SƏN SİLAHININ BİR PARASISAN!


Əyər sən əlinə artıq silah almısansa və bu silah cinayət ücün yox,Vətənini qorunması ücün istifadə olunacaqsa-sən artıq sən yox,Silahlı insansan və bu anlam dünya üzərində ŞƏRƏF simvoludur.


Əlinə silah aldınsa,bütün uşaqlıq şıltaqlığlarını unut,ciddi və təmkinli ol. Silah da canlıdır,o qorxaq və təmkinsiz insanı sevmir,imkan düşdükcə ona xəyanət etməyə calışır. Silahla ciddi rəftar artıq sənin şəxsi cavabdehliyin və şəxsi nümunəvi hərəkətlərin bahasına başa gələr. Bu zaman yazılmış bütün texniki qorunma və təhlükəsizlik qaydalarına əməl et. Unutma ki səni evdə gözlətən var,onlar sənin səhfin ucbatından illər uzunu ağlamağa məhkum olmamalıdırlar.Silahla hərəkət zamanı diqqətli ol,əlindəki səni həyata bağlayan,həm də diqqətsiz olarsansa,səni həyatdan mərhum edəcək bir varlıqdır. Özün yediyin,yuyunduğun,özünə qulluq etdiyin kimi,o da bunu tələb edir. Silahla dost ol,ona biganə baxma ,o sənin düşməninin düşmənidir.
Silahı ələ almamışdan qabaq,sənə silah haqda verilən bilgilərə diqqətlə qulaq as,elmini artır və suallar verməkdən cəkinmə. Hər detalın vəzifəsini anlamağa calış,hər vəziyyətdən cıxmağı öyrən,silah üzərində lazımsız hərəkətlər etmə,onun konstruksiyasını dəyişməyə calışma,silaha lazımsız əşyalar qoşma,lazımsız təmirlərə cəhd etmə.
Atəşdən qabaq silahının lüləsini təhlükəsiz olaraq yoxla,lülənin icinə baxış elə. Güllələri torpağa tökmə,nəmdə saxlama,müəmmalı güllələrdən istifadə eləmə. Güllələri sökməyə və hər hansı hissəsini sıxmağa calışma. Əyər silahı doldurdunsa,onu baxıçsız buraxma,onu kiməsə saxlamağa etibar eləmə.
Əyər sən silahı qaydaya salaraq onu təmizləmək qərarına gəlmisənsə-o zaman xəznədə güllə olmadığına əmin ol və silahı bu iş ücün ayrılmış ərazi və yerlərdə,xüsusi avadanlıq və vasitə ilə təmizləməyə borclusan.
Bu zaman spirtli icki icmək,baş dumanlayıcı vasitə qəbul etmək,zarafat eləmək,hissələri ətrafa səpələmək,mənşəyi naməlum yağlardan istifadə etmək,kəsici,cızıcı alətlərdən istifadə etmək,nişangahı sökmək qəti qadağandır.
Təmizləmə zamanı əmin olun ki sizin silahınız tam yararlı vəziyyətdədir. Əyər bu belə deyilsə,gizlətməyin,komandirinizə bu haqda məruzə edin,silahın dəyişdirilməsinə və yaxud daha bilikli mütəxəssis tərəfindən təmir olunub.yoxlanıb sizə qaytarılmasına nail olun.
Optik nişangahlarla ehtiyatlı davranın. Bu hərbi əmlakdır,yüngülü-onu korladıqda ödəməli olarsınız,ağırı isə döyüşdə nişangahsiz kor olar və dostlarınızı qoruya bilmədikdən onların ölümünə bais olarsınız.Optikanı tullamaq,şüşələri cod əşya ilə cızmaq,tənzimləyiciləri sökmək,qapaqları tullamaq,nəmişlikdə buraxmaq,qutusunu itirmək olmaz. Hər belə hərəkət,sizi döyüş zamanı alcaldar.
Atəş acmaq əmri almamışsınızsa,atəş acmağa tələsməyin. Bu sizin yerinizi vaxtından əvvəl düşmənə bildirər. Qoruyucu bağlı olsa belə barmağınızı tətiyə basmayın,yadınızdan cıxıb qoruyucunu bağlamamış olarsını və yaxud qoruyucu nasaz ola bilər.
Atəş sektorunu müşahidə edin. Qarşınızda öz döyüşcünüz ola bilər. Eyforiyaya uyub onu arxadan gülləliyərsiniz. Sıradan arxaya və irəli olmağacalışmayın. Taktiki hərəkətlərin icazə verdiyi vəziyyətlərdə atəş acın.
Atəş zamanı lazım olduğu anda nişangahla düşməni nişan alın,başqa zaman isə döyüş cölünü müşayət edin. Uzun zaman durmadan nişangaha baxmaq,gözü incidir və dəqiqliyi azaldır.
Atəş zamanı silahdan qorxmayın,Gözünüzü bağlamayın. Silah düzgün istifadə edildiyi zaman,hec vaxt sahibinə zərər verməz. Qorxduğunuz zaman isə,qundaq ciyninizi ağrıdar,atəş hədər gedər,düşmən zərərləşdirilməz və sizin yeriniz məlum olar.
Hərəkətdə atəş zamanı ,atəş acdıqdan sonra silahı aşağı salma,qarışıqlıqda öz ayağını güllələyə bilərsən.Daraq dəyişəndədə silahı aşağı salmağa calışma.
Silahla ədəbazlıq eləmə. Silah bunu sevmir. Yadında saxla ki ədəbazların bir coxu evə ölü,bir coxu şikəst,bir coxu isə həbsxanaya gedib. Sən bunu ailənə yaşatma.
Silahı korlama,o ayaqqabı deyil və hər dəfə dəyişdirilmir,səndən sonra onu başqaları da daşıyacaq. Silahını sev,o da səni sevər.Onu qoru,o da səni qoruyar. Silah bir cox insanlardan etibarlıdır-sən ona etibarlı olsan.
Və ƏLİNDƏ SİLAHINI HƏR ZAMAN VƏTƏNİN ÜCÜN HAZIR SAXLA.
BU İŞDƏ ALLAH SƏNƏ KÖMƏK OLSUN!
Abuzər Əbilov (silah və artilleriya mütəxəssisi)

Комментарии