Xüsusi əməliyyatlar. Məzari şərif.



Hərb tarixini incələdikcə ,Dünya savaşlarında rast gəlinən sayılı əməliyyatlar var ki,bunları hərb tarixinin inciləri kimi hərbi dərsliklərdə nümunə olaraq göstərmək vacibdir.Bu əməliyyatların hazırlanması böyük qərərgahlarda baş tutsa da insan faktoru hər zaman hazırlanma elmindən yüksəkdə durmuşdur.Müasir müharibələr silsiləsində belə unikal əməliyyat 2001 ci ilin 10 noyabrında keçirildi. Əfqanıstanın şimalında yerləşən Məzarı-Şərif şəhəri azad olundu. Bu ABŞ ordusunun şimal alyansı ilə müştərək olaraq Əfqanıstanda “Yenilməz azadlıq” adlı hərbi kompaniyasında ən böyük qələbəsi oldu.Bu qələbənin mənası onda idi ki,ABŞ ordusu Əfqan hərbçilərinə olan inamlarını yenidən qazanaraq,bu əməliyyat çərçivəsindən sonrakı əməliyyatlarda artıq Taliban rejimini süquta uğratdılar. Bu əməliyyatda ən böyük rol ABŞ-ın Xüsusi Əməliyyatlar Qüvvələrinə(XƏQ) düşür.Artıq məlumdur ki,müvəffəqiyyətin qazanılmasında ABŞ ordusunun XƏQ-nin, birinci dəfə olaraq belə böyük əməliyyatlarda xüsusi təyinatlı qüvvələrinin istifadəsi düzgün seçim olmuşdur.Mütəxəssislər əməliyyatı yüksək qiymətləndirərək,onun  qeyriənənəvi müharibələr anlamında ən yeni dövrə aid etdilər.
Beləliklə 10 avqust 2000 ci ildə ABŞ-ın quru qoşunlarının XƏQ –ləri komandanlığı qeyriənənəvi döyüş metodlarına qayıtma haqqında əmr imzaladı. Əmrdə deyilirdi: qeyri ənənəvi döyüş metodları ,bizə lazım olanları etmək üşün bir maskalanma metodudur. Bir il keçəndən sonra isə həmən maskalanma metodu vacib olaraq döyüşlərdə istifadə olunmağa başladı. 2001 ci ilin sentyabr ayında ABŞ quru qoşunlarının komandanlığının  XƏQ-nin terrorəleyhinə mübarizədə istifadəsini təsdiqləyən əmrindən sonra bu qüvvələr Özbəkistan və,Pakistan və Fars körfəzindən  hava yolları ilə Əfqanıstana gətirilməyə başladı.Əməliyyatların aktiv fazası başlanmamışdan (7 oktyabr 2001) Əfqanıstanla sərhəd olan Özbəkistan və Pakistanda əsas əməliyyat  bazaları yaradıldı.Bundan əlavə xüsusi qüvvələr Əfqanıstan ərazisində kəşfiyyat-diversiya əməliyyatlarına start verdi.Fars körfəzi ölkələrində XƏQ –nin böyük təminat , arxa cəbhə və ehtiyat qüvvələri yaradılmağa başladı. ABŞ silahlı qüvvələrinin Əfqanıstanda əməliyyat aparacaq əsas qüvvələrinin toplanaraq formalaşması 2001 ci ilin oktyabr aylarında başa çatdı. Əməliyyatda iştirak edirdilər:
1-5-ci xüsusi təyinatlı qüvvələrin hissələri,
2-1-ci operativ xüsusi təyinatlı qüvvələrin “Delta” dəstəsi,
3-75 ci reyncerlər alayı
4- XƏQ-nın 160 cı ordu aviasiyası alayı,
5-96-cı rabitə taburu(mülki adminstrasiya ilə)
6-4-cü psixoloji mübarizə əməliyyatları qrupu,
7-ABŞ quru qoşunlarının XƏQ –nin komandanlıq heyəti,
8-16 cı və 193 cü XƏQ-nin aviasiya dəstəsi,
9-ABŞ hərbi dəniz qüvvələrinin XƏQ-nin kəşfiyyat-diversiya qüvvələri,
10-Arxa cəbhə və döyüş təminatı qüvvələri.
Əməliyyat bazası qismində  Ərəb dənizinin çimal tərəfində olan  “Xitti Kok” aviadaşıcısının bazasından istifadə olunurdu.Bu qruplaşmanın ümumi sayı 1100 nəfər,silahlanmaya  isə AC-130H, ES-130E,MC130 E/H/P tipli 20 təyyarə,MN-60K,MN470,MN-533 tipli 20 helikopter cəlb olunmuşdu.
Məzari –Şərif ,Əfqanıstanın ən böyük şəhərlərindən biri olaraq, ölkənin şimal tərəfində həm mədəni və dini həm də böyük iqtisadi zonası sayılırdı.Burada Əfqanıstan müharibəsi zamanı Sovetlər Birliyi ordusunun strateji bazası yerləşirdi. Burada Əfqanıstanda ən uzun qalxma və enmə zolağı olan aerodrom var və Sovetlər birliyi ilə Əfqanıstanı birləşdirən Amu –dərya ilə SSRİ “dostluq körpüsü” buranı Əfqan iqtisadiyyatı ücün ən dəyərli məskənlərdən birinə çevirmişdi.1992 ci ildə general Dustumun milis qüvvələri şımali Əfqanıstana bütünlüklə nəzarət edirdi. Lakin öz tabeliyində olanların satqınlığı nəticəsində general 1997 ci ildə ölkəsindən qaçıb gizlənməyə məcbur oldu. Sonradan Məzari –Şərifdə çoxluq təşkil edən xəzərlərin üsyanı nəticəısində Taliblər 8 gün ərzində Şimal əyalətlərindən qovuldular. Lakin sonradan xəzərlərlə özbək milisləri arasında yaranan qarşıdırma zamanı (8 avqust 1998 ) Taliblər böyük həmlə ilə yenidən Məzari-Şərifi tutaraq 1000 dən çox insanı edam etdilər. Bundan sonra Şimal alyansının dəstələri parakəndə olaraq cənubda olan dayaq məntəqələrinə doğru irəllədilər .Bundan sonra faktiki olaraq onlar 2001 ci ilin noyabrına qədər təcrid olunmuş şəkildə qalmağa məcbur oldular.Ərzağın,material bazanın ,silah və sursatın çatışmamazlığı onları döyüş əməliyyatlarından uzaqlaşdıraraq passivləşdirmişdi.
2001 ci ilin 10 noyabrında ABŞ ordusunun 595 ci xüsusi təyinatlı qüvvələri ilkin olaraq Əfqanıstan ərazisinə daxil olaraq Dərya-İ-Suf çayının vadisinə,Məzari-Şərifdən 110 km uzaqlığa yeridildi.Bu vadidə relyefin çətin və keçilməzliyi general Dustumun dəstələrini Taliblərin hücumundan yaxşı qoruyurdu. Generalın dəstələri ilə birləşən xüsusi təyinatlılar dərhal ərazidə kəşfiyyat və məlumat toplama ilə bağlı əməliyyatlara başladı. Bu ilkin olaraq başlanacaq böyük əməliyyatların ilkin mərhələsi idi.İki həftə kəşfiyyatla məşqul olan xüsusi təyinatlılar taliblərin düşərgəsinə yaxınlaşaraq bir neçə dəfə dəqiq aviatuşlama əmaliyyatları keçirərək,ərazidə olan talib dəstələrinin ağır halda bombalanmasına müvəffəq oldular. Lakin xüsusi təyinatlılar ilk gündən çox çətin bir duruma düşmüşdülər. Ərazidə general Dustumdan başqa çoxlu parakəndə dəstələr vardı ki,bunların arasında Taliblər də vardı. Onların kim olduğunu müəyyənləşdirmək böyük problemə çevrilmişdi. Nə geyim,nə silah nədə başqa vasitələrlə onları bir birindən ayırmaq mümkün olmurdu. Tam olaraq məxfiliyi qorumaq üçün amerikalılar ərazidə maskalamağa məcbur olur və parakəndə dəstələrlə döyüş toqquşmasına girmirdilər. Kəşfiyyat orqan və qüvvələrinin əməliyyat rayonunda mobilliyini artırmaq üçün isə,general Dustumdan götürülmüş atlardan istifadə olunurdu. Amerikalı xüsusi təyinatlıların at sürmə səriştəsi olmamasına baxmayaraq,belə nəqliyyat ərazinin kəşfiyyatında və operativlik anlamında öz töhfəsini verdi.Şünki belə relyefdə heç bir xüsusi maşın hərəkət edə bilmir və gizli qala bilmirdi.Taliblərin gündəlik bombalanmasına baxmayaraq şimal alyansı qüvvələri ,özünün zəif təminatına,silah və sursatına görə davamlı və keyfiyyətli döyüşlər aparıb,taliblərə ciddi zərbələr vura bilmirdi. Düyü ,adyal və bir sıra qida təminatı alan general Dustum və ona yaxın qüvvələr,onlara vəd olunmuş döyüş təminatının gecikməsi nəticəsində hər döyüşdə itgilərlə və məğlubiyyətlə üzləşirdilər. 2 noyabrda ,ərazidə aparılacaq əməliyyatları radioəlaqə ilə təminatı və general Dustumla XƏQ-nın komandanlığı arasında əməliyyatların razılaşdırılması,əməliyyatlar zamanı operativ olaraq planlama üşün Suf çayı vadisinə ABŞ-ın xüsusi təyinatlılarının 53 cü qruplaşmasının heyətindən 8 nəfər helikopterlə desant olundu. 2gün sonra isə Suf çayından 40 km çimalda axan Balx çayının vadisinə A-534  saylı qrup desant olunaraq  Cəmaəti-İslami partiyasının dəstələri ilə birləşdi. Bu dəstələrin başında general Mühəmməd Atta dururdu və dəstədə etnik taciklər çoxluq təşkil edirdi.Lakin ən böyük ,özündə etnik özbəklərin toplandığı dəstə Cübşi Milli İslami dəstəsi idi ki ,başında general Dustum dururdu. Onların düşmənləri xəzərlər Hizb-İ-Vəhdət partıyasının tərkibinə daxil olaraq Hacı Mühəmməd Moxakek tərəfindən idarə olunurdu.
XƏQ –nun 2 xüsusi təyinatlı qrupu Şimal alyansının bu başıpozuq qüvvələri Məzari-Şərifə hücum zamanı bir komandanlıq altında birləşdirmək idi və bu missiya uğurla həyata keçirildi. Buna baxmayaraq dünənki düşmənlər bu gün birləşərək hətta öz dəstələrinin komandanlığını formal olaraq general Dustuma verdilər.Belə birləşmə ABŞ XƏQ-nə vacib idi. Çünki aviasiya zərbələri zamanı artıq kimin kim olduğu məlum olacadı.Lakin uzun illər öz qrupları ilə döyüş aparaqn dəstələrin birləşməsinə baxmayaraq yenə də çətinliklər öndə idi. Radioəlaqə vasitələri ancaq komanda heyətində idi. Başqa radiostansıyalar dupleks rejimində işlədiyindən ABŞ komandanlığının radiostansiyaları ilə uzlaşmırdı. Bundan əlavə kicik komandir heyəti xəritələrlə işləyə bilmirdi,bu da hücum vaxtı onların hansı sahələrdən hücuma keçmələrini göstərməyə çətinliklər yaradırdı. Şimal Alyansının dəstələrində siqnal verici vasitələr də yox idi. Gecə hücumu zamanı onları səhf olaraq ABŞ bombardmançıları məhf edə bilərdi.Vahid geyimin olmaması,döyüşçülərin parakəndə olaraq öz metodları ilə hücuma keçməsi və digər faktorlar ,Şimal alyansı qüvvələrinin hər zaman aviasiya yaxud helikopterlərin atəşi altına düşəcəyi təhlükəsini gündəmdə saxlayırdı. Lakin qısa zaman ərzində onları lazımı geyim və digər vasitələrlə təmin etmək ABŞ komandanlığı üçün çətinlik yaradırdı. Bundan əlavə döyüşçülər də ABŞ istehsallı formaların onların rahat hərəkətinə mane olduğunu bəhanə gətirərək geyməkdən imtina edirdilər. Belə vəziyyətdə ərazidə olan 3 qrup 3 qüvvə arasında paylaşmağı qərara aldı ki ,hücum zamanı hər qrup daxil olduğu dəstənin koordinatlarını aviasiyaya verə bilsin və səhf bombalanmadan qurtulsun.
Hazırlanmış plana əsasən əməliyyat qərbdə Balx ,şərqdə isə Suf  çaylarının sahili ilə başlamalı idi.Hücumdakılar döyüşlərlə bu iki çayın qovuşduğu yerdə görüşməli idilər. Balx şayı tərəfdən hücuma keçən general Dustumun və Attanın dəstələri Tangi keçıdını azad etməli idilər. Paralel olaraq Moxakekkin dəstələri general Dustumun dəstələrini şərqdəki cinahdan qorumalı idi. Bütün üç dəstələrə Tangi keçidinə çatmaq və bu keçidi minalanmasına və taliblərin güclü istehkamına baxmadan təmizləmələri əmr olunmuşdu. Əyər müvəffəqiyyətlə qarşıya qoyulmuş vəzifə icra olunsaydı,bu zaman dəstələr 40 km dan sonra tam olaraq Məzari-Şərifə çatacaqdılar.Bu zaman general Dustum Şulgerax şəhərini ilkin olaraq ələ keçirməyi təklif edir. Onun fikrinə görə bu şəhər Şimali Əfqanıstanda böyük strateji əhəmiyyətə malik idi. Onun ələ keçirilməsi Məzari-Şərifin  və 6 şimal əyalətinin süqutuna gətirib şıxaracadı. Lakin qələbə üçün generalın dəstələrinə silah və sursat çatmırdı. Noyabr ayının əvvəllərində ABŞ XT və  HHQ –nin XƏQ-nın köməyi ilə lazımı silah və sursatlar dəstələrə çatdırıldı.5 noyabrda MC-130 təyyarələrindən düşmənin movqelərinə atılan 2 ədəd 7 tonluq BLU-82 aviabombalarının partlayışı ilə hücum başlandı. İlk əvvəl Atta-nın qoşunları tezliklə qərbdə yerləşən Akopruk adlı böyük kəndi tutaraq irəlləməyə başladılar. Burada yerli taliblər zəif müqavimət göstərərək ,özlərini taliban hərəkatına məcburi qatıldıqlarını iddia edib təslim oldular.Lakin bütün qoşunlar kəndə daxil olduğu zaman ,onlar əks hücuma keçərək Atta-nı kənddən çıxarmağa müvəffəq oldular. General Dustumun və Moxakekkin qoşunları ABŞ aviasiyasının raket və bombalaması ilə şərqdə müvəffəqiyyətlə iralləyirdilər. Lakin Boy-Baxça kəndi istiqamətində onlar da taliblərin yaxşı bərkidilmiş istehkamlarına tuş gəldilər və hətta taliblər əks hücuma da keçdilər. Belə hücumlardan birində taliblər 595 ci  dəstədən olan 3 amerikalı XT-lının qorudğu mövqeyə də soxuldular. Lakin amerikalılar onları saxlayıb geri oturdaraq aviasiyaya dəqiq kordinat verərək onları massiv aviahücumla məhf etdilər. Axşam düşən zaman Dustumun böyük sayda yığılmış suvari dəstələri amerika hava qüvvələrinin dəstəyi ilə taliblərə hücuma keçdi. Taliblərin müqaviumətini sürətlə irəli gələn süvarilər və ABŞ aviasiyası qırdı. Bu zaman Pakistandan gələn 1000-lərlə mədrəsə məzunları və Əl-Qaidə döyüşçüləri də lazımi köməyi göstərə bilmədi. Bu zaman Attanın dəstələri yenidən Akapruk kəndini ələ keçirmək üçün ağır döyüşlər aparırdı. Üfüqdə görünən ABŞ bombardmançılarının əraziyə daxil olması ilə kənddə səngərlənən taliblərin qara günü başladı. Bombardman demək olar ki əsas qüvvələri tamamilə məhf edərək Attanın yenidən kəndə girməsinə yol açdı.Bu qələbələr Şimal alyansı döyüşçülərində böyük ruh yüksəkliyi yaratdı.
9 noyabra  qədərki dövrdə  yenidən qruplaşan və canlı qüvvə və artilleriya köməyi alan taliblər Tangi-nin dərinliyində mövqe tutaraq keçidi yenidən daraltdılar. General Dustum həm öz qoşunları ilə əlaqə saxlayır,eyni zamanda düşmən komandirləri ilə danışaraq,onları müqavimətdən çəkindirirdi.Belə danışıqlar çox zaman bəhrəsini verirdi. Taliblər kiçik dəstələrlə də olsa qaçaraq təslim olurdular. Bir çoxu qaçan zaman arxada olan taliblərin içində olan Qəndaharlılar və Əl –Qaidəçilər tərəfindən güllələnir,ya da tutularaq ən qəddar şəkildə edam olunurdular. Edamlar hər zaman kütləvi xarakter daşıyırdı. Bu da başqalarını qaçmaqdan və təslim olmaqdan çəkindirmək üçün nəzərdə tutulurdu.
Əməliyyatın son fazası 9 noyabr 2001 ci ildə səhər saatlarında Tanqi rayonunda başlayaraq daha qızğın müstəviyə keçdi. Taliblər anlayırdılar ki Tanqinin əldən getməsi Taliban hərəkatının ümumiliklə Əfqanıstanda sonu deməkdir. Buna görə bu zonaya ən böyük qüvvələrini,reaktiv artilleriya qurğularını ,tanklarını və döyüş maşınlarını cəmləməklə ,güclü istehkam yaratdılar. Bundan əlavə ərazinin hər metri minalanmışdı. Bunu anlayan ABŞ XT-ları alyans qüvvələrinin tərkibində hərəkət edərək ,cəlb olunmuş aviasiyanı talib qüvvələrnə korrektlədirir,aparılan sıx bombardman və raket hücumları ilə addım-addım irəlləyirdilər. Taliblərin HMQ(Havadan Müdafiə Qüvvələri) olmadığına görə ABŞ aviasiyası ilə tək23mm-lik “Şilka” tipli özüyeriyən zenit qurğusu vasitəsi ilə təyyatəyərin qarşısını almaq istədilər.Lakin bu da effekt vermədi. Təyyarələr qurğunun atəş məsafəsinə yaxınlaşmadan hündürlükdən bombaatma əməliyyatları keçirdi və hücumda olan helikopterlərdən biri zenit qurğusunu ilk andan raketlə vuraraq darmadağın etdi.Zərbə dalıyca zərbədən talib qüvvələri zəifləyir,sağ qalanlar isə səngərləri buraxıb qaçırdılar. ABŞ aviasiyasının zərbələri o qədər dəqiq idi ki,hər mövqe zamanında göyə uçurulurdu. Taliblərin dərədə olmasından partlayışlardan əmələ gələn daş uçqunları da onları bitirirdi. Güc öz sözünü dedi. Taliblərin Tanqi rayonundakı bütün qüvvələrı dağıdılaraq məhf edildi.
Taliblərin Tangi ərazisində dağıdılmasının xəbəri Məzari-Şərifə çatan kimi ,taliblərin şəhərdə qalan kiçik qüvvələri tələsik halda şəhəri buraxıb Qunduz əyaləıtinə doğru qaçmağa başladı. Bu zaman ABŞ helikopterləri yolda onların qüvvələrini haqlayaraq darmadağın etdi. 10 noyabr günorta çağı Şimal alyansı qoşunları ABŞ 5 ci qrupunun hərbi məsləhətçiləri və XT –lılarla Məzari-Şərif şəhərinə daxil oldular. Burada onları bayram əhval ruhiyyəli əhali qarşıladı. Bu zaman Əfqanıstanın bırv sıra əyalətlərində olan hücumlar və taliban komandirlərlə danışıqlar,Taliban hərəkatının Əfqanıstanda süqutunu sonladı.
Son olaraq əməliyyatları analiz edən ABŞ komandanlığı belə qərara gəldi :
1-Əfqanıstanda keçirilən əməliyyatlar zamanı ABŞ XT-lıları yerli Şimal alyansı ilə ünsiyyətdə böyük problemlər üzə çıxardı,bunlardan ən əsası dil,alyansın rabitə əlaqəsinin köhnəliyi,geyim və tanınma nişanlarının olmaması,arxa təminatının zəifliyi,döyüş hazırlığının primitivliyi və döyüşçülərin mənəvi hazırlığının olmamasıdır.
2- Zəif təşkilatlanma onunla izah olunur ki, parakəndə qoşunlar bir sıra partiyalara tabedir və aralarında çox zaman fikir ayrılıqlarından irəli gələn münaqişələr var. Bu da onlarda tez zamanda döyüş zamanı gah bu tərəfə,gah obiri tərəfə keçərək liderlərə tabeolmalara gətirib çıxarır.
3-Taliban üzərində qələbəyə baxmayaraq Çimal alyansının döyüşçüləri elementar döyüş hazırlıqlarına malik deyildilər. Bu da onun göstəricisi idi ki, döyüşçülərin böyük hissəsi kəndlilərdən ibarət idi,savadız idi və heç kim kompas və xəritədən istifadə edə bilmirdi.Baxmayaraq ki onlar dəstə halında pusqu quraraq mobil döyüş apara bilirdilər,amma ümumqoşun hücumunda həddən ziyadə ləng və hazırlıqsız idilər.
4-Siah ,sursat və ləvazimat baxımından da Şimal alyansında böyük problemlər vardı. Onlara ABŞ tərəfindən verilən silahlar tez bir zamanda aralarında düzgün bölünməyərək qarət olunur və bu silahlar sonradan Əfqanıstanın qara bazarlarında peyda olurdu. Bundan əlavə əldə olunmuş vasitələr və döyüş təminatı elementləri də bazarlara çıxarılırdı.
5- Döyüşçülər  çox zaman qəbul etdikləri narkotik maddələrdən qeyri adekvat olur,komandalara riayət etmir və döyüşdə aktiv olmurdular.
6- ərazinin sərt olması və relyefin çətinliyi ABŞ helikopterlərinə desantdüşürmə əməliyyatlarının aparılması,təxliyyə işləri üçün böyük çətinliklər yaradır. Bu zaman heyvanlardan istifadə zamanı bəzi Çimal alyansı qüvvələri atlarla köməkdən imtina edirdilər və heyvanlar üçün böyk məbləğdə amerika dolları tələb edirdilər.
Son olaraq qərara alındı ki ,Əfqanıstanda olan Çimal alyansı ilə işlər davam etdirilsin,onların savad,hərbi biliklərinin artırılması üçün böyük təlim mərkəzləri yaradıldın. Çünki bütün çatışmamazlıqlara baxmayaraq bu çətin relyefli və savadsız ölkədə aparılan hərbi əməliyyatlarda Çimal alyansının döyüşçüləri özünəməxsus qeyri ənənəvi döyüşlər zamanı böyük nəticələr göstərə bilirlər. ABŞ hərbi dairələri burada bazaların yaradılması ilə bütün çatışmamazlıqları aradan qaldırmaq üçün ABŞ hökumətindən dəstək alaraq,əraziyə ABŞ təlimatçıları ilə birlikdə Fərdi Hərbi kompaniyaların mütəxəssislərini,əsasən də “Black Water”ləri dəvət etdi.


Комментарии