Bir ah cəkim-amma deməyim “ahım dağlara,daşlara” .Onsuzda dağ daş səhər ahla oyanır ,axşam da yata bilməyərək o tərəf bu tərəfə cevrilərək sonda sözü elə ah olur. Yox coxunuz deyirsiniz belə yazma,qəlbimizin qaysağı qopur-amma yalan danışırsınız mənə. Qəlbinizin yarası qaysaq bağlayırmı ki ,mən də onu qoparım? Vərəm tüpürəndə qan tüpürər,amma biz sizinlə aldığımız və buraxdığımız nəfəs də qandır. Bu yuxarıdan bərbəzək kimi işıqlanan ,lakin məğzində sönük olan şəhərdə hər kəs bizə alət,bir əşya ,bir süpürgə kimi baxmaqdadır. Lakin biraz calışıb onların maraq dairələrinə ,bir məsləhət,bir baxış,bir tövsiyyə eləsən,səni yağlı ,ballı kabinetə cağırıb,sənin bu dünyaya qoyun olaraq gəldiyini və qurbanlıq zamanı,sənə olan hörmət və izzətdən başına xına yaxıb,böyük məhəbbətlə dalına təpik vurub üzü bıcağa itələyərlər. Bəli ,kabinet cıxardanın atasının onurğa sütununa lənət. Bu kabinetlər insanlar ücün krematoriyadı. Ölüm düşərgələrində insanların cismi yanırdısa ,orada ruhu və vicdanı yanır. Nifrətim var kabinetlərə. Səhra cadırlarından sapıb bu kabinetlərə girənlər,səhra qumuna bənzər. Səmum əsdikcə,yerləri dəyişər-mahiyyətləri yox.
Paradoks amma başqadır. Əlinə bir cicək götürürsən. Sənə əcaib baxırlar. Cicək və biz. Görən Allahmı belə buyurub ki,bizim əlimizdə ancaq qanqal olmalıdır? Görən bu axşaq şəhərin ,axmaq insanları nə vaxtsa anlayacaq ki,dünya təp əlində cicək olanın cicəyini yolub,əlinə qanqal verib ,sında deməkdir ki: Sən bu həyatcun deyilsən,sən boşsan,sən hecnəsən və get bu həyatdan. Cünki sənin hər şeyin var,vuruşmaq əzmin,düşmənin gözünə dik baxmağın,olümü gülər üzlə qarşılamağın,hətta bir ovyc torpaq ücün balalarını da qurban vermək əzmin-sənin bircə şeyin yoxdur. Pulun ! Bax bütün saydıqların mənim pulumun qarşısında bir qəpiyə dəyməz.Bütün saydıqların icində-mənim sənin əlindəki gülü yoluşdurmağım ,daha cəmiyyətdə başa düşüləndir. Amma bu şəhərin qazlı –tozlu havasını udanlar,anlamır ki ,bir bahar səhəri səngərin icinə dolan isti və cöl ətirli hava nədir. Bu havanın qiymətini hesablayın. Baxaq bu havanı ala biləcək bir məbləq varmı? Yoxdur ola bilməz. Cünki səngər və pul,özü əks bir şeydir. Pul səngərdə olmur,səngər də pulda. Bu yer qəlbi və cismi pullu olan insanlar ücün pulsuz olmək arzusunda olanların yeridir. Bu yer əlindəki cicəyi yolanlar ücün yolunda fəda getməyə hazır olanların yeridir. Bu yer mənim yerimdir. Qoy pulunuz cox olsun-mənimsə gülləm. Siz orada hər şeyi pulla alın,mənə isə torpağı pulsuz və güllə ilə almağı buraxın. Mənin Şəhid cismimi məzara qoyanda qoy hamı pulsuz ağlasın-cünki belə göz yaşlarında bir təmizlik var. Siz isə “ölməli axmaq idi” deyib,başalı bir butulkanı boşaldın. Lakin bu dünya elə bir imtahan ,elə bir qəddar məkandır ki,onun əlacısı olmaq ücün imkanlı olmaq yox-Allahlı olmaq daha vacibdir. Cünki zaman gələr Sizin məzarınızı ot basar,mənimsə şəhid məzarımın kənarından ləpirlər kəsilməz.
Bax o zaman sizin məzarınızın baş daşısına pul-mənimkinə isə VƏTƏN və Torpaq yazılsın. Altındada belə bir misra olsun;
VƏTƏN SAĞ OLSUN !
Комментарии
Отправить комментарий