İBLİSLƏ “ÜZ ÜZƏ”(DÜŞÜNCƏLƏRİM)
Gözəl idi ətraf. Nədənsə hər dəfə gözəlliyə baxanda fikirləşirdim ki, bu dünyada müharibə mövcud deyil. Hər dəfə bunu fikirləşdikcə, sanırdım ki, bu yuxudur, pis yuxu. İndi ayılacam, hər şey gözəlliyə qərq olacaq. Nə itkilər, nə ağrı-acı olacaq. Mən də nəhayət ki, bu dünyada yaşamalı olan insanlar kimi sakit yaşayacam. Gecələr məni nə qarabasmalar, nə rəhmətliklərin ruhu, nə nakam qırdığım ömürlərın hayqırtısı narahat edəcək. Sanırdım ki, mən də sakitcə işdən gələcək, qapının zəngini basacaq, məni də qucağında körpəsi olan bir insan qarşılayacaq. Ta gecəyə kimi mehribancasına bir ünsiyyətlə danışacaq, kasıb lakin məhəbbətlə dolu stolumuzun üstündəki çay da soyuyacaq, sonda onun çiyinlərini qucaraq qapıya söykənərək, lampası sönmüş otaqda mışıl-mışıl yatan körpəmizi seyr edəcəkdik. Hələ onun kicik, yumulmuş barmaqları da gəlirdi gözümün önünə. Bax beləcə saatlarla qucaqlaşaraq xoşbəxt gələcəyimizi düşunəcəyik. Səssiz-səmirsiz. Amma indi mənim qucaqladığım arzular yox, iblis idi. Canı dəmirdən yoğrulmuş iblis. İnsanların həyatının və arzularının işığını söndürən, həyat adlı bir baxçanı bir partıltısı ilə xəzana döndərən “silah” adlı bir iblis. Bu iblis hələ 18 yaşımdan məni özünə qul secmiş və bu günkü günə qədər öz iyrənc caynaqlarından buraxmırdı. Bu iblisin saldığı yollarla hər dəfə addımlarkən, arxamca nöqtələr qoyurdum mən. Bu yolda hələ də addımlayıram. Bu iblis mənim alın yazımdır və bu yazıya yəqin ki, pozu yoxdr. Nə qədər ki, pozu yoxdur o yolun yolcusuyam. Və bu yolu tənha addımlamaq istəyirəm. Heç kimi özümə yoldaş seçmədən, bu yolda dost tapmağa ümid etmədən. Çünki bu yoldakı yoldaş və dostlarımı, hər zaman “nöqtələrlə” yad etməyə məhkumam. Hələ ki, yoldaşım iblisdi. Hərdən də ona nifrətlə baxaraq -Allah sənə lənət eləsin və səni fikirləşib, bu dünyamıza qənim kəsdrənə də 1000 lənət. Nə qədər ömürlər sındırdınız, nə qədər arzular qırdız, uşaq, qoca, qadın, yaşlı, körpə bilmədiniz. Sizi əlinə göturən hər kəs qatilə çevrildi. Allahı və qəlbi qarşısında günahkar oldu. Yəqin görüşəcəyik səninlə cəhənnəmdə, o zaman mən sənin yaxandan tutaraq, butun bunlara cavab tələb edəcəm. O zaman hər bir “nöqtənin” cavabın verəcəksən mənə. Cavab verəcəksən və sonda səni yenə bağrıma basıb, cəhənnəmin alovlu pəncəsinə yuvarladacam. Bir də dünyaya qayıtmamağın üçün. Bir də dünyanın münbit torpağına “müharibələr” səpməməyin üçün. Yenə də allah sənə lənət eləsin ”müharibə iblisi” !
Sən əclaf məxluq, öyrətdin mənə qatil olmağı, mənə, mən kimi böyuk arzularla yaşayan bir sadə fəhlə ailəsində böyümüşəm. Sən qırdın mənim həyat yolumu. Lənət olsun o günə ki, birinci dəfə sevinə-sevinə sənin tətiyini basdım. Lənət olsun o günə ki, birinci dəfə sən məni aldadaraq, cansız hədəfi yıxdığın zaman qəlbimə sevinc-qarışıq, zəhərli fərəhini yeritdin. İndi hər gecə sən yuxularımdasan, hər gecə. Artıq bu yuxularda mən özümə də qatil kəsilmişəm. Bu yuxularda artıq mənim nişangahımda kimsə yox, özüməm. Hər gecə mən özümü nişan alaraq , tətiyi basıram. Və bu zaman yuxudan dərisinə qızmar dağ basılmış at kimi şahə qalxıram. Artıq özüm özümün qatilimə çevrilmişəm mən. Daha doğrusu bunu sən eləmisən”müharibə iblisi”, sən eləmisən.
İndi yata bilmirəm mən daha. Çünki nifrət edirəm yuxulara. Orada yanmış körpulər, dağıdılmış talelər var, orda qan gölləri var, orada o göllərdə neçələrinin qanı axır, elə mənim də. O göllərdə axan mənim barmağımın tətiyə basıldığı zaman nöqtələri qoyulmuş nöqtələrin tarixinin qanı var. Bu da sənin əməlindir “müharibə iblisi”. Bunu da sən eləmisən!
Ağlamaq istəyirəm, için-için ağlamaq. Bəlkə qəlbimdə və taleyimdə olan yaraların acısı damla-damla axsın gözlərimdən. Bəlkə mənim ömrümə yeritdiyin zəhərli sular tökülsün gözlərimdən. Bəlkə bununla bitsin içimdəki vulkan, üsyan, alov. Bəlkə bununla son verilsin və bağlı qapılar arxasında toz basmış qutularda çürüsün sənlə mənim tarixim. Ağlamaq istəyirəm. Hönkürmək və ağzımın suyu, burnumun suyuna qarışacaq qədər hönkürmək. Amma yenə içimdəsən ”lənətə gəlmiş” , yenə də içimdəsən. Nə ağlaya, nə boşala bilirəm mən. Tıxanmısan bir qəhər olaraq içimə, bağlamısan acılarımın selinin qabağını. Yaş çıxmır gözlərimdən. Ağlaya bilmirəm mən !
Həyat sadəcə olaraq cox amansız və qəddardır, sənə padişah olmaq istəyirdim, sonda qul oldum.
Sadəcə sənlə yoldayam mən və bu yolda ağır xatirələr yaşatdın mənə, aldığın bütün ömrüm, verdiyin isə hec nə. Yol uzunu isə addımlayaraq sənlə dostluğa doğru getdim. Bu yol Biləcəri toplanış məntəqəsindən başlayaraq, uzaq Ukraynaya, oradan Əfqanıstana, sonra Bakıya, daha sonra isə bura, Qarabağa uzandı. Bu yol ortada bitəcəkdi. İnanırdım ki, müvəqqəti də olsa. Və mən sənin qulun, bütün qəlbimlə və qanımla qazandıqlarımın qiymətinin cəmiyyətdə bir qəpiklik olmasını da görəcəkdim. Görəcəkdim ki, boynu və qarnıyoğun məmurlar mənim “veteran” kitabcama necə ikrahla baxırlar, görəcəkdim ki, mən “bu yolun yolcusuna” verilən təqaud nə qədər gülməli və nə qədər ağlamalı məbləğdədir. Görəcəkdim ki, hər tərəfində yuz minlərlə manat qiyməti olan maşınlar və əyləncələr şəhərində, nə qədər belə “yolçular” ətrafa baxmaqdan xəcalət çəkərək, küçələrin dolanbac yerləri ilə, belini büküb sakitcə ancaq və ancaq öz talelərindən küsərək addımlayır. Görəcəkdim ki, cəmiyyət nə qədər öz dəyərlərinə biganə və loyaldır.
Amma səninlə olduğum günlərdə belə fikirləşmirdim. Başqa fikirlər vardı. Xarici dovlətlərdəki kimi, ”döyüşcü” və “ zabit” qiymətini gözləyirdim cəmiyyət və dövlətdən. Amma qiymət çoox ucuz oldu, çox ucuz . Elə indi də ucuz-ucuz oturaraq soyuq tənha evimdə sənə məddahlıq edirəm ” muharibə iblisi”. Amma yenə də lənət olsun sənə və sənin cəmiyyət içində maskalanmış kölgələrinə də.
Qanunauyğunluqdur- orada Calalabadda biz əclafları istədiyimiz və bacardığımız kimi məhf edirdik ki, ”iblis “bizlərə tərəf gəlməsin. Amma o gəldi, gəldi və yenə də dünyanı öz istədiyi axara çevirdi. Bəlkə də biz cevirdik? Öz bir qəpiyə dəyməz humanistliyimiz və bir qəpikdən də ucuz unutqanlığımız ilə. Axı çox da uzaq olmayan tarix vardı. Şamaxı, Bakı qırğınları. Bizlərsə “Qardaş olub Hayastan-Azərbaycan” mahnısı altında göbək atıb rəqs elədik. Rəqs elətdirdilər bizə. Sadəcə barlardakı lüt-üryan rəqqasələr kimi. İndi arxasına sərxoş müştərinin təpiyi dəymiş həmən rəqqasə kimi yumruğumuzu dişləyib, içimizi çəkirik. Unutqanlıq azarı tutmuşdu bizi. Bu da bizə baha -1 qəpikdən çox-çox baha başa gələcəkdi. Hələ görəcəyimiz ondə idi. Zorlanmış qız-gəlinlər, başı qurbanlıq qoyun kimi kəsilənlər, diri-diri yandırılanlar, asılanlar, kəsilənlər görəcəkdik –unutqanlığımızın güzgüsündə. Kəndlərin , şəhərlərin, rayonların talanını, yandırılmasını və sonda itirilməsini görəcəkdik bu güzgüdə. Üz-üzə dayanacağıq, amma öz əksimizi yox ”iblisin” əksini görəcəkdik. Biz ağlayacaq, o isə qəhqəhə çəkərək güləcəkdi və onun hər qəhqəhəsi yeni bir tarix yazacaqdı. İŞĞAL TARİXİ... Torpağın , vətənin, qeyrətin, namusun sonda isə vicdanımızın İŞĞAL TARİXİ...

Комментарии
Отправить комментарий