Dağlarda döyüş-1 ci hissə


Çox əfsus ki,müasir gənclərimiz arasında “spesnaz” ,”snayperçi”,” XTQ-çı”,” Dağ döyüşçüsü” anlamı son illərdə bir dəb halına gəlmişdir. Acınacaqlısı istək yox-bu istəyin bəsit və heç bir əməyə dirənməyən ,yalnız kinofilmlərdən götürülmüş utopik anlamıdır. Bu ağır və son dərəcə təhlükəli peşənin bütün aspektləri bir yana-adlarını da düzgün tələffüs etmədən kortəbii “istəyirəm” anlamı-ən sadə dildə adi eyforiya və məlumatsızlıqdır.
Bu məlumatı sizlərə Legion HVK –nın peşəkar heyəti çatdırmağa çalışacaq . Əsəs odur ki mahiyyətinə varasınız və öz daxilinizdə “mən bunu bacaracam” deyə Mübariz kimi mübariz olmanızı qət edəsiniz.
Dağ döyüşçüsü ilk əvvəl seçdiyi peşənin ən xırda detallarına kimi bilməsi,teoriya və praktikanın qırılmaz tellərlə bağlı olduğunu anlaması ən vacib şərdir. Çünki dağlar heç də bəsit bilikli döyüşçünü bağışlamır. Əyər siz güllədən ölməmisinizsə,məlumatsız və hazırlıqsız olduğunuz zaman dağlar sizi mütləq öldürəcəkdir. Başqa cür-heç cür !
Dağlarda hava şəraiti.
Yadda saxlayın: Dağlarda hava şəraiti düzənlik ərazidən cox seçilən amildir. Bu tək coğrafi şəraitlə yox,dağ yüksəkliklərinin hündürlüyü,dənizdən gələn hava axını və yüksəkliyin ,yerli landşaftın yaratdığı nəmişliklə bağlıdır. Yüksəkliklər çox hallarda qarlı və qalın buz təbəqəsi ilə örtülmüş olur. Bu zaman hazırlıqsız insan bir çox təhlükələrlə üzləşir. Əyər təhlükənin bir hissəsi buzlaqlarda sürüşüb yıxılma,qar uçqununa düşmə ilə bağlıdırsa,bir hissəsi də yerli hava şəraitinin,yüksəklik atmosferinin sıxlığından əmələ gələ biləcək səhhət pozğunluğudur. Belə ki dağ şəraitinin müxtəlifliyi hər zaman buradakı hərbi qulluqçuların fiziki durumuna təsir göstərə biləcək amildir. Bu zaman geyim,vasitələr,məişət əşyaları,sanitar-gigiyenik vasitələr,silah və sursat,qida vasitələri ,uzun zaman yaşama vasitələri dəqiq və məharətlə seçilməlidir .
Yol infrastrukturu.
Dağlarda müharibə teatrı hərəkət üçün həddən artıq maneələrlə doludur. Bunlardan:sıldırım enişlər,uçurumlar,qəfl gələn sellə dola bilən mağaralar,mütəmadi uçqunlar,buz qatları və qar uşqunları ən təhlükəli sahələrdir .
Bununla anlamaq vacibdir ki dağlarda yol infrastrukturu hər zaman məhdud olaraq qalır. Məhz bu anlam yeni yolların tikilməsinə,yeni cığırların açılmasına ehtiyac yaradır. Buna baxmayaraq dağ yolları əksər hallarda məhdud buraxıcılıq qabliyyətinə malik olur. Burada böyük sayda texnikanın toplanması və hərəkəti təhlükəlidir. Buna baxmayaraq bu yollar dağ döyüşçü hissələri üçün əsas təminat arteriyasıdır. Bu zaman böyük və sıx kolannalar ilə hərəkət etmək təhlükəlidir. Burada “Əfqan” variantı böyük ziyanlara gətirib çıxara bilər. “Əfqan” variantı – tək və məhdud manevr imkanlı yollarda kolonnada gedən baş və son maşının,zirehli texnikanın vurulması anlamıdır. Bu zaman ortada qalan bütün texnika və şəxsi heyət atəş “kisəsinə” düşərək əksər hallarda tamamilə məhf olur.
Dağ çayları.
Ən çətin maneələrdən biri də dağ çaylarıdır ki,onlar öz ilkin mənbələrini dağlardakı buz və qar örtüyündən götürürlər. Havalar isindikcə çayların itensivliyi də artır. Bu zaman çay kənarlarında düşərgə qurmaq ,qoşun infrastrukturu yaratmaq arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Ani yaranan sellər qarşısındakı bütün quruluları yığıb özü ilə daşlara çırparaq aparmaq gücünə malikdir. Dağ çaylarının keçilməsi də özünün spesifikliyi ilə seçilir. Bu zaman sualtı daşların sürüşkənliyi,sivriliyi və itiliyi böyük ziyanlara gətirib çıxara bilir. Axan və sellənən çaylar əyər bir yerdə yolları yuyursa,başqa yerdə yollara böyük sayda daş və ağaclar yığaraq təbi barrikadalar yarada bilir. Bundan əlavə çaylar üzərində olan körpülər də təhlükə mənbəyidir. Uzun illər nəmişlikdə qalan bu körpülər yük altında uçula biləcək qədər kövrəkdirlər. Bundan əlavə dağ çayları ilə ehtiyatlı olmaq vacibdir. Çünki əyər çayın üzərində axın sakit görünsə belə,çayın səthindən altda daha güclü axına rast gəlmək olar. Bu zaman çayların keçilməsi zamanı xüsusi vasitələrdən istifadə vacibdir.

Комментарии

Отправить комментарий