Tfuu sizin murdar sifətinizə.Amma qurumuş boğazımda və ağzımda tüpürcək belə yoxdur. Bəlkə son günlərin dəbinə uyğun olaraq mən də intihar edim? Görəsən tikinti mağazalatında kəndir başalaşmayıbmı? Amma cıxış yolu deyil bu. Cıxış yolu-elə həmən yolun cıxışındadır. Hər kəs o yolu özü anladığı kimi gedir ,kimi üstü ilə,kimi altı ilə. Üst tərəfdə gedənlə azalır nədənsə zaman kecdikcə-müharibə uzandıqca. Yolun altı qiymətə minir,şərəf namus qiymətdən düşdükcə.Qiymətə minən isə mənim qarğışlarımdır: Səni balanın toy günündə toyxananın ortasında rəqs edən yerdə ağır infakt vursun və balanın toyu yasa cevrilsin-ay məni doğulduğum şəhərə nifrət elətdirən. İndi mən bu şəhərə yadam. Şəhərə doğmalar gəlir. BIr zamanlar əməyimizə şərik cıxıb,bizə gülüb,altdan isə KRUNK –a Bakıda qazandığı puldan pay verərək,həmən pullarla vətəndaşlarımızın öldürülməsinə rəvac verənlər,bu gün “peşiman” olaraq ciyinlərinə ağ qanad taxıb yenidən Bakıdadırlar. Yaxşı siyasətdir. Bakımın sakinini ,balası səngərdə ölənin valideyninin evini tarktor ağzına verib yerində bədheybət,tumanıcırıq qızlara oxşar ağaclarla dolu,kölgəsiz ,hər tərəfi məzar daşına bənzər mərmərlərlə dolu parklar sal,amma düşməni maliyyələndirləri gətir sox qabırğamıza. Yaxşı haaa,bir mənə deyin görək-bu iqtisadi böhran ki deyirsiz tüğyan eləyir,boş bamkomatın qabağında sıralı insanlar dayanır,büdcənin kəsiri cox,bəs bu gələnlər hava iləmi dolanacaqlar,yoxsa Hayastandan gələndə özləri ilə bizim manatı Həckazım dayının eşşəyi kimi minmiş dollardan milyon gətiriblər. Kim bunları maliyyələşdirəcək?
Bu .şəhərdə hər gün yeni dəblər düşür. İllər uzunu “Hökumətimizə Allah can sağlığı versin” deyənlər-bu gün yol kəsib “torpağımızı verin “ deyirlər. Əcəba ,torpaq sayğacamı bağlı idi?Görəsən “tula payı” beləmi şirin idi torpaqdan. Tulanın qocaldığını görən “canını sağ eləsinlər”,ona düşəcək sümüyə də yiyə cıxdılar. Sümük isə materaldır. Ondan düymə düzəldirlər. Dəbinizə bir quş. Dəbli döyüş zabitlərimiz də olublar indi ekspert. Torpaq qalıb ortada,hərəsi bir “şeyşünas” olublar,bu “şeylərlə “ dolu olan şəhərdə.”İrəvanı bir həftəyə alarux”,”Bu böyük qayıdışdır”,nə bilim “ Sialhalarımız filandır”. Qocalıb xərab olmusuz cənablar. Addımınız artıq “höt-hötə” dirənib. Belinizə qıldan dirək vurub,şpal daşımaq arzusundasınız. Amma şpalı Lenin daşıdı tarixdə. Sizdən lenin yox,hec Ankanı minib hücuma gedən Capayev də cıxmayacaq belə getsə. “Döyüşcüyəm”,”Ağanəzərəm-belə gəzərəm” deyən kişilər- bu gün araqlı stol qəhrəmanlarıdır Feyspoxda. Xalqın bu günündə manqallarınızı ,şişlərinizi gizlədin ağalar. Səngəri palcıqlı millətin-stolu soğancörəkli olsun gərək-bunu mən demədim,məhəlləmizin avarası Əliqulu kişi dedi. Hay vurub torpağını tələb edə bilməyənlər və torpaq ücün hec bir köpüklük konsepsiyası olmayanlar-konsepsiyasız”dartmayaxamcırıldı” oyunundadır bu gün bu xaraba şəhərdə. Həyətlər,həyatlar,torpaqlar,hətta bölünməyən dəyərlərin bölündüyü şəhərdə bir eşşək başını bölə bilməyənlərə yekə elə eşşək boyda salamım var.
Səngərə isə qar yağıb. Hətta kaskalara,broniklərə,silahlara-hətta Cingizin əlndə cörək öldürüldüyü yerə də qar yağıb. Utancaq,incik,tənəli,narazı bir qar. Əsgərin gözü yoldadır. Bir gözü irəli baxsa da ,bir gözü arxadadır. İrəliyə özünün qeyrəti catar-arxadan bizim qeyrətmizi gözləyən gözü yol cəkir. Nigarandır. Gözləyir görən nə vaxt biz sayğaclardan,imtiyazlardan.klaviaturalardan,dumanlı hırıldamalardan,manqal-şiş şəkillərindən,pafoslardan,vozduxabasmaqlardan,yalanlardan,reklamlardan,riyakarlıqdan və sonda özümüzü minən MƏN dən ayrılaraq ,cantamızı əlimizə götürüb,icinə ucuz kolbasa və zavod cörəyindəh qoyaraq deyəcəyik: Sən sənliyində qal,mənfurlar şəhəri,mən gedirəm səngərə,təmizliyin,insanlığın,kişiliyin,döyüşcülüyün və sonda ŞƏHİDLİYİN başlandığı yerə.Gedəcəm və cantamı yerə atıb səni bağrıma basaraq hayqıracam-SALAM ANAM SƏNGƏR !!!
VƏTƏN SAĞ OLSUN !
Комментарии
Отправить комментарий