NƏRGİZ. Cox qəribə addır. Bu cicəkmi yaxud tədqiq edəndə nəsə başqa bir şeymi bilmirəm.
Sadəcə bu sönmüş şəhərin zəif işıqları icində köhnə ata evimdəki köhnə cılcırağa gur işıq verən bir lampa acıldı. Nərgiz adında. Bu lampanı asmaq ücün uzun və ağır yol kecdim. Gəncliyimi,həvəsimi,arzularımı boğaraq,başqa,mənə hec tanış olmayan gənclik,həvəs arzular ücün həyatımı vermək istəyi ilə.
Yadımdadır 1995 ci ilin yay axşamlarının birində,xidmətdən bu iblislər şəhərinin yaxın bir kəndindəki evimə gəldikdə,kicik oğlanlarımı gözü yaşlı gördüm. Üstümə sığınıb “mamamı doxdurlar apardı” deyə ağladılar. Özüm də kövrəldim vallahı. Müharibədən sonra yaman pis olmuşdum-pis olanlara görə. Lakin az kecmədi ki,kənd xəstəxanasına catanda,yerli həkimlər”gözün aydın” qızın oldu. Nəsə başqa bir şey titrətdi məni. İki oğuldan sonra bu nə isə ömür yolunda başqa bir şey idi. Anlamadım o zaman. Lakin illər kecdi,zamanlardan sonra başa düşdüm ki, qız evladı nədənsə ataya daha yaxın olur. Tanrının işidir bu –incələmək ücün acizəm.
Artıq o zamanlardan cox kecib. Nədənsə hər zaman o illərin axtarışında olmuşam hər zaman. İndi isə bir yay gecəsində doğulan o qızcığaz, dünən bir bahar gecəsində özü ana oldu.Deməli bir zaman ata olan mən,indi baba oldum. Nəsə hələ də anlanan bilməyən hissdi bu. Babamı cox az görmüşəm. Ana babam 37 nin güdazına gedənlərdən olub. Mən özüm də indiki məkrli 37 cilərin güdazına getməsəm,yəqin ki ,yaxşı baba olacam.
Adını Nərgiz qoyacaqlar. Qəribə təsadüfdür. Yaxın zamanlar Xocavənddə Nərgiztəpədə səngər dostları ilə birlikdə şəkil cəkdirdik. Təpəyə qalxdıq. Ürəyimdən bir şey kecdi,Nərgiz adında bir nəvəm olaydı. Hər dəfə onu cağıranda,qəlbimdə bu qəhrəmanlıq simvoluna qarışmış təpənin sevinci qarışıq nəvəmi də SƏNGƏR kimi sevəydim. Arzular cin olur hərdən. Uşaq olan kimi ,qızımın yoldaşının səsini eşidəndə yer ayağımdan qacdı “Qızım oldu,adını Nərgiz qoyduq” . Mən hec zaman bu arzumu onlara deməmişdim. İcimdən oxumuşdularmı-ya Allah eşitdirmişdimi-bilmədim. İndi mənim artıq iki Nərgizim var. Biri qəhrəmanlıq simvolu olan o təpə-biri isə o təpə boyda olmasa da ,mənim anlamımda həmən təpəyə qarışmış. Təbrik etdim özümü-göz yaşları ilə.
Belə isə bu sönmüş şəhərin uzaq bir komasında yandırdığım cırağım mübarək.
Bəlkə də bu mənfur şəhərdə,gur cıraq altında oturmağa az layiq olanlardan biriyəm. Allah mənə bir oğul nəvəsi də versin .Və məndən soruşmadan adını ƏSGƏR qoysunlar. Başqa hec şey istəmirəm daha.
Bu məni anlamıyan şəhər zərli paqonlularına yenə də üzümü tutub deim-BİTMƏDİM. Cünki SAVAŞ bitməyib. Baxın izlərim də silinmir daha. Cünki izlərim bu torpaqda möhkəmdir. İzmin üstünə izlər qoyanlar var. Sizin diliniz laldırda,mənim hər zaman deməyə dilim var və deyəcəm:
VƏTƏN SAĞ OLSUN !
Комментарии
Отправить комментарий