Cox zaman hücumda və yaxud hansısa bir savaş cölündə maneədən maneəyə qacan zaman ,hərəkətdə atəş acmaq məcburiyyəti əmələ gəlir. Bu zaman qanunauğun olara q bədən müxtəlif tərəflərə ləngərliyir. Silah da öz sahibinə rəğmən hərəkət edir. Bu hərəkətləri icra edən hər bir kəsə bu məzərə tanışdır. Bu zaman nişangah oynayır, və atəş dəqiqliyi hecə enir. Bundan əlavə hərəkət zamanı qundağın ciyinə oturulması da bir növ müşkül işə cevrilir. Siahın geriyətəpmə əmsalı da bu kimi hərəkətləri bir daha cətinləşdirir. Aşağıda tam olmasa da ,bir cox hallarda bu kimi vəziyyətlərdə cıxış yolu olaraq nümunələr göstəririk:
-Hərəkət zamanı tam olaraq ayaqlarınıza dayaqlanmayın. Yüngül hərəkət edin. Addımlıarınızı mütənasib yox,sağ ayağınızı sağa tərəf,sol ayağınızı sola tərəf atın. Bu zaman ayaqların aralı olan fərindən bədənin geriyə və yanlara sapması azalacaq. Addımlarınızı pişik kimi yumşaq edin. Yəni sağ atağın pəncəsi,solun dabanı ilə hərəkət edərək atəş acın. Bu bir növ lövbər rolunu oynayacaq.
-əyilərək qacış zamanı dalınızı( müəllif bu termin ücün üzr istəyir) nə dizlərdən aşağı,nə dizlərdən yuxarı tutun. Onun amortizasiya rolunu oynamasına calışın. Bu kimi hərəkətləri təlim zamanı öyrənin.
-Kicik məsafələrə qacış və atəş zamanı calışın ki atəş hər zaman sizin bədəninizin addımdan titrəməyən fazasına düşsün. Bu qacış zamanı bir ayağın yerdə birinin isə yerdən aralı halında ola bilir. Yəni addınınız yerə dəyərək,bədəninizi titrətməyən zamanda. Bu da təlimlər zamanı öyrənilən müddəalardan biridir
-Yarıməyilmiş halda atəş acmaq ücün təlim zamanı 200 metrlikdə bir hədəf qoyun. Dizlərinizin yarım qatlanmış və arxanızın ( müəllif bu termin ücün üzr istəyir) amortizasiyalı halında bu hədəfə doğru addımlarla gedərək tətiyi basın. Təlimlər zamanı hər dəfə addımınızı sürətləndirin. Düzdür ayaqlar ağrıyacaq,bel sütunu şikayətli sancılarla dolacaq-lakin sonda məqsədə catacaqsınız. Təlimsiz uğur utopiyadır.
-Müdafiə və yaxud arxaya başqa mdafiə xəttinə atəşlə hərəkət edən zaman hec vaxt kürəyinizi düşmənə cevirib geriləməyin. Kicik arxaya addımlarla hərəkət edərək,maheələrin arxasından atəş acın,sonra hərəkəti təkrar edin. Əyər geriyə hərəkət zamanı ,arxanızda coxlu maneələr varsa,bu zaman ani baxışla geridə olan maneələri nişanlayın və həmən istiqamətdən yayınaraq hərəkət edin. Meşədə isə arxaya hərəkət zamanı qumbaralar atın-düşmən sizin qacdığınıza aldanaraq qumbaraların üstünə cıxacaq.Beləcə cəkilərək düşməni itgilərə məruz qoyduqdan sonra əks hücuma kecin.
-İrəli atəşlə hərəkət zamanı kicik maneələrin üzərindən tullanmayın.,onları yandan kecməyə calışın.Siz sirkdə deyilsiniz. Real savaş dəqiq hərəkət tələb edir. Tullanan zamanı dəqiq atəş acanlar cox zaman Xtlılardır və onlar da buna illər uzunu təlimlərlə catırlar. Özünüzü həmən hazırlıqda olmadıqda onlara oxşatmaqdan yan kecin. Real olun.
-Meşə şəraitində hərəkətdə atəş zamanıl qısa qacışlarla hərəkət edin. Təbii maneələr,yəni ağaclardan istifadə edərək atəş acın. Acıq talaları qacaraq kecin və intensiv atəş acın. Bu yerlərdə xüsusi taktika secməyə vaxt olmur. Talaların arxasında olan düşmən atəş sıxlığı ilə zərərsizləşdirilməli və vaxt itgisinə yol verilməməlidir.
-Cox zaman döyüşcülərin hərəkətləri bir birinə oxşamır,bu zaman irəli gedən və ondan arxada olanlar olur. Məhz bu zaman daha diqqətli olmalısınız ki,savaşın qızğın və hərəkətin intensiv vaxtında hərəkətdə atəş acaraq öz dostunuzu arxadan gülələməyəsiniz.
Комментарии
Отправить комментарий