Sönmüş şəhərin zəif işıqları-12


Şüşəsilənlər də mənnən mübahisədə imiş kimi dəli olaraq tez tez oyan butana hərəkət edərək cırıltısı ilə bu küskün ruhuma bir acılıq gətirməkdədir. Aləmə palçıq yağıb göylərdən. Urusun UAZ-ı da bu palçıqda yolunu itirmiş cəmiyyət kimi arxası gah oyana,gah buyana sürüşür. Sürücü əsgərin dəli kimi sükanı fırlatması da acıqlandırır məni. Səngərə çatanda yağışdan və palçıqdan cəmiyyəıtimiz kimi cılızlaşmış səngər itimiz də qəribə-qəribə baxır mənə. Pünhan rəhmətlik kimi demək istədim "sən mənim günümdə,mənsə it günündə".
Elə bu başdan deyim,şəhərimizə,şəhərinizə gəlmək istəmizrəm. Heç belə minnət də eləmiyin.
Yaşıyın sizə soxuşdurulmuş Nərminiz ilə. Yaşayın yalançı cığırtınız ilə. Yaşayın reklamlarınız ilə. Yaşayın 3 manatlıq dümbəyinə oynadığınız dümbək havası ilə. Yaşayın səhər qarnınıza,axşam unitaza axıtdıqlarınız ilə. Yaşayın beləcə biganə və beləcə ölü kimi. Zombilər və apokalipsislər şəhərində. Birazdan Binamus saqqallı babanız gələcək. Bütpərəstlər kimi o şam ağacınızı oyuncaqla bəzədib ,axşam yemə düşmüş qoyun kimi yeyib ,araqdan vurun,səhər klizma edib qarnınızın zibilini xəstəxanalarda axıdın.Heç yadınıza salmayın ki ,yeni il Novruzda gələr. Ürəklər,qəlblər,torpaq,səngər ,üstəlik barmaq donduran tətik də isinəndə.
Mənsə sizin ətrafınıza bütpərəstlər kimi fırlandığınız o yolkanı blindajda yandırıb,sizin Nərmin oyununuzun keşiyini çəkəcəm. Siz icin,yeyin ,yatın. Mənsə hər gecə sizləri bir məhəbbətlə anıb,uzanan palçıqlı yollara baxıb və o yolları boş görüb"yenədə yanıma gəlmədilər deyib" yalandan özümü ovudacam ki "yəqin işləri çoxdur". O yollarda təkcə valideyinim görünər hərdən. Axı mən sizin yox-valideynimin əsgəriyəm. Sizi yox tək onları qoruyuram.
Yenədə yağır. Kondinsionerli,kombili otaqlarınızda məndən bir kəlmə yazmayın,Gürcüstana,Şahdağa gedib selfi çəkdirin. Mənlə çəkdirməyin. Nəyinizə lazımdır axı,palçıqlı səngər əsgəri? Maraqlı deyil. Layk da olmayacaq istədiyiniz qədər.
Amma qanmadınız və yenədə deyirəm: qana bilmədiniz ki,mənim sizin konfetinizə ehtiyacım yoxdur. Sadəcə palçıqlı yollarla yanıma gəlib" Biz səninləyoik VƏTƏN ƏSGƏRİ" sözünüzə ehtiyacım var.
Getdim posta. Palçıqlı səngərlə addımlayaraq. Sizsə yeni Nərmin oyununa qədər salamat qalın. Bədbaxt və sönmüş şəhərin binamus Şaxta babasının zombi nəvələri.
İmza :Palçıqlı səngərin əsgəri.

Комментарии