşfiyyatcısı ola bilər.Tez tez arxaya bax,onların səni müşahidə
edib etmədiyinə fikir ver və bu vaxt əyər onlar silaha əl atarlarsa,tez maneə
arxasına kecməyə və cavab atəşi acmağa hazır ol.
-Öz
mövqeyinə catdığın zaman yolda gördüyün insanlar və yoldakı şübhəli yerlər
haqda dərhal kpmandirinə məruzə elə. Müşahidə etdiyin hec bir xırda detalı da
gizlətmə. Bu sonda ən lazımlı məlumat
olar və bir cox bəlaların qarşısını ala bilər.
-
Sıra halında hərəkət zamanı diqqətli ol,sıradan cıxma,silahı buraxma,silahı təhlükəli
saxlayan dostuna məzəmmət elə və düzgün
saxlaması ücün kömək elə. Üstündə olan partlayığı maddələrin( əl
qumbaraları,qumbaraatan mərmiləri,birdəfəlik qumbaraatanlar) düzgün və öz
cantasında olmasına fikir ver. Bu maddələrin ucluğunun,döyüş
başlığının,sırğalarının kənar əşyalara
toxunaraq acılmasına imkan vermə.Partlayıcı maddələr zarafat və düzgün olmayan
hərəkətləri sevmir. Özünü və döyüş yoldaşlarını fikirləş .Sən savaş ücün gəlmisən,savaşsız
ölmək və öldürmək ücün yox.
-Döyüş
postunu tərk etmə,hətta böyük rütbəli və üzü tanış olmayan zabit tələb edərsə.
Ondan öz komandirinin gəlməsini və bu əmrə onun razılığı olmasını tələb elə.
Silahını atəşə hazır saxla. Tanış olmayan yüksək rütbəli zabit-belə əməlin
qanuni olmamasını dəqiq bilməlidir. Əyər bunu bilmirsə,o artıq zabit yox,cinayətkardır.
Onu postdan nizamnamənin tələblərinə uyğun uzaqlaşdır. Komandirin gəldikdə isə
ona dərhal hadisə haqda məlumat ver və həmən insanın getdiyi tərəfi nişan ver.
Bu zaman həmən zabit tərəfindən olan hədə qorxulara məhəl qoyma,qorxma . Sən
qanunda haqlısan.
-Acıq
ərazilərdə ,dağlarda xidmət apararkən
diqqətli ol. Səhhətinə fikir ver. Naməlum və gözəl görünüşlü ,tanımadığın meyvələrdən
yemə. Görünüşü yaxşı olsa belə,zəhərli ola bilir. Şaxta zamanı zəif yerlərini
qoru. Dodaqlarını catlamağa qoyma. Bu işdə adi vazelin yaxçı vasitədir.
Yoxdursa,qulaqda yığılan sera da vasitədir. Acıdır və qəbul edilən deyil. Lakin
səhhətiniz ücün hər vasitə yetərlidir. Cəkmələrinizdə olan ayaqlarınızın
barmaqlarını hər zaman hərəkət etdirməyə
calışın.Bir yerdə durmayın. Sidik kisənizi tam boşaltmayın-o da bir istilik mənbəyidir.Şaxtada
su icməyin. Dəyişilmənizi gözləyin. Yatmayın,bədən hərarəti yatan zaman hiss
oluna bilməz dərəcədə soyuyur. Silahı buraxma,qara atma,əldən qoyma .
-Ərazini
tam tanımırsansa ,tək halda yola cıxma. Əsasən də dumanlı havada getməkdən cəkin. İnsan dumanda səmtləşməni
tez itirir. Bu zaman azma təhlükəsi böyükdür. Sıra halında gedəndə isə
qarşıdakını ititmə və gözdən qoyma. Xüsusi avadanlığın yoxdursa,bu avadanlığı
olan komandirionin məsləhət və əmrlərinə dəqiq əməl et. Burnunla nəfəs
al,ağzını acma,siqaret cəkmə,tüpürmə. Diş və ciyərlərinə dolan nəmişlik fəsad
yarada bilər.
-Yay
aylarında şalvarınızı ayaqqabınıza salıb kip bağlayın,yaxanızı
acmayın,papağınızı cıxarmayın. Acıq olan balağınızdan və yaxanızdan zəhərli həşəratlar
bədəninizə soxula bilər. Papaqınızı cıxarsanız gün vurmasından huşunbuzu itirə
bilərsiniz. Coxlu maye qəbul edin-lakin mayeni inandığınız mənbədən icin. Naməlum
quyulardan,gölməcələrdən cəkinin. Axar olmayan sulardan icməyin-bi infeksiya və
zəhərlənmə mənbəyi ola bilər. Şəxsi səhra tibb qutunuzda olan dərmanların vəzifəsini
dəqiq bilin. İlanlardan yatarkən
sarmsaq,yun,yarpızla qorunmaq olar. Əyər sizi ilan sancıbsa,tez həmən
yeri dezinfeksiya edib qayışla boğun və köməyə cağırın. Ətrafınızda fırlanan
ilanları daş və ağacla qovun. Atəş acmayın. Parakəndə atəş təhlükəlidir.
-Mövqe
qurarkən təbii maskalanmadan istifadə edin. Kollar,bitgilər,ağac budaqları
yaxşı vasitələrdir. Lakin bunlardan ağılla istifadə edin. Lazımsız topalar
qurmayın. Hərəkət edən topa-düşmənin snayperi ücün tapıntıdır. Maskalanma zamanı landşaftı nəzərdən
qacırmayın.Aöaclara cıxıb müşahidə aparan zaman,ağacı cox tərpətməyin,sakit
durun. Küləksiz havada ağacın əsməsi
maskalanmanın pozulmasıdır.
-Dağ
və daşlıq ərazidə mövqe qurarkən,ətrafı müşahidə edin. Atəş zamanı dağdan və təpələrdən
qopan daşlar üstünüzə düşə bilər. Maneləri düzgün secin. Arxasında gizləndiyiniz
maneənin güllə dəyən kimi ovulub,gözünüzü
yaralamayacağına əmin olun.
Oyuqlara fikir verin. Hamar və izli oyuqlar,burada ilanların məsgən
saldığının göstəricisidir.
- Dağ
altı mövqelərdə yuixarıdan axa biləcək sel
axınlarını nəzərə alın. Silah və sursatın korlanmasına və sizin köməksiz
qalmanıza yol aca bilən faktordur.
-Hərbi
hiylələrdən istifadə edin. Yalancı mövqelər yaradın, yaxınlıqda olan kollara ip
bağlayaraq tərpətməklə, qayaların arasına güzgü qoymaqla,siqaret yandırıb
aralıda qoymaq və s kimi hərəkətlərlə düşmən snayperini əsəbləşdirin. O əsəbdən
dalbadal atacaq və öz yerini sizə nişan verəcək.
-Meşədə
hərəkət zamanı quru budaqları tapdamaqdan,irəliyə baxmadan başıaşağı getməkdən
yan kecin. Tapdadığınız budaqlar sizin hərəkətinizi düşmənə catdırar,irəli
baxmadan gedərkən budaqlar sifətinizi yaralar. Tez tez nəfəs almağa calışın.
Meşələrdə oksigen cox olduğudan bu sizin yorğunluğunuza kömək edər. Kolları
araladıqdan və müşahidə etdikdən sonra adlayın,düşmən minalı məftil (растяжка) qoya bilər və kolda zərərli və vəhşi heyvanlar
ola bilər. Tez addım ataraq hərəkət etməyin,qəflətən acıq talaya cıxa bilərsiniz
və acıq ərazidə atəş altına düşə bilərsiniz.
Комментарии
Отправить комментарий