...Qayıdırdım. Payı piyada. Ağdamın Qalaycılarından
üzü Papravəndə tərəf. Silahlar susmuşdu. Elə bil müharibə yox idi. Günəş də
səhərin qırovunun belini sındırmağa qalxmışdı elə bil. Sağ tərəfdəki dağların
meşəlikləri hələ də yaşıl idi. Yəqin əzgil indi yumşalıb, yeməli vaxtıdır. Ac
olduğumdan ağzım sulandı yaman. Nəsə hec kim görünmürdü ətrafda. Elə bil sakit
Sovet vaxtı idi, hamı cıxıb getmişdi işinə. Evdə qalan ancaq körpələr və evin
nizamını nizamlayan qadınlar qalmışdı. Amma burada artıq ev yox idi. Daha
doğrusu müharibənin səmum yelinin apardığı evlərdə insan yox idi. Bir mən idim
yolda, bir də günəşin əyib-üydüyü kölgəm. Hərdən özümü böyük müharibənin qalibi
olan əsgərin evə qayıtdığı kimi hiss edirdim. Baxmayaraq ki, evim Bakıda idi,
lakin daha bir evim vardı Ağdamda. 6 nömrəli məktəb. Lövhəsində hansısa uşağın
tabaşirlə cəkdiyi naşı Azərbaycan bayrağı olan sinfin icində olan otağım və
carpayım. Əlim gəlmirdi toxunam o lövhəyə. Bəlkə də inandığım ücün ki, bu
murdar müharibə qurtarandan sonra, mənim murdar cismim və carpayım bu sinifdən
yığışandan sonra o uşaq gələcək və bu sinifdə, o lövhədə yarımcıq qalmış
bayrağıın qalan hissələrini cəkib, müəllimindən 5 alıb, sevinə-sevinə anasına
göstərəcəkdi bu qiyməti...
Mənsə qayıdırdım. Ağır bir gecə yaşamışdıq. Maniklidə
Tekstilni deyilən yüksəklikdə az olmağımıza baxmayaraq böyük düşmən qüvvəsini
geri oturtmuşduq. Şəhidlərimiz vardı.
Belə götürəndə yəqin mən də Şəhid idim bu müharibə
başlayandan. Lakin Əzrayıl hələ mənə yaxın gəlmirdi-yaxud hələ Allahım mənim
şəhadətimi qəbul eləmirdi.
Qayıdırdım-payi
piyada. Əllərimin donu acılmış ovcunu yolda bitmiş və günəşdən dircəlmiş
kollara sürtə-sürtə. Hərdən həyətlərə evlərə də boylanırdım. Elə arzulayırdım
ki, kimsə məni o boş qalmış evlərdən, həyətlərdən səsləsin. Qaranquş bahara
cuman kimi cumardım ora. Coxdan idi ev, ocaq, soba yanında çay arzusunda idim.
Allahın altında arzuma bax ee mənim. Nə restoranlar, nə bahalı maşınlar, nə də
heç nə. Qalın sovet stəkanında soba üstündə dızıldayan çaynikin çayı. Bir bu
yazıq ayaqlarımı isti suda yuyardım, qurulayardım. Sobaya qısılıb bəlkə Kanar
adalarında hiss edərdim özümü. Çirkli paltarlarımla, solyarka iyi verən
buşlatımla...
Amma yox.
Heç kim yoxdu. Heç hənirti də. Sanki insanlar incimişdi məndən. Sanki onlar artıq
yorulmuşdu müharibələrdən və çıxıb getmişdilər buralardan. Mənim kimi silah
adamlarının üzündən.
Papravəndə
çatırdım. Moykanın yanından asfalta cıxıb üzü Ağdamın mərkəzinə tərəf yol
alanda yoldan keçən maşın məni götürdü. Yerli kənd adamlarından idi. O
zamanların məhşur suallarından birincisi gəldi ünvanıma: Bu işlərin axırı necə
olacaq?
Mən də bilmək istəyirdim. Amma bilmirdim. Mən sadə bir rejissor idim o
zaman. Yazılmış ssenarinin kiçik bir epizodunun rejissoru. Ssenarini isə yazan
yazmışdı, Moskvada, Bakıda. Mənim kimi rejissorciyəzlər də südəmər artistlərə
düzəm verirdik o zaman. Sözsüz ki ,"bu işlərin axırı" bizə verilən
ssenaridə yox idi. Ola da bilməz idi. Sadəcə ona görə ki, biz ssenaristlər üçün
"rasxodnoy material" idik. Dəftərxana skrepkası kimi. Bizi hansısa
vərəqlərin üstünə vurub, sonradan zibil qutusuna atacaqdılar...
Məktəbə çatdım. Otağıma girməmiş çapar qaçaraq özünü mənə çatdırdı:
Güneypəyədən düşmən qalxıb hücuma, Qalayçılara, ordan da Manikliyə qayıdın.
İndi yenə yoldayam. Həmən yolda. Sadəcə sakitliyi BMP - nin gurultusu
pozur. Yenə həyətlərə boylanıram. Həsrətlə. Bəlkə kimsə var? Bəlkə kimsə
çağırdı. Bu çağırışla bəlkə müharibə də bitərdi? Bəlkə də hər şey başqa olardı.
Amma yoxdu heç kim. Biz vardıq. Müharibə adamları. Ölümə gedən və ölüm
gətirənlər. Bundan axmaq peşə yoxdur dünyada məncə.
Qayıtdıq. Maşınlardan boşalıb yenidən yuxarıya yol aldıq.
Bəlkə bu gün mənim günümdü və Allah Şəhidliyimi qəbul edəcək...
NcontboXfadzu Kathy Tate https://wakelet.com/wake/6TfT3eXkms1AoibiKpcbH
ОтветитьУдалитьtrimcheareagest
deunaQlieke Denise Wright click here
ОтветитьУдалитьhttps://colab.research.google.com/drive/1SvohZW75zCECd5tdmnAjVAF64Z8woNSi
download
link
fietetornant
temploPhaemuScottsdale Zach Kingery R-Studio
ОтветитьУдалитьAvid Pro Tools
Cracked
menwhiwichpe