Son günlər cəbhədə vəziyyətin kəskinləşməsinin bir mənası var-müharibə qurban tələb edir. Hansı yana fırlatsan ,qazandan cıxan bu olacaq,möcüzə baş verməyəcək. Fərqi yoxdur ki bu “yuxarılardan planlaşdırılmış” bir aksiya yaxud səhra komandirlərinin təşəbbüsü, yaxud hansısa bir əsgərin arxadakı sosial bəlalardan ,evdəki cörəksiz valideynindən xəbər tutub hirsindən tətiyi basmasındadndır. Məsələ bunda deyil. Məsələ ondadır ki,müharibə davam etdikcə -döyüşcülər arasında itgi,mülki əhalinin atəşə tutulması olacaq. Qan və əzab olacaq.
Gəlin özümüzü aldatmayaq. Hec bir ATƏT,BMT,AŞPA və başqa təşkilatlar bizə kömək olmayacaq.Hec bir Olland,Ərdoğanlar,Putinlər,Merkellər,Tramplar gəlib bizimcün səngərə girməyəcək.Bu dovşana qac-tazıya tut deyənlərin təşəbbüsü ilə sonsuz görüşlər,kitablar dolu yazılar.qolcəkmələr,tribunadan danışmalar nə qədər olub? Uşağın başını qənfet yerinə kağıza bükülmüş qəndələ bir dəfə allatsan,o uşaq ikinci dəfə öldür səndən konfet almaz. Allahın altında yekə-yekə kişilər kağızın icində qənd olduğyuna 100% əmin olsalar da ,hələdə onu konfet gözündə gorüb almaq ücün dünyanın o başına getməkdə davamlıdırlar. Bəli Ermənistan Kürə qədər gələ bilmədi. Bir fışqırıq ona. Amma biz də torpaqlarımızı ala bilməmişik. İki fışqırıq da bizə. Müharibəni isə bitirmək ücün qələbə qazanmaq lazımdır.Qələbə qazanmaq ücünsə qələbənin hədəfini anlamalıyıq,onları döyüş planı kimi qəbul etməliyik,populistlərə inanmamalıyıq və ən vacibi özümüzün ən qiymətli sandığımız nəyinisə qurban verməyə hazır olmalıyıq-canımızı,qanımızı,pulumuzu,əməyimizi və bəlkə ətrafımızdakı hər şeyi. Və bu qurbanı nəyin xatirinə elədiyimizi anlamalıyıq.Əyər bunu gələcək nəslimiz ücün edəcəyiksə-bu alınacaq,əyər gələcəkdədə kərpic ücün darıxmış sifətimizi bozardıb pafosla hava buraxib,özümüzdən Capayev qayıracağıqsa-bu artıq qarnıyoğun Hacıların kəsdiyi və özləri kimi qarnıyoğunlara yedirtdiyi qurbanlıq olacaq. Günahı-savabından cox. Hərdən bir coxumuz bu məsələni Feysdə layk yığmaq,MƏN-i böyütmək və boğuşmaq kimi anlasaq da ,bu sadəcə bir küləkdir. Əsəcək kecəcək,tamaşadan sonra tamaşacılar gedib yatacaq və belədə qazanc “Allah bunlara ağıl versin” -dən başqa hec nə olmayacaq.Bir coxunun “bəs özün neynəmisən” sualına cavabı elə burdan verirəm-mənim də dərim sizdəndir-siz belə olduqca,mən də sizləşirəm. Başqa əlac-kəndirdədir.
Müharibəni,qələbəni dəstəkliyən hec nə yoxdur cənablar.Yuxarıda sayılan təşkilat və liderlər də Bakının Maşın bazarı deyil-onlar da bizim ossskürəyə basmamızdan cəzana gəliblər. Bir xalq kimi biz “Müharibə,savaş,torpaq” deməyincə,onlar da kofe süfrəsi arxasında,öz ov tulalarının dovşan tutması haqqında danışdıqları kimi haqqımızda danışacaqlar. Ola bilsin hərdən bir qayışdan zaddan hədiyyə eləmək istəsinlər-bu isə vəziyyəti dəyişmir cənablar.Müharibə yoxdur.Nə televiziyada,nə sosial şəbəkədə,nə icimizdə. Adi teatr var-harda ki bizim secdiyimiz əziz deputatlar,bizim ücün “işıqlı gələcək qurur”,harda ki ,biz23 il bundan qabaq bir kolu bu gün yeni taktika ilə 30 dəfə təzədən alırıq,harda ki ,özümüzü Rembo,qalanını Vyetnam uzkoqlazı hesab edirik,harda ki,mətbəxdə arvadın həmləsindən sonra bozbaş bişirməklə cəzalanan, müharibədə stalovudan cıxmayan kişilər,bizə taktikadan,hücumdan,əməliyyatdan,hətta nüvə başlığından da təhsil verməyə davamlıdır.
Gözümüzü acmaq,reallığa cılpaq və üryan baxmaq,müstəqil fikirləşmək vaxtı cooxdan catmayıbmı? Hətta kompyuter qabağında oturarkəm “savaş” qışdırın. Bu bir sicanın dəryaya işəməyidir. Dama dama göl olar.Hec olmasa biz ,dalıacıq qız,toy manısı,ilan oynadan hindli, maşını divara cıxaran sarsaq, qayğanaq süfrəsini cəkib “qardaşlaral qayqanaq time” şəkli qoymaqdansa mühəribə şəkli qoyaq. Bəli . Anlayıram zirehi dəlmək ücün kumulyativ mərmi deyilik-amma əzizlərim adi güllə də hərdən tankı saxlayır axı.
Cox qəribədir ,hətta gülməli də deyil. Belə bir təklif,fikir bğlüşməsindən sonra mütləq bir idiot cıxıb deyəcək ki,ay Eynşteyn,bəlkə “bir konkret nəsə təklif verəsən”? Bu isə mənəvi və əqli qəzadır. Qəza eləməyin. Konkret- hər kəsin icindən gəlməlidir.
Bir deyim də var-zaman kecdikcə insan arxaya baxmağa meyilli olur. Ki arxadan kiminsə başına qapaz vurduğun ücün,indi həmən qapazı sənə vurmasınlar. Müharibəyə hazırlaşın,müharibə ilə yatın,onunla oyanın,addımıznız onunla atın,hətta axşam da üstünüzə saldığınız yorğanın adını müharivə qoyun. Qoy sizi qızışdırsın. Əks tədqirdə arxadan gələn qapazın addımları eşidilir artıq.
Vətən sağ olsun.
Комментарии
Отправить комментарий