Sönmüş şəhərin zəif işıqları-10


İlimizin axır cərşənbəsidir bu gün bu sönmüş şəhərin zəif işiqlarının stobalarının altında. Kicik tonqallar yanacaq,Allahımız böyük tonqallara catdırana qədər bu kiciklərin sevincinə qovuşacağıq. Böyük isə.. Böyük tonqalımız orada olacaq. Şüarlardan qacıram.Dualara sığınaraq. Bir gün bu zəif şəhərin sönmüş işıqlarının gurlaşacağı ümidi ilə,əsir torpağımda adsız və izsiz məzarlar başında bu tonqalları yandıracağıma dualarım var. Bu nə arzudur ,nə də istək. Bu bütün ömrünün bir coxunun anlamadığı və şəxsinə həqarət saydığı “kazarma “ –nı evi,zabir formasını bahalı kostyum,palcıqlı botinkasını “NİKE” krossovkası və sonda səngər torpağını qibləgahl sayan insanların SİMVOLUDUR.
Bu gün tonqallar qalıyaq,bu bayramlarda bir olduğumuz kimi,həyatdada bir olaq,zaman gələcək və zamanın SAHİBİ də,gəlib bizdən bu yandırdığımız tonqallar birliyinin sonunda,niyə birləşib səngərə doluşmadığımızı soracaq. Soracaq ki,elin və evin cismi kasıb,lakin qəlbi dünya boyda oğulları ,valın üstündə bənovşələr bitən və Qarabağdan əsən mehlə cücərib boynunu bükərək “hardasan Vətən oğlu” soruşduğu anda,sız niyə “Müsəlləh əsgərəm mən də bu gündən “ deyərək hayqırmadınız? Bax onda acıq olmayan alından axan xəcalət təri bir alovlu qurğuşun yanğısı ilə sifətimizdən və sifətinizdən axıb,cismimizi yandırıb kül edər. Bu nahaqq dünyadan ,haqq dünyaya “yanıq “ cism və ruh aparanlardan olmayaq.
Səngər torpağına isə -icində cismimizi.qəlbimizi,ruhumuzu,varlığımızı bİr ağsaclı ana kimi bağrına basaraq düşmənə sipər etdiyin ücün qarşında dizimi qoyaraq baş əyirəm –dedim.Bayramın mübarək Səngər torpağı,bayramın mübarək köksü hələ də yağı tapdağında olan Vətən torpağı,bayramın mübarək ,qarış-qarış azad olunan torpağım,bayramınız mübarək Torpağa qarışıb özü torpaq olanlarım.Bu bahar SAVAŞ olsun ,bu bahar cismimizi götürüb dizin-dizin sürünərək yanına gələk,bu baharın torpağının ətri cöl cicəklərinə qarışan bir vaxtında bizi bir Qalib ŞƏHİD kimi köksünə alıb : Xoş gəldin Şəhidim deyəsən mənim ilk və son məkanım ANAM Torpağım.
O zaman son sözüm bu olsun:
VƏTƏN SAĞ OLSUN !

Комментарии