Sakitcə öz açarınla qapını açırsan. Ağır botinkaların polda səs çıxarmasın deyə ,onları hələ evdən kənarda çıxarmağa məcbursan. Evdə hamı yatıb. Həsrətlə ilk olaraq uşaqlar olan otağın qapısına toxunursan. Bu qapını açmaq necə əzabdirsa,onıarın məsum yatmış simalarına baxmaq daha əzabdır.Sadəcə bir daxili həyəcan və qorxu ilə qapını aralayıb onların bü mənfurlar şəhərində hələ də mələk sifətlərini qoruyaraq ,hələ də günəşli gələcəkləri haqda fikirləşib kürəyini yorğunluqla divara dayayırsan. Dünən də belə idi.Bu gün də belədir. Sabah da belə olacağı şəksizdir.Onları səhər erkən yatmış qoyub ,uzaq səngərlərə yol alsan belə qəlbini onların yataq otağında buraxıb gedir və aylar sonra gecə yenədə onlar yatmışkən qayıdıb həmən qəlbini ,həmən yataq otağında axtarırsan. Arxadan hənirti gəlir. Dönməyə də qorxursan.Bəli odur. Həyat yoldaşın. Heç nə soruşmadan,heç hənirti də çıxartmadan ağır hərbi gödəkçəni ciynindən alır,və incik baxışlar ,gözlərindən damlanan iki göz yaşı hər şeyi deyir: -Mən yorulmuşam. Yorulmuşam hər kəsə başa salım ki,sən niyə aylarla evdə olmursan,yorulmuşam "atam niyə gəlmir" deyən uşağa yalandan əfsanələr danışım,yorulmuşam hər gecə səksəkə işində televizora baxım ki,nə vaxt sənin düşmən gülləsindən öldüyünü eşidəcəm,və mən doğurdan da səni bir gün itirəcəyimdən və iki yetimlə kiminsə əsarəti altında qalacağımdan qorxuram.
Acıdır deyilmi? Bəlkə dünya acılarını yığsan bu acının qarşısında xəcalət çəkər. İndi mən ona hansı cavabı verim.? Deyim ki,mən səngərdə durduğum zaman bir məndən və mənsiz qalan uşaqlarımdan heç kim bu kitabi-sifət internetdə yazmasa belə,hər gün güllə qarşısında öləcəyimi bilsələr belə bir bu murdar virtual aləmdə mənim qiymətimi bir şoumen "aclıq oyunu oynayan" uşaq qədər qabartmadılar? Deyim ki,mən Qarabağı istəyirəm,lakin Qarabağ da dünya düzəmində bir nəfər qiymətində olmadı? Avropada saçını yolan qrantyamyotçik qadınlar "insan haqları " bağırıb ,burcudanda ,Qarabağ ,Vətən deməyə canlarını azzar aldı? Deyimmi ki hələ cavan vaxtımdan "İstefa-mustafa" bağıranların olmayan saqqalı da ağardısa-bu şəbeh bitmədi? O parlamentdə olanda cıqqırını çıxarmayan xanım,əlil halını indimi gördü?,bəs o kresloda oturanda əlil döyüşçü yox idimi ölkədə?Deyimmi ki sizlər hakimiyyətdə olandada biz heç say hesabda yoxduq sizin üçün? Təkcə sadə insanlar,valideynlərimiz bizi anardılar,sizlərsə elə ondakı kimi oyunbaz və aktyorsunuz? Mən nə deyim? Nə yalan danışım ki,haqq söz qarşısında haqsız olaraq haqlı olum?
Sizlər bu şəhərdə boğaz yırtıb kiçik gəmidə buntunuzun qələbəsini dünyaya car çəkəndə,mənim gözüm palçıqlı yollarda qaldı hər zaman. Siz ora gəlməzsiniz. Heç ondada sizləri əlisilahlı oralarda görmədim. Sizin silahınız boğazınız,sirsatınız ütülənmiş qalstukunuz,döyüş çölünüz isə tribunanızdır. Bizləri bir şey ayırır. Biz hər zaman müharibə olacağı zamanı potensial Şəhidlər,sizlər isə "Məhsul" şahidlərisiniz. Hər dəfə "Qarabağ üşün nə edilib" sualını küləyə tullayanda,bir özünüzdən soruşmadınız ki"mən nə etmişəm". Həqiqət hər zaman bəyənilməyəndir. Mənim cızmaqaram da bəyənilməyəcək.
Ona görə də bu şəhərə gecə gəlib,gecə də getmək düşüb taleyimizə. Gündüzlər isə bu şəhərdə insanlar yox ,şeytanlar üstündür.
Yel dəyirmanı üzərində qələbəniz mübarək "qaliblər" . Mənsə sizin qələbənizə sakitcə baxıb,yatan körpələrimi öpüb ,həyat yoldaşıma "hər şey yaxşı olacaq" yalanını söyləyib,yenə bu zəif şəhərin sönük işıqlarında yox olacam. Bir arzu ilə ki dünyaya fərdlər üçün yox Vətən üşün haray salasınız. Salmaq könlünüz olsa.....
Комментарии
Отправить комментарий