Son
illərin savaş texnologiyalarının artması,müharibələrdə nanotexnologiyaların,robotların,xüsusi
elektron vasitələrin döyüş çöllərinə
ayaq açmasına baxmadan,insan faktoru qaçılmaz qalır. Bunun da bircə və
arqumentlı səbəbi var-heç bir müasir texnologiya kritik anda müstəqil düşünərək,vəziyyətdən
asılı olaraq qərar verə bilmir. Buna hələlik ancaq insan qadirdir. Bəs onda adı
oxunanda,eşidiləndə hərbçilərin,komandirlərin və hətta harbə aid olmayan insanların üzündə titrəyiş,qəlbində
hörmət,fikrində şərəf duyğusu oyadan bu
savaş dünyasının seçilmişləri kimdir? Onlar niyə belə sayılan ,seçilən və hörmət
olunandır? Axı müharibə teatrında hər
döyüşçünün özünün inkar olunmayan vəzifəsi
var. Bu vəzifələr də bir biri ilə sıx əlaqəlidir. Lakin yenədə hərbi
kontingentlər “onların “ əməyini daha yüksək qiymətləndirir,onların olduğu sahədə
savaş ssenarisinin mütləq olaraq dəyişəcəyi qənaətinə gəlirlər. Onlar maşın və
texnoloji inqilab deyil. Onlar da əsgərdirlər.
Universal da deyillər. Onları seçilən edən
illər uzunu təlim və tədris,gündəlik məşqələlər və ən əsası fərqləndikləri ücün fərqli olmaq hədəfidir. “Onlar” nağıl və əfsanə qəhrəmanları da deyil. Qəhrəmanlıq
istəyi bəzən onların da payına əlillik və daha cox zaman isə həyatlarını itirmək
bahasına başa gəlir. Bəs kimdir onlar? Fərqlərmi? Superəsgərlərmi? Savaş çölünün hakimlərimi?
Zirehli məxluqlarmı? Kinmdır “onlar”?
Bu
bölümümüzdə Sizə dünya savaş anlamında qədim tarixə malik olan “ ABŞ Xüsusi təyinatlıları barəsində “analitik
məlumatımızı bölüşəcəyik.
Amerika
birləşiş ştatlarının iştirak etdiyi bütün savaş konfliktlərində Xüsusi Təyinatlı
Qüvvələr(XTQ) -US Special Forces iştirak etmişdir.İrak kompaniyasında hətta
kütkəvi olaraq XTQ dən istifadə olundu. Bunu da səbəb kimi Səddam Hüseynin
tezliklə həbs olunması,komanda mərkəzlərinin
zərərsizləşdirilməsi,ordunun elit
hissələrinin komandir heyətinin zərərsizləşdirilməsi istəyi ilə izah edirdilər. Buna oxşar Əməliyyatlar
ABŞ XTQ ləri Əfqanıstanda istifadə etdilər. Bundan əlavə XTQ öz üzərilərində ən böyük zəhməti terrorəleyhinə mübarizə zamanı hiss edirlər.
XTQ lər
arasında “yaşıl beretlər”,”reyncerlər”,”dəniz pişikləri “ xüsusi yer alırlar.
Ümumiyyətlə ABŞ XTQ lərinin ümumi sayı məxfi olaraq saxlanılır. Samuel Southworth və Stephen Tannerin tərtib etdiyi “ABŞ –ın Xüsusi Təyinatlı Qüvvələri
/ US Special Forces “ istinad kitabçasına görə Amerika xüsusi təyinatlıəları
dünyada çox saylı və ən yaxçı hazırlıqlı hərbi qüvvələr hesab olunur. Amerika
silahlı qüvvələri ənənəvi olaraq 5 qoşun növünə ayrılmışdır.Bunlardan : dəniz
piyadaları,aviasiya ,dəniz qüvvələri ,sahil mühafizəsi ,quru qoşunları. Və
bunların hər birinin Xüsusi Təyinatlı Qüvvələri mövcuddur.Bütün bu xüsusi təyinatlı
qüvvələrin əməliyyatları 1987 ci ildə
yaradılmış Xüsusi Əməliyyatlar Qərərgahı ( US Special Operations Command) tərəfindən
tənzimlənir. Bundan əlavə ABŞ –ın bütün XTQ –ləri hazırlıq təlim və tədrisiniə görə bənzər
metodikalardan istifadə edirlər,bənzər silah və ləvazimatlardan yararlanırlar.
Reyncerlərin
yaradıcısı və xac atası sayılan mayor
Robert Rocers 1759 cu ildə hələ reyncerlər
Hindu qəbilələri ilə mübarizə aparan zaman 19 qayda tərtib etdi ki bu qaydalar hal hazırdada müasir müharibələr
anlamında böyük əhəmiyyət kəsb edir. Bunlardan
: “Hec zaman heç şeyi unutma”,Düşməni
onun səni görəcəyindən əvvəl gör”,”Nə etmisən və nəyi görmüsənsə ,onu dəqiq
yalansız danışmağa adət et”,”Düşərgədən getdiyin yolla geri qayıtma”,”Cayı kecərkən
heç zaman acıq sahələrdən istifadə etmə”,”Meşələrdə heç zaman
iy verən məhsullardan istifadə etmə”,”Gecələr düşərgələndiyin zaman icki içmə və düşməni sərxoş
sayma”,”Hər zaman otların içində uzanaraq düşməni müşahidə et,dursan artıq sən
hec nə müşahidə etməyəcəksən” vardır ki,hal hazırki dövrdədə aktuallığını itirməmişdir.
ABŞ
xüsusi təyinatlı qüvvələri( U.S.Army
Special Forces) –Amerika ordusunun xüsusi təyinatlı hissələri olaraq geniş kütlə arasında “ yaşıl
beretlilər “ kimi tanınır. Onlar ordu daxilindən “yaxşıların yaxşısı “ prinsipi
ilə seçilmiş fiziki hazırlıqlı,intellektual səviyyəli ,savadlı əsgərlərdir. Onlar əsasən partizan müharibəsi
aparmaq,xüsusi əməliyyatlar hazırlamaq,qeyri ənənəvi döyüş taktikası üzrə hərəkət
etmək ücün hazırlanırlar. Bundan əlavə onlar antipartizan ,diversiya terrorəleyhinə əməliyyatlar üçün də təlim keçərək bu aspektlərin təliminin də mənimsəyirlər.
“Zülmdən
azad olmuşlar” (De Oppesso Liber)
devizli bu qüvvələrin bir səmti də
xarici hərbçilərin hazırlanmasıdır. Vəzifələrin
cox və fərqli olması “yaşıl
beretlilərin “ (YB) bir daha seçimli olmasını anlama gətirir. Vəzifələrdən:
döyüş əməliyyatlarında iştirak etmə,xüsusi
kəşfiyyatlar,terrorizmlə mübarizə,xilasetmə-axtarış tədbirləri,humanitar və
sülhməramlı əməliyyatlarda iştirak,narkoticarətlə mübarizə,girovların azad edilməsi,hərbi
cinayətkarların beynəlxalq məhkəmələrə təslimi ücün əsir alınması və s.
Tarix.
1957
ci ildə “Yaşıl beretlilərin” ikinci dünya müharibəsi zamanı yaradılmış
“strateji xidmət idarəsi” əməkdaşlarının
bir qrupunun cəlb olunması ilə başlandı. Lakin bu başlanğıc 1947 ci ildə MKİ(Mərkəzi
Kəşfiyyat İdarəsi) də “cücərmişdi”. İlk əvvəl qrup 10 nəfər əməkdaşdan ibarət
olaraq əsasən İngiltərənin SAS
qruplarının diversiya və kəşfiyyat metodlarını öyrənməklə məşqul oldular. Qrupun
daimi dislokasiyası ücün Şimali Karolinadakı Fort Breqq seçildi.Burada qrup
artıq bölmələrə çevrilərək tanınma nişanı olaraq tünd yaşıl bereti tam olaraq seçdi. Con Kennedinin Ağ Evə gəlişindən sonra ,son zamanlar MKİ və
Ordu arasında qalmış Yaşıl beretlər(YB) ,hansı ki artıq təyinatsızlıqdan dağılıb və nizamnamələrə əhəmiyyət vermirdilər,cox
ciddi toplanaraq ştatı 2 minə catdırıldı. Kennedi komandanlığa cox ciddi xəbərdarlıq
edərək bu bölmələri daha çoxlu
vəsaitlə təmin edərək,onların partizan və antipartizan hazırlığı konsepsiyası
ilə hazırlanmalarını tələb etdi. Kennedinin fikrinə görə müasir müharibələr
diversiya və partizan müharibələri fazasına qədəm qoymuşdur. Bu özünü
Amerikanın qatı düşməni olan Fidel Kastronun hakimiyyətə gəlməsində göstərdi.
Kennedi öz
kolleqalarından fərqli olaraq çox intellektual səviyyəli prezident idi.
O belə qərara gəlmişdi ki YB –lər tək taktika,diversiya ,partizan və
antipartizan hazırlığı ilə yox,həmdə
xarici dillər bilməli, fəaliyyət dairələrində ola biləcəkləri dövlətlərin
xalqlarının adət və ənənələri ilə dərindən tanış olmalı və hətta xanımlarla rəftar zamanı xüsusi etiketi təmsil etməlidirlər. Bütün bu tələblər artıq
YB lərin daxilində ilkin olaraq “Psixoloji müharibə “ aparma bölmələri peyda
oldu. Bu bölmələr fəaliyyət dairəsində
olduqları regionlarda ,xalq hərəkatının oyadılması,partizan dəstələrinin
yaradılması,xalqların mədəniyyətinə və adətlərinə siyarət edilməsi kimi
vacib,lakin hərbi kontekstdə hələ heç kimin ağlına belə gətirmədiyi bir müharibə və
savaş üsulu ilə məşqul idilər. YB-lərin
həm MKİ(mərkəzi Kəşfiyyat İdarəsi) həm də ordu komandanlığına tabe olması,cox zaman
ikitirəlik salır ,buradan əmələ gələn bir çox narazıcılıqlar,təlim prossesində
maneələr yaradırdı. Nəhayət ordu
generallarının dəfələrlə prezidentə müraciətindən
sonra YB lər Pentoqona tabe edildi və artıq Cənubi Vyetnamda və Afrikada hərbi məsləhətcilik və diversant-kəşfiyyatçıların
hazırlanması zəminində təlimatçılığa başladılar. Elə o zamanlardan YB lər ABŞ
ın siyasəti dairəsində olan bütün müharibə və münaqişələrdə istifadə olunmağa başladı. Hal hazırda onlar
İraq ,Əfqanıstan,Latın Amerikası ( narkotrafiklə mübarizə) qaynar nöqtələrdə
xidmət aparırlar. Bundan əlavə onlar Filippində ,Şərqi Asiyada(Tailand) və
Yaxın Şərqdə (Pakistan,Səudiyyə Ərəbistanı,Ərəb Əmirlikləri) hərbi məsləhətçi və təlimatçılar kimi
missiyalarda da iştirak edirlər.
Reyncerlər . US ARMY Rangers
Bu
növ XTQ lər Amerika ordusunun
“ağsaqqalları “ sayılırlar. Onların tarixi hələ 1756 cı illərə gedib cıxır.
Bunlar tarixində xüsusi süvari –piyada qüvvələri olaraq ,hindlilər və
fransızlarla mübarizə aparırdılar. Onlar hindlilərin özəl taktikasından istifadə edərək qəfil və gözlənilməyən səmtdən
hücum edtməyi üstün tuturdular. Rangers –sözü
bir növ sərsəm meşəbəyi anlamındadır. 1974 cü ildə Reyncerlər korpusunun
struktur və vəzifələri dəyişdirilərək,onların qarşısında vacib və strateji dövlət və digər obyektlərin mühafizəsi
funksiyası qoyuldu. 1991 ci ildə İrak
savaşları zamanı Reyncerlər Səudiyyə silahlı qüvvələrini öyrədir,kəşfiyyat
aparır və İraqın “Skad “ raketlərini
ovlayırdılar.Bundan əlavə Reyncerlər Əfqanıstanda gedən antiterror mübarizəsində
də iştirak edir,dağlarda Taliblərin bazalarını,komanda mərkəzlərini,təminat
mağaralarını dağıdaraq məhf edir,onların böyük qruplaşmaları olan kənd-düşərgələrinə
mütəmadi hücumlar təşkil edirdilər.Reyncerlər çox ciddi və sərt hazırlıq rejimi
ilə seçilən elit qüvvələrdir. Onların qarşısında qoyulan tələbə görə onlar : hər
bir şəraitdə,gündüz,gecə,soyuq və istidə,dağ və düzəngahlarda ,sahil və düşmənin qüvvələrinin
arxasında ,qarşıya cıxa biləcək ştatdankənar hadisələr zamanı savaş
aparmalıdırlar. Onlar ücün “bacarmadıq” anlayışı utopiyadır və bu söz onların
lüğətində yoxdur.
ABŞ Hərbi
Hava Qüvvələrinin Xüsusi Təyinatlıları – US Air Force Special Operations.
Bu
tip Xüsusi Təyinatlı Korpus ABŞ
ordusunda 1943 cü ildə yaradıldı. O zaman Amerikalılar Böyük britaniyanın bu
sahədə təcrübəsindən istifadə etməli
oldular. İlkin olaraq təlimatcılar da Britaniyanın XT-ları idi. Onların
Birmanın cəngəlliklərində Yaponlara
qarşı apardığı XT-lı əməliyyatlar bir növ özü təlim və tədris mənbəyi idi. XT
lılar əsasən Hərbi Hava Qüvvələrinin
pilotlarının xilaskarları idilər. Əyər təyyarə vurulurdusa,onun pilotlarının
azad olunması ücün XT-lar düşmənin uzaq arxasına kecərək əməliyyatlar aparır və
əsirləri azad edirdilər. İraq kompaniyasında XT-lar İraq minalarını taparaq
təyin edir və lazer nişanlanması ilə ,onların məhfi ücün Hərbi Hava Qüvvələrinə
korreksiya verirdilər. Bundan əlavə HHQ XT-ları Əfqanıstanda antiterror əməliyyatlarında
Talib və digər qrupların bazalarını kəşfiyyat edərək,HHQ -ə bu bazaların məhfi
ücün lazer səmtləşməsi ilə məlumat ötürürdülər.
ABŞ Hərbi
Dəniz Qüvvələrinin “dəniz pişikləri “ korpusu- US Navy Seals.
SEAL
–dəqiq tərcümədə “dəniz pişiyi “ anlamındadır ki bunun da bu korpus incələməsində
: SEA/ AİR/ LAND –Dəniz, Hava,Yer nəticəsinə
gətirib cıxarır.”Dəniz pişikləri “(DP) hər cür vəziyyət və hər cür təbii şəraitdə
döyüş aparmaq ücün hazırlanmışlar. Əsas təlim və tədris su maneələrindən kecmək
və sularda savaş aparmaq hazırlığına üstünlük verir. DP –lərinin tarixi hələ
1861 ci il vətəndaş müharibəsinə gedib cıxır ki, bu zaman Şimallıların sularda və sahillərdə qoyduğu partlayıcıları
bu tip qüvvələr görünməz olaraq yaxınlaşmaqla zərərsizləşdirirdilər.Birinci
xüsusi təyinatlı korpuslar hələ 1943 cü ildə,Yaponiyanın döyüş dalğıclarının məhfi
üçün hazırlandı və bundan sonra onlar İvodzima adası uğrunda ən qanlı toqquşmalarda
iştirak etdilər.DP-larının Normandiyaya
müttəfiqlərin çıxardılması əməliyyatlarındada zəhməti danılmazdır.
Müasir dövrdə isə DP-nın bir savaş vahidi kimi yaranış dövrü Con
Kennedinin prezidentliyi dövründə 1962 ci illərə təsadüf edir. DP-ları
Vyetnam,İrak və Əfqanıstandada gedən savaşlarda aktiv iştirak etmişlər. ( Usama
Bin Ladenin axtarışı zamanı DP bir əsgəri də Əfqanıstanda həlak olmuşdu).
“Delta”
qrupy –Delta Force.
1977
ci ildən yaranan bu qrup ABŞ tarixində ən gizli
və məxfi qrup olaraq qalmaqdadır.Delta qrupunun əsasə prioriteti terror əleyhinə
ciddi və sərt mübarizədir.Bu qrupun yaranmasındada Böyük Britaniya xüsusi xidmət
orqanlarının mütəxəssislərinin əməyi danılmazdır. Ənənəyə uyqun olaraq
Amerika hərbi hissələri əlifba sırasına uyğun olaraq 3 cağırış kodu
qazanırlar. Bunlar “Alfa (A hərfli),Bravo(B hərfli) ,Çarli(Ç hərfli) döyüş
vahidli hərbi hissələrdir. Tamam fərqli olan Delta isə “d” hərfini almaqla
tamam başqa vahid olduğunu işarə edir. Delta qrupunun döyüşçüləri bir neçə
xarici dil bilir,əməliyyatda cox zaman mülki geyim geyərək,olduqları ərazinin
sakini kimi özlərini təqdim edə bilirlər.Delta qrupunun döyüşçüləri ABŞ –ın
Asiya regionunda,Latın Amerikası regionunda ,Yaxın şərq regionunda apardığı
bütün gizli əməliyyatlarda fəal iştirak etmişlər. Onlar ələ kecdikləri zaman
üstlərində hansısa qrupa məxsus olduqları haqda sənəd olmur və bunu qətiyyətlə
inkar edirlər. Cox zaman illər uzunu əsirlikdə yaxud başqa dövlət ərazisində həbsdə
olarkən də,onlar özlərinin məhz Delta qrupundan olduqlarını heç zaman bəyan
etmirlər. İrak kompaniyası zamanı Delta döyüşcüləri İrak ordusunun yüksəkçinli
zabitləri geyimində ciddi qorunan hərbi bazalara sızaraq,Hərbi Hava Qüvvələrinin
pilotları ücün radiomayak yaxud Lazer mayakları qoyurdular ki, bu zaman həmən
bazalar şiddətli paket və bombardman nəticəsində məhf olunurdu. Gizli sənədlərə
görə Delta 2001 ci ildə Əfqanıstana daxil olan ilk qrup olmuşdur.
Dəniz
piyadalarının kəşfiyyat qrupları –US Marine Force Recon
ABŞ Dəniz piyadaları Korpusunun tərkibində
qeyri dəqiq məlumatlara görə 170 min döyüşçü xidmət aparır. Bunlar ordu
daxilində elit qüvvələr hesab olunurlar. Bu qüvvələrin daxilindəki kəşfiyyat qrupları isə “Elitin eliti” adını fəxrlə
daşıyırlar. İlk olaraq Dəniz piyadalarının kəşfiyyat qrupları İkinci dünya
müharibəsi zamanı yaradılaraq “Raiders “ adını aldılar.Bu “elitin eliti”
adlanan qruplar Əfqanıstan kompaniyasında
Qəndahar aeroportunun bir həmlə ilə ələ keçirərək,qüvvələrin gəlməsi
ücün ilk aerodrom əldə etdilər.
Hava
Desantları qoşunları- US Airborn.
İkinci
Dünya müharibəsi zamanı Sovet hərbi birləşmələrinin arasında Hava
desantları yarandığı zaman müttəfiqlər də
bu tip qoşun növünə maraq göstərməyə başladılar. Maraqlı faktdır ki,Almanların
hava desantından istifadə etdiyi bir dövrdə ,ABŞ bu tip qoşun növünə maraq göstərməsə
belə,Sovet qoşunlarının daxilində olan Amerika
əkskəşfiyyatçıları məhz Sovet
desantcıları haqda məlumat göndərəndən sonra ,ABŞ Hava Desantlarının yaranması
prsosssesinə start verildi.2001 ci ildə ABŞ-ın Hava Desantları briqadası,İraqın
respublika qvardiyasının arxasına
atılaraq,onlara arxadan dəqiq və sərt
zərbə vuraraq,qarşıdan gələn qoşunlar ücün qələbəyə münbit şərait
yaratdılar. Bu tip briqadaların tərkibində ixtisaslı mütəxəssis və müasir
texnikalar öndə yer alır.
10 cu
Dağ Diviziyası -10 th Mountain Division
Birinci
olaraq ,xüsusi dağlarda döyüş aparmaq üçün xüsusi təyinatlılar hələ q1941 ci
ildə tabur halında hazırlandı. Bu taburlara alpinizmlə məşqul olan,çətin şəraitdə
yaşaya və döyüş apara bilən döyüşcülər toplandı. Tarixə görə hələ 1820 cu ildən
belə qüvvələr “Alp atıcıları “ adı altında İngiltərədə mövcud idi.Dağ
diviziyası aktiv olaraq İkinci dünya müharibəsində,2001 ci ildən isə əsas zərbə
qüvvəsi olaraq Əfqanıstanda antiterror əməliyyatlarında iştirak etmişdir. Hal
hazırda bu Diviziyanın şəxsi heyəti,döyüşlər zamanı aldıqları təlim və tədrisə,xizəksürmə
və mağaralarda döyüş aparma təlimlərini də daxil etmişlər.
Sahil
Mühafizəsi Korpusunun xüsusi hissələri – US Coast Special Operations.
Öz
başlanğıcını 1915 ci ildən ,xilasetmə və kontrabanda ilə mübarizədən
götürmüşdür. Xüsusi əməliyyatlarda iştirak ücün bu tip hissələr Yuqoslaviya və
Fars körfəzində əməliyyatlarda iştirak etmişlər. Döyüşçülər yüksək ixtisasa
malikdirlər. Məsələn onlar tufanlı dənizə ,yalnız akvalanq kostyumu ilə
helikopterdən atılaraq ,xilasetmə əməliyyatları ilə məşqul ola bilirlər.
Mərkəzi
Kəşfiyyat İdarəsinin yarımhərbləşmiş qüvvələri –CİA Taramillitary Forces
Bu
tip qüvvələrin sayı və bazaları haqda məlumat
çox qapalıdır. Çünki onların bir çox hissələri “yaşıl beretlilər,”Reyncerlər”,”Delta”
və s sıralarındada mövcuddur. Bunun belə olması çox zaman ABŞ konqresində tənqidə
gətirib çıxarsa belə,bunu dövlətin təhlükəsizliyi ilə əlaqələndirərək üstündən
sükutla keçirlər. MKİ 1947 ci ildə yaradılsa belə,hələ İkinci dünya savaşında
xüsusi olaraq kəşfiyyat qruplarına malik idi. (o zaman
MKİ –OSS adlanırdı).Bu qruplar Alman və Yapon ordularının arxasında əməliyyatlar
aparırdılar. Əsasən isə onlar partizan dəstələrini öyrədir, arxada müqavimət hərəkatı yaradır və kəşfiyyat məlumatları
toplayırdııar,bundan əlavə onların kommunist rejimlərini devirmək kimi
tapşırıqları var idi.Vyetnam müharibəsi zamanı MKİ nin qrupları “reyncerlər”
briqadalarının tərkibində daxil olaraq,müttəfiqlər axtarışına,onların təlimatlandırılmasına,meterial
texniki bazalarının təkmilləşməsinə və
kommunist rejiminə qarşı müqavimət təşkil olunmasına başladılar. Belə qruplar
İran,Anqola,Kubadada fəaliyyət aparırdı.
Bundan əlavə bu qruplar Əfqan mücahidləri ücün Pakistan ərazisində düşərgələr
yaradır,onları təmin edərək təlimatlandırır və liderlər hazırlayırdı. Bir cox
analitiklərin fikrinə görə Usama Bin
Laden də belə hazırlanmış liderlərdən biri idi. Amma taleyin ironiyasına
görə,elə həmən qruplar 2001 ci ildə özlərinin hazırladıqları iddia olunan Usama
Bin Ladeni tutmaq ücün Əfqanıstana yeridildilər. Bu qruplar hal hazırki dövrdə
dünyanın bir çox münaqişə ocaqlarında vardırlar və onların bilavasitə yüksək
ixtisasa malik olan mütəxəssislər olduğu şəksizdir.
ABŞ
xüsusi təyinatlıları hər zaman
ayaqdadırlar. Baxmayaraq ki Amerika özü heç bir dövlətə müharibə elan
etmir,lakin Amerikanın maraq dairələri ilə üst üstə düşən regionların hər
küncündə bu gün ABŞ XT lərinin ayaqqabısının izləri var və araşdırmalar göstərir
ki bu izlər artma tendensiyasındadır.
deloina Cody Bou https://wakelet.com/wake/j_zX5zTt2TxBzlFdcE2w4
ОтветитьУдалитьsteatlomolin
lumgiomhe Karen Carter Everest
ОтветитьУдалитьEverest
Internet Download Manager
dinoverwa
atreto-ko Tanner Young Click here
ОтветитьУдалитьclick
oopecadhe