Bax ,bax ,elə bil bizi cəkiblər bu kinoda,deyə əsgər,mürgüləyən dostunun başına qapaz salır. O isə-EE cəhənnəm ol da ,qoy yataq dəə,birazdan posta gedəcəyik axı. Gülümsəyirəm. Nə qədər acı danışsalarda mehribanlıq var bu acıda. Səngərdən aşağıda toplanış kazarmasında DVD də gedən filmə gözüm baxsa da ,fikrim uzaqdadır. Fikrim uzaq və sönmüş şəhərdə. Bir qəlb ağrısı ilə ,bir ağır yüklə fikirləşirəm oraları. İndi evimdə dəmir soba soyuyub,boş soyuducumun qapısı acıq qalıb,ucuz carpayım da küsüb,üstündəki döşəyin soyuqluğundan. Həyəti ot basıb,yəqin evə gedən cığırdada artıq ot bitib. Qapıya yaxınlaşsan,üstündəki qıfıl sənə məlul-məlul baxıb söyləyəcək: O yoxdur,qala bilmədi buralarda,getdi,bizi də yetim qoydu...
-Cox fikirləşirsən,cox ah cəkirsən aaa ,bu hec də yaxşı deyil-eşidirəm.
-Eybi yox,zaman gələr,zamanın sahibi kimi ,onda bu fikirlər də gedər tarixin arxivinə -deyirəm.
-Yalan danışmağa adət eləmisən deyəsən. Səndən cıxmayan iş. Axı sən bunu mənə 1983 də demişdin.
-Yalan niyə. Bilirsən ,rusun bir sözü var, Надежда умирает последним,Mənsə onu bu yaxınlarda gördüm. Ölmək fikri hələ yoxdu onun.
-Bilirəm yenə də fikrin şəhərdədi. Nə qədər qınamaq olar? Bəlkə özünü qınayasan ki,bu şəhərdə bu vaxta qədər bir yer tapa bilmirsən.Bəlkə elə günah özündədi.Bəlkə aciz adamsan. Axı “döyüşdüm” deyənlərin bir coxu coxdan döyüşü yaddan cıxarıb,isti yerlərini tapıb,sənin kimi axmaqlara gülür və bu axmaq yazılarına ikrahla deüyirlər. Да пошел он нааа…. Солдафон.
-Yəqin elə olar. Bax bu broniki görürsən,mən onu önümə bağlayıram. Cünki önümdə düşmən var. Amma axı indi bundan başqa məqsədlər ücün istifadə edən var,kimi dalına,kimi üzünə,kimi vicdanına ,kimi isə şərəfinə bağlayır bunu,hərənin də bir məqsədi.
-Hərdən məni sifətinə yapışdıranda ,bir istəyirəm vurum sifətindən,ayılasan ki,bu qapazlaşan əsgərin,bu palcıqlı səngərin,bu yuxusuz kazarmanın bütün dərdi səri sənə qalmayıb axı. Nə qazandın və nə qazanacaqsan axı.? Uzaq başı o sönük şəhərdə o təmirsiz blindaja oxşar evində səssis səmirsiz öləcəksən. Bir necə gündən sonra səni tapacaqlar,5-10 sənin kimi ağılsızın ürəyi qanayacaq,qalanları gəlib qeyd olunub,kücədə şəkil cəkdirib “Abuzər Əbilovun dəfnindən” deyə feyspoxa qoyacaq və hər dəqiqə laykın artdığına sevinəcək. Başqa nə.?
-Yox cansızsan,icində ürək döyünmür,sən də o şəhərdəkilər kimi ,dalından əlləşdirməsələr,işə kecən deyilsən. Anlamırsan ki,mən coxdan ölmüşəm. Cismimdi palcıqda gəzən,ruhumsa ilk döyüşü uduzduğum yerdə ölüb. İni mənim bir missiyam var. Bu cismi o ruha catdırmaq,ilk gəncliyində sevgisi qadağan olan iki sevgili gizlin görüşdə bir birinə sarıldığı kimi onları bir birinə sarmaq.
–Genə də yalan danışırsan axı. Niyə gözün nəmləndi? Ölü də ağlayarmı?
-Arzu və istəklə kölgə kimi dolanan ölü ağlayar. Cünki ölə bilmir hələ. Sən bunu anlamazsan. Cün sənin torpağın yox,vətənin yox,istəyin və arzun bu dünyanı dağıtmaqdı. Amma mən dağılmış xanələrə catmaq,onları azad etmək,hənirtiyə həsrət cəpərlərin arxasından gələn təndir cörəyinin iyinə boylanmaq,ayağıma dolaşan toyuq cücəni qovmaq,üstümün qayışını dartışdıran körpələri,qız gəlindən alıb ,süd iyi verən dodaqlarından öpmək istəyirəm.
-Yadıma düşdü,nəyi demək istəyirsən.Yenə də o “Zek “ yadına düşüb. Mən ölüm gözünün yaşını sil və xatırlat mənə o hadisəni.
-Həəə düşüb. İndi yəqin ölər,qalmaz. O vaxt deilər ki Poqosameri yoxlayın,yəni “zacistka “eləyin.Güya gecələr burda erməni razvedkası gəzir ,yada “cinlər” dolaşır. Hərənin ağlına bir şey gəlirdi. ZEK də türmədən buraxılmışdı. Qarınqulu,köntoy,tərbiyəsiz biri idi. Hara gəldi güllə yağdırmaqda da usta idi.Heyvan kimi qapıya təpik vurub”Tutsam aa,itin balasıdır diri diri qulağını kəsib torbama qoyacağam “ deyə ZEK künc bucağı axtarmağa başladı. Mən lap hövsələdən cıxdım” Bəsdir başa düşdün? Bir də səndə qulaq görsəm,incimə göndərəcəm gəldiyin yerə,İnsan ol,özüqulağı kəsmək insanlıq deyil” deyən kimi Zek it sifəti götürüb ,zızıl dişlərini qıcıtdı” Hə də öl elə humanistlik ücün,onlar bizimkilərə edəndə yaxşıdı,biz yox daaa? Yaxşi qulaq kəsmərik tutub dalına TM bağlıyarıq ,trotil,detonator,bikford və spişka,Qoy Krasnı Krestə sənnən öpüş aparsın” deyə mırıldandı. Nə eşşək adamdı ee bu fikirləşdim.Amma bənd olmadım,qoy mırıldansın. Ev ev yoxladıq. Birdən hiss elədim ki ,azalmışıq,qalanları bir evin qabağında ZEK lə nəyə isə baxırdılar.Yəqin nəsə tapıblar. Mərmi zad olar qurdalayarlar,partlar,sora gəl bunları qospitala daşı daaa. Yaxınlaşdım. Məni ildırım vurdu deyəsən . Ortada bu mühəribələrə,bu ağrı acıya,bu itgilərə üsyan edən bir şey dayanmışdı. Bu “bir şey” elə bil hamını şoka salmışdı. Elə məni də. Hiss etdim kürəyimdə bir isti tər axır. Ortada uşaq beşiyi və icində üstü soskalı bir butulka vardı. Allah niyə axı mənim bu zəbanə cəkmiş cismimi bununla imtahan edirsən? Biranlıq öz körpəmi o beşikdə gördüm. Biranlıq əlimi uzadıb onu götürmək,qucağıma almaq,ağzımın,burnumun suyunu onün üzünə sürtmək kecdi icimdən. Yoox. Deyəsən başım gedirdi,dəli olurdum artıq. Silkələnib bağırdım. Butulkanı götürüb tullamaq istədim. –Eləmə komandir,eləmə,Allahın olsun,sən axı bunu eləmək istəmirsən,sadəcə icini aldatmaq istəyirsən,aldatmaq isə günahdı,eləmə-deyə ZEK əlimi saxladı. –Bəs sən axı düşmənin qulağını kəsmək istəyirdin,bəlkə elə burda uşaq olaydı,axı o düşmən uşağı idi,kəsərdin qulağını? –soruşdum. –Allah sənə lənət eləsin komandir,lənət eləsin,sən hec nə anlamadın,qəddar adammışsan və sənin yerin cəhənnəmdədir,bu suala görə-əli ilə yaşarmış gözünü silən ZEK butulkanı zorla əlimdən alıb getdi. O zaman onu anlamadım. Anlamalı ağlım yox idi onda.
-Həə ,elə indi də anlamırsan ki, sənin bu icini tərpədən,qəlbini xəstə edən,gözünü yaşardan hisslərinin həmən şəhərdə 1 qəpik qiyməti yoxdur. Anlamırsan ki, o şəhərdə 100 lə uşaq kolyaskası üstündən maşın sürməyə hazır olan düşmənlar var,Anlamırsan ki o şəhərin işıqlarında haqq üryan və cılpaq dilənir və nahaqq bahalı maşında gəzir. Anlamırsan kii...
-Cox danışdıq. Vaxtdı,bəsdi burada uzanıb ,mənə ağıl verdin. Mən belə doğulmuşam,belə də öləcəm,dur.....- deyə əlimi atıb onun qayışından tutub özünn caxmağını hirslə cəkib qoruyucuya qoyub,ciynimə atdım. -Və bir dəmənə məsləhət verməyə calışma AK-74 –deyib qaranlığa addımladım.
VƏTƏN SAĞ OLSUN !
Комментарии
Отправить комментарий