Bu il qar da yağmadı.Cöllərin ağ örtüyünə həsrət qaldıq. Bir uşaqlığımızı yadımıza salıb cılğın qartopu oynardıq. Sonra da donmuş əlimizi nəfəsimizlə istitmək ücün hovxurardıq. Belə lap istəsən cıxıb təpədə qarın üstünə bələnərdik də. Yağmadı. Deyəsən qar da bizdən üz döndərib. Küsüb. Atası uzun zaman evə gəlməyən uşaq kimi. Biz onu elə o uşaq kimi gözümüz qapıda ,qulağımız səsdə gözlədik. Yox . Yağmadı. Küsüb. Biz onsuzda təpəyə cıxıb qara bələnməyəcəkdik. Düşmən hər addımımızı güdürdü. Qara məktub yazdım,giley elədim. Cavab gəldi ki: Siz cox etinasız və cox həyasız olmusunuz QARabağ gedəni. Hər il “ torpağımız qayıtsın,o ili,bu ili QARabağda kecirək –deməklə,özünüz də artıq adət eləmisiz ki ,QARabağ hara isə gedib,keyfi gələndə qayıdacaq. Özünüz özünüzü sakitləşdirmək ücün ,baş barmağınızı qatar kecidindəki şlanqnbaum kimi harasa uzadıb “Lazım” gəlsin” deyirsiniz. Amma özünüz düzü icinizdə gizlənən Lazımla bacarmırsınız. Yağmayacağam daha,qoy QARabağsız günləriniz də Qarsız olsun. Bəsdirin daha,hər bayram gələndə bir ağız QARabağ deyib,gününüzü siyasi gopologiya ilə,televizorunuzu baldırıacıqlar yarışması ilə,toylarınızı Şikəstə oxunanda sərxoş rəqslərlə,cayxanalarda “döyüş rəşadəti “ ilə ,məclislərinizi “yumurta bahalaşdı” müzakirəsi ilə kecirin. Qar ruzi və bərəkət rəmzidir. Sizin də ruziniz və bərəkətiniz QARabağda qaldı. Get ,bir daha mənə məktub yazma,üzün ağaranda gələrsən.
Nəsə QAR da məni qovdu.Eləcə məyus-məyus üstü qara həsrət yollarla yenə bu avaralar və əyləncələr şəhərinə qayıtdım. Hər şey əvvəlki kimi idi. Erməniylə üz üzə səngərdən gəlmişdim. Mənim gəlişim,özümdən başqa hec kimin vecinə deyildi. Orda qoyduğum ermənini,burda dənizkənarı bulvarda,bu “erməni göyərcinlərinin” axır zaman daha cox qonduğu şəhərdə tapdım. Sülh zurnasının havasına oynamağa gəlmişdilər. Sərbəstcə də diringə burcudub gəzirdilər. Əcəba əyər sülh belə yaxşıdırsa,ermənistandan qovulan bizimkilər görən ora niyə getmir. Əzəli torpaqlarında dədə babalarının məzarlarını ziyarət etməyə o həmən ortasıcırıq “sülhün” niyə gücü catmır? Əlqərəz yuxarı tüpürdüm-bığım olmadığından burnuma dəydi,aşağı tüpürdüm ,saqqalsız olduğumdan,sinəmə düşdü. Bi iblislər şəhərinə hər dəfə gələndə,bir vedrə ürək ağrısı aparıram özümlə səngərə.
Hər yanda hər şey var. Şəhərin işıqlı reklamlarında biədəb məsəli paca əsgisindən tutmuş,sona xalanın buraxdığı qalbasaya qədər hər şey sərgilənib. Bir bu lövhələrdə mənim kimi bədbaxt əsgərə və QARabağa yer yoxdur. Bir Koroğlu metrosunda belə yazıya rast gəldim. Cıxışda. O da tənhalıqdan rəngi solmuşdu. Aləm bayram edirdi. Od cərşəmbəsidir axı. Birazdan yay gələcək. Erməni də həmən bu oddan taxıl zəmilərimizə,otlaqlarımıza vuracaq və deyəcək ki ,”haydı gəlin tullanın,ağırlığınız-uğurluğunuz bu ildə qalsın,gələn il yenidən od vuranda bir də gələrsiniz”.
Nəsə yenə deyəsən əhvalım pozuldu. Yadıma kecən od cərşəmbəsi düşdü. O zaman da belə idi. Şəhərdə şıllaq səsindən,petarda partlayışından qulaq tutulurdu. Amma səngərdə ,blindajda bir dənə şam yandırmışdıq ki,düşmən tərəfdən pulemyotun qaqqıltısı eşidildi. Halən bu sözlər kecdi icimdən: torpağında bir şam yandıra bilməyən bir günümə ar olsun.
Hec nə yenə cıxıb gedirəm bu şəhərdən. Mənə od cərşəmbəsi yox-savaş alovu lazımdır. Üc dörd pomidor yeşiyindən qalanmış tonqal məni yandırmaz. Ağırlığımı da –uğurluğumu da özümlə aparıram. Onsuz da uşaq deyiləm ki başımı “bu ildə qalsın” deyib aldadalar. Mənə nə başına dəri pərcim elədiyiniz kosa,nə geydirmə teatrın geydirmə aktrisasından yapdığınız bahar qızı,nə zurnanız,nə davulunuz lazımdır.
Mənə savaş cəngisi,”irəli” hayqırtısı,qılınc cingiltisi,topların səsi,tankların tırtılı lazımdır.
Mənə QARabağ lazımdır.
Onda qar da yağar,bahar da gələr,əsirlikdə vücuduna od vurulan zəmilərimdə hələ cicək də bitər.Bir yaz səhəri məni əsgəri geyimdə,əlimdə gül görsəniz-deməli Novurz gəlib-Yaz gəlib.
Комментарии
Отправить комментарий